Icma.az
close
up
RU
Caz ustası Etibar Əsədlinin Torontoda konserti keçirilib

Caz ustası Etibar Əsədlinin Torontoda konserti keçirilib

Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Novruz bayramı münasibətilə Kanada Azərbaycanlıları Şəbəkəsinin (NAC - Network of Azerbaijani Canadians) təşkilatçılığı ilə Toronto şəhərində tanınmış pianoçu Etibar Əsədlinin caz konserti keçirilib.

Axşam.az xəbər verir ki, konsertin açılışında NAC İdarə Heyətinin sədri Dmitriy Kirillov çıxış edərək qonaqları salamlayıb, Novruz bayramının Azərbaycan xalqı üçün əhəmiyyətindən danışıb və icma üzvlərini təbrik edib. D.Kirillov tədbir iştirakçılarına NAC-in fəaliyyəti barədə məlumat verərək Kanadanın azərbaycanlı icmasının maraqlarının müdafiə edilməsi istiqamətində təşkilatın gördüyü işlərdən danışıb.

Daha sonra Azərbaycanda cazın tarixi və onun muğamla sintez edilərək özünəməxsus inkişaf yolundan bəhs edən qısa film nümayiş etdirilib.

Filmdən sonra davam edən proqramda pianoçu Etibar Əsədli və onu müşayiət edən musiqiçilər Azərbaycan muğamı və görkəmli bəstəkar Üzeyir Hacıbəylinin bəstələrinin cazla sintezini ustalıqla ifa ediblər. E.Əsədlinin özünə aid bir neçə musiqi kompozisiyası da qonaqlara təqdim edilib. Tamaşaçılar Azərbaycan musiqisinin caz vasitəsilə təqdimatını yüksək qiymətləndirərək, konsertin sonunda caz trionu alqışlarla bir daha səhnəyə dəvət ediblər.

Beş yüz nəfərə yaxın tamaşaçının qatıldığı konsertdə Kanadada yaşayan azərbaycanlılar və şəhər sakinləri ilə yanaşı, Azərbaycan Respublikasının Kanadadakı müvəqqəti işlər vəkili V.Abutalıbov, Kanada hökumətinin dövlət xidmətləri və transformasiyası naziri A.Ehsasi və Kanada xarici işlər nazirinin parlamentdəki təmsilçisi, millət vəkili R.Olifant da iştirak edib.

Azərbaycan mədəniyyətinin Kanadada tanınması məqsədilə NAC tərəfindən bir neçə ildir ki, ardıcıl tədbirlər təşkil edilir. Ötən il digər istedadlı musiqiçi Turan Manafzadənin rəhbərlik etdiyi “Yeddi Gözəl” ansamblının konserti də tamaşaçılar tərəfindən eyni coşğu ilə qarşılanmışdı.

Qeyd edək ki, NAC – Kanadada yaşayan azərbaycanlıların Kanada cəmiyyətində və siyasi həyatında maraqlarının təmsil edilməsi məqsədi ilə 2020-ci ilin 27 sentyabr tarixində yaradılıb və tam olaraq Azərbaycan icmasının dəstəyi ilə fəaliyyət göstərir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://axsam.az
archiveBu xəbər 24 Mart 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri