Icma.az
close
up
RU
Cəbrayıl şəhəri günü “Böyük Qayıdış”ın real təzahürü, dövlətimizin qüdrətinin, Azərbaycan Ordusunun qəhrəmanlığının parlaq təcəssümüdür ŞƏRH

Cəbrayıl şəhəri günü “Böyük Qayıdış”ın real təzahürü, dövlətimizin qüdrətinin, Azərbaycan Ordusunun qəhrəmanlığının parlaq təcəssümüdür ŞƏRH

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 4 oktyabr, AZƏRTAC

44 günlük Vətən müharibəsinin parlaq Zəfərə aparan hər bir günü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik sərkərdəliyi ilə rəşadətli Azərbaycan ordusu 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhərini işğaldan azad etdi. 27 il ərzində ermənilər tərəfindən tamamilə dağıdılmış Cəbrayıl əsgər və zabitlərimizin canı, qanı bahasına işğalçılardan təmizləndi.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bildirib.

Şahin İsmayılov qeyd edib ki, Cəbrayılın təbii sərvətləri, habelə inkişaf etmiş üzümçülük, heyvandarlıq, taxılçılıq və baramaçılıq kimi sahələri ilə məşhur olması rayonun iqtisadi və sosial inkişaf potensialını şərtləndirən əsas amillərdən olub. Lakin işğal dövründə rayonun bütün iqtisadi-sosial infrastrukturu məhv edilib, xəstəxanalar, təhsil və mədəniyyət obyektləri, yaşayış binaları, sənaye müəssisələri dağıdılıb. Ümumilikdə, işğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib.

Aprel döyüşlərinin müasir Azərbaycan tarixinın şanlı qələbələrindən olduğunu söyləyən komitə sədri bildirib ki, Lələtəpə yüksəkliyinin azad olunması, Cocuq Mərcanlı kəndinin yenidən qurulması Böyük Qayıdışın rəmzinə çevrildi.

“Bu il beşinci ildönümünü qeyd etdiyimiz Vətən müharibəsi zamanı Cəbrayıl əməliyyatı böyük hərbi qəhrəmanlıq nümunəsidir. İllərdir tarixi torpaqlarımızda möhkəmlənən düşmən burada çoxsaylı istehkam xətləri qurmuşdu. Rəşadətli ordumuz yüksək peşəkarlıqla bu istehkamları yararaq Cəbrayıl şəhərin azad etdi. Bu, sonrakı əməliyyatların uğurla həyata keçirilməsi üçün strateji imkanlar yaratdı”, - deyə Şahin İsmayılov vurğulayıb.

Cəbrayılın bu gün sürətlə yenidən qurulduğunu söyləyən komitə sədri qeyd edib ki, dövlətimizin başçısı azad olunmuş torpaqlarda həyata keçirilən nəhəng quruculuq işlərini diqqət mərkəzində saxlayır. Azərbaycan Prezidenti görülən işlərlə yerində tanış olur, müvafiq tapşırıqlarını verir, açılışlarda iştirak edir. Qısa zaman ərzində görülən işlərin nəticəsi olaraq artıq 50 mindən çox insan azad edilmiş torpaqlara geri qayıdıb.

Şahin İsmayılov bildirib ki, otuz üç yaşayış binasından ibarət Cəbrayıl şəhər kompleksində keçmiş məcburi köçkünlərin məşkunlaşması həyata keçirilib. Eyni zamanda Cəbrayıl ərazisində yerləşən “Araz Vadisi İqtisadi Zonası” regionun mühüm sənaye-logistika mərkəzinə çevrilməkdədir. Müasir yol-nəqliyyat infrastrukturunun tikintisi, digər layihələr Cəbrayıla qayıdışın strateji əsaslarını təşkil edir.

“Böyük Qayıdış”ın real təzahürünə çevrilən Cəbrayıl şəhəri günü həm də tarixi ədalətin bərpasının, qəhrəman Azərbaycan Ordusunun misilsiz igidliyinin və dövlətimizin qüdrətinin parlaq təcəssümüdür. Artıq cəbrayıllılar Cəbrayıl şəhəri gününü doğma torpaqlarında böyük qürurla qeyd edirlər”, - deyə komitə sədri qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Oktyabr 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri