Cəbrayıl, Qubadlı və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin 2.1 milyonluq tenderi ləğv edildi
Icma.az, Pravda.az portalına istinadən məlumat verir.
“Cəbrayıl, Qubadlı və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Cəbrayıl şəhərində 7,87 ha torpaq sahəsində inşa edilmiş yaşayış kompleksinin və Zəngilan şəhərində yerləşən Konqres Mərkəzinin bina, mülki və texniki qurğu, istirahət guşələri, sosial-məişət obyektləri, uşaq oyun və idman meydançalarına aylıq və dövrü texniki baxım və təmizlik xidmətləri ilə əlaqədar elan etdiyi tender ləğv edilib.
Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qəbul edib.
Bildirilib ki, təqdim olunan təkliflərdən heç biri şərtlər toplusunun tələblərinə uyğun deyil.
Tenderin dəyəri 2 102 240 AZN olub.
Cabir

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti auditor seçir
16 Yanvar 2025 17:42
“Cəbrayıl, Qubadlı və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” tədbirlərin keçirilməsinə 140 420 AZN vəsait ayırdı
16 Aprel 2025 09:14
Kəlbəcərdə Bərpa, Tikinti və İdarəetmə Xidmətinin fəaliyyət istiqaməti DƏYİŞDİ
17 Dekabr 2024 18:35
Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin elan etdiyi 5.1 milyonluq tenderlə bağlı qərar verildi
05 Fevral 2025 10:59
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti auditor seçir
06 Mart 2025 13:12

