Icma.az
close
up
RU
“Cəbrayıl” idi, “Gəncəbasar” oldu Klublar niyə bir yerdə qərar tuta bilmir?

“Cəbrayıl” idi, “Gəncəbasar” oldu Klublar niyə bir yerdə qərar tuta bilmir?

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Azərbaycanda müstəqil futbol klubları yoxdur. Komandaların adlarının mütəmadi dəyişməsi də bununla bağlıdır”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında “Aut.az” saytının baş redaktoru Natiq Muxtarlı deyib.

Onun sözlərinə görə, ölkənin “futbol təsərrüfatı” deyilən bir anlayış mövcud deyil: pizza

“Yerli klubların hamısı dövlətin AFFA-ya ayırdığı müəyyən vəsait hesabına maliyyələşir. Hər hansı bir klubun öz təmsil etdiyi coğrafi-inzibati ərazini, yaxud adını dəyişdirmək futbol ənənəsini məhv edir.

Azərbaycanda futbol təsərrüfatı deyilən bir anlayış yoxdur. Klubların çoxu Bakıda yaradılır və təxminən eyni mənbədən maliyyələşir. Məsələn, əsas liqada çıxış edən “İmişli” klubu ev oyunlarını Qubada keçirir. Ondansa, bu komandanın adını “Quba” qoysunlar. “İmişli” klubunun oyunlarına Qubada azarkeşlər gəlmir. Bu o demək deyil ki, Qubada tamaşaçı yoxdur. Halbuki Azərbaycanın köklü futbol ənənəsi olan və çoxlu futbolçu yetişdirdən rayonlarından biridir”.

N.Muxtarlı əlavə edib ki, “Cəbrayıl” komandasının adını “Gəncəbasar” qoymaqla heç bir müsbət nəticə əldə etmək mümkün deyil:

“Məsələn, “İmişli”-“Qarabağ” oyununda tribunada 10 min azarkeş var idi. Məlumdur ki, onların əksəriyyəti “Qarabağ”a görə stadiona gəlmişdi. Təsəvvür edin, “İmişli” yerinə elə Qubanın öz komandası olsa, hər oyun bu qədər azarkeş tribunada olar. Azərbaycan futbolunda inkişaf strategiyasını müəyyən etmək bu qədər sadədir. Bu gün Azərbaycanın köklü futbol ənənəsi olan cənub bölgəsi bu gün futboldan kənarda qalıb. Azərbaycan əhalisinin 1 milyonu cənubda yaşayır və orada futbol heç kimin yadına düşmür. “Cəbrayıl” komandasının adını “Gəncəbasar” qoymaqla nə dəyişəcək ki?! Bunun futbolun inkişafına heç bir təsiri yoxdur”.

Xatırladaq ki, I Liqada çıxış edən "Cəbrayıl", II Liqanın iştirakçısı "Quba" futbol komandalarının adları dəyişdirilib. Artıq "Cəbrayıl" yarışlarda "Gəncəbasar", "Quba" isə "Hypers" adı altında mübarizə aparacaq.

Bu, Azərbaycan futbolunda ilk hadisə deyil. Vaxtilə "Xəzər Universiteti" adı ilə yaradılan klub, 2004-cü ildə "İnter Bakı", 2017-ci ildə "Keşlə", 2022-ci ildən isə "Şamaxı" adını alıb. 2005-ci ildə formalaşdırılan "Göy-Göl" (Xanlar) adı ilə təsis edilən komanda isə 2006-cı ildə Qəbələyə köçürülərək "Gilan", 2007-ci ildən isə "Qəbələ" adını alıb.

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 11 Avqust 2026 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see335

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see306

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see295

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see291

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see286

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see285

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see263

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see260

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see256

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see254

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see243

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see233

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see226

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see225

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see220

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see210

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see202

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see201

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see193

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri