Çayxananın qarşısında həmyerlisini güllələyən şəxsə HÖKM OXUNDU
Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhd etməkdə təqsirləndirilən Raul Quliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Bizim.Media xəbər verir ki, hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona 9 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
İttihama görə, Raul Quliyev 2 mart 2025-ci il tarixdə səhər saatlarında zərərçəkmiş şəxs Elməddin Cəfərovla aralarında baş vermiş mübahisə zamanı onun yumruqla vurulmasını şəxsi ləyaqətini alçaldan və nüfuzuna xələl gətirən hərəkət kimi qiymətləndirib. Bunun ardınca o, zərərçəkmiş şəxsdən qisas almaq məqsədilə onu qəsdən öldürmək qərarına gəlib.
Məlumata görə, həmin gün saat 12:45 radələrində təqsirləndirilən şəxs idarə etdiyi “Lada Priora” markalı avtomobillə Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən çayxananın qarşısına gəlib.
Avtomobildə olduğu zaman Elməddini görən Raul özünə məxsus ov tüfəngini ona tuşlayaraq iki dəfə atəş açıb.
Nəticədə zərərçəkmiş şəxsə qarın boşluğuna nüfuz edərək nazik bağırsağı zədələyən, sağlamlığa ağır zərər vurmaya aid odlu silah yaralanması, eləcə də müxtəlif bədən nahiyələrinə sağlamlığa yüngül zərər vurmaya aid çoxsaylı qırma yaralanmaları yetirilib.
Hadisə zamanı yaxınlıqda olan şəxslərin və polis əməkdaşının müdaxiləsi nəticəsində təqsirləndirilən şəxsin silahdan yenidən istifadə etməsinin qarşısı alınıb. Bu səbəbdən o, öz iradəsindən asılı olmayan hallara görə cinayət niyyətini başa çatdıra bilməyib və zərərçəkmiş şəxsi qəsdən öldürməyə cəhd edib.
Məhkəmədə ifadə verən Raul Quliyev ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddələri ilə irəli sürülmüş ittihamı qəbul etməyib.
O bildirib ki, zərərçəkmiş şəxslə əvvəlcədən mübahisəsi olmayıb və hadisə zamanı onu öldürmək niyyəti güdməyib.
Təqsirləndirilən şəxs ifadəsində atəşi qorxutmaq məqsədilə açdığını, silahın texniki xüsusiyyətlərinə görə bir tətik basmaqla iki atəş açıldığını iddia edib. (Pravda.az)
Bizim.Media
Baxış sayı:47
Bu xəbər 17 Dekabr 2025 09:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















