Icma.az
close
up
RU
“Məktəb təhsili keyfiyyətli olsaydı repetitorluq bu qədər geniş vüsət almazdı” Etibar Əliyev

“Məktəb təhsili keyfiyyətli olsaydı repetitorluq bu qədər geniş vüsət almazdı” Etibar Əliyev

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Emin Əmrullayevin “şagird yaxşı öyrənmirsə, müəllimə niyə maaş verməliyik?” sözləri geniş müzakirələrə səbəb olub. Qəribə bir tendensiya mövcuddur. Nazirin ağzından söz çıxan kimi bəzi təhsil ekspertləri və başqa sahələrin ekspertləri başlayırlar naziri mədh etməyə. Nazir bu sözləri niyə deyib? Niyə onun fikirləri paradokslarala çox zəngin olur? Əslində ekspertlər çox vaxt ictimai rəyi bilərəkdən çaşdırırlar. Çünki tapşırığı onlara Elm və təhsil nazirliyi verir”.

Gununsesi.info -nun məlumatına görə, bu fikirləri sabiq deputat Etibar Əliyev bildirib:

“Müəllim peşəsi insanın təkmilləşməsinə yardımcı olmalıdır və bir sıra ambisioz məsələri qarşıya qoymalıdır: Professioanal bacarıqları inkişaf etdirmək, idrakı dərinləşdirmək, anlamağı genişləndirmək, hisslərin idarə olunmasını öyrətmək, digərinin nəzər-nöqtəsinə hörmətlə yanaşmaq və dürüst olmaq. Bütün bu dəyərləri formalaşdıran Ali təhsil sistemi mövcuddurmu? Yox. Bizim müəllimlər şagirdlərə test tapşırıqları öyrədirlər. Ən yüksək əməkhaqqı o müəllimə verilməlidir ki, o, şagird istedadını aşkarlayıb inkişaf etdirə bilir. Məktəb təhsili keyfiyyətli olsaydı repetitorluq bu qədər geniş vüsət almazdı. Demək, müəllimin həftəlik dərs saatlarını dövlət ödəyir. Repetitor xidmətini isə valideynlər. Digər tərəfdən, E. Əmrullayev dəqiq bilir ki, şagirdlər niyə məktəbdə öyrənmirlər? Bunu bilə-bilə ictimai rəyi çaşdırır, hədəfi isə müəllimdir. Əgər yuxarı sinif şagirdləri məktəbə gəlmirsə, onda sadə məntiqlə demək olar ki, öyrətmə prosesi kurslarda və evlərdə həyata keçirilir.

Bizim orta məktəb müəllimləri indiki dərsliklər və savadları ilə neçə istedadlı fizik, riyaziyyatçı, kimyaçı və bioloq yetişdiriblər. Müəllim beynəlxalq olimpiadalara düşən sulları həll edə bilmirsə, biliyə can atan şagirdi bu prosesə necə adaptasiya edə bilər? Müəllimlərdəki oxşar cəhətlər test tapşırıqlarını uşaqlara öyrətməklə bağlıdır. Fərqli cəhətlər o zaman ortaya çıxa bilər ki, onlar neçə istedadı üzə çıxarıb tədqiqatçı kimi yetişdirə biliblər. Çinli məşhur riyaziyyatçı Yau Şintun 80-dən çox riyaziyyatçıya məsələ verməklə onların alim kimi yetişməsinə nail olub. Həmin o 80 nəfər də növbəti nəsil riyaziyyatçıları yetişdirirlər.

Bizdə elmdə və təhsildə varislik prinsipi pozulub. Ali məktəb müəllimlərinin əksəriyyəti ötən sərin 70-80-ci illərinin mühazirələrini indi də oxuyurlar. Orta məktəb müəllimləri isə çətin yazılmış dərsliklər və mütaliəsizlik ucbatından istedadları ortaya çıxara bilmirlər. Beləcə gəlib çatmışıq XXI əsrin 26-cı ilinə”.

Qeyd edək ki, Elm və təhsil naziri Emin Əmrullayev “Real TV”yə müsahibəsində deyib.

Nazir məzmunla bağlı problemi də xatırladaraq bildirib ki, Azərbaycanda təhsilin məzmunu müəllimin məvacibinə bağlıdır.

“Bu, nə qədər ki belə qalacaq, məzmunu dəyişmək çətin olacaq. Məzmunu dəyişmək müəllimin maaşını dəyişmək deməkdir. Şərti olaraq, əgər biologiyanı bir saat azaldaq deyiriksə, bu həmin fənnin müəlliminin maaşının 10 % azaldılmasıdır. Məzmunda olunan dəyişiklik müəllimlərin maaşına təsir edəcək, müəllim maaşı ilə bağlı verilən qərar məzmuna təsir edəcək”.

E.Əmrullayev qeyd edib ki, müəlimlərin maaşı mütəmadi artırılsa da, məzmunu dəyişmək olmur. Onun fikrincə, Azərbaycanda 4 nəsil eyni məzmunla təhsil alıb, eyni fənləri oxuyub:

“Eyni sistemdir və bunu dəyişmək çox çətindir. 90-cı illərdə informatika fənni tədris olunmağa başladı. Bu məntiqlə təhsilə süni intellekt də gətirə bilərik. Amma müəllimlərimiz fənlərarası əməkdaşlığı başa düşməlidir. Məqsədlər dəyişməlidir. Müəllimin məqsədi ona ayrılan saatları keçib dərhal məktəbdən getməkdirsə, başqa fənn müəlliminin o uşağa nə öyrətdiyi onu maraqlandırmırsa, şagird hərtərəfli inkişaf etməyəcək”.

Nazir vurğulayıb ki, daha çox müəllimlərdən danışılsa da, təhsilin bütün mahiyyəti uşaqdır: “Biz müəllimə niyə maaş veririk? Çünki şagird daha yaxşı öyrənməlidir. Şagird yaxşı öyrənmirsə, müəllimə niyə maaş verməliyik”.

O əlavə edib ki, son 10 ildə müəllimlərin keyfiyyəti artıb: “Müəllim” sözünü düz yazmayan adamlarla sağollaşmışıq. Hazırda müəllimlər arasında rəqabət artıb. Bir gecəyə 150 min müəllimi əvəzləmək qeyri-mümkündür. Amma gənc müəllimlərin sertifikatlaşdırma prosesi mükəmməldir. Minlərlə müəllimin hər biri 51 baldan çox toplayıb. Bilikli müəllimlərin də metodik təkmilləşdirilməsi önəmlidir”.

Şəbnəm

Gununsesi.info 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 17 Dekabr 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see316

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see305

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see288

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see266

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see252

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see239

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see211

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see205

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see198

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see185

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see178

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see171

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see170

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see170

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see154

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see150

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see149

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see149

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see148

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri