Cəbrayıl şəhəri Zəfərin və qayıdışın rəmzi ŞƏRH
Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.
Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası ilə nəticələnən Vətən müharibəsi xalqımızın yaddaşında əbədi iz qoyan şanlı Zəfər salnaməsidir. 2020-ci ilin sentyabrında başlanan əks-hücum əməliyyatları nəticəsində işğal altında olan torpaqlarımızın azad edilməsi Azərbaycan Ordusunun qüdrətini, xalqımızın birliyini və dövlətimizin qətiyyətini bütün dünyaya nümayiş etdirdi. Bu Zəfər yolunda azad edilən yaşayış məntəqələri sırasında Cəbrayıl şəhərinin xüsusi yeri vardır.
Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı rayonun inzibati ərazisinə 1 şəhər, 4 qəsəbə və 92 kənd daxil idi. İşğal nəticəsində Cəbrayılın yaşayış məntəqələri dağıdılmış, tarixi-mədəni irsinə ciddi ziyan vurulmuş, rayon əhalisi doğma yurdlarından didərgin salınmışdı. Uzun illər ərzində Cəbrayıl sakinləri öz doğma torpaqlarına qayıdacağı günün həsrəti ilə yaşadılar.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi bu həsrətin sona çatması üçün tarixi imkan yaratdı. Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Cəbrayıl rayonunun kəndləri və şəhəri mərhələli şəkildə işğaldan azad edildi.
Belə ki, 2020-ci il sentyabrın 27-də Böyük Mərcanlı və Nüzgar kəndləri, oktyabrın 3-də isə Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri işğaldan azad olundu. Oktyabrın 4-ü isə Cəbrayılın tarixində xüsusi əhəmiyyət daşıyan günə çevrildi. Həmin gün Cəbrayıl şəhəri ilə yanaşı, Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndləri Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi. Bununla da Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər və 90 kənd düşmən işğalından qurtarıldı.
Cəbrayıl şəhərinin azad edilməsi hərbi baxımdan mühüm əhəmiyyət daşımaqla yanaşı, xalqımızın uzun illər davam edən yurd həsrətinin sona çatmasının rəmzinə çevrildi. Prezident İlham Əliyevin Cəbrayıl şəhərinin azad olunması barədə xalqa müraciətində səsləndirdiyi fikirlər bu tarixi hadisənin milli yaddaşımızdakı əhəmiyyətini bir daha ortaya qoydu. Azərbaycan Ordusunun Cəbrayılda dalğalandırdığı üçrəngli bayraq 27 illik işğala son qoyulduğunu və Azərbaycanın öz torpaqlarının sahibinə çevrildiyini nümayiş etdirdi.
Cəbrayılın azad olunması həm də Azərbaycan xalqının dövlətinə və ordusuna olan inamının, milli həmrəyliyinin və Vətən sevgisinin parlaq təcəssümüdür. Bu tarixi Qələbə şəhidlərimizin canı, qazilərimizin qəhrəmanlığı və hərbçilərimizin fədakarlığı hesabına əldə edildi. Onların göstərdiyi misilsiz şücaət Cəbrayılın və bütün Qarabağın azadlıq salnaməsinin ən şərəfli səhifələrini təşkil edir.
Bu gün 4 Oktyabr – Cəbrayıl Şəhəri Günü kimi qeyd olunur. Bu tarix işğaldan azad edilmiş torpaqlarımızda yeni həyatın başlanğıcını, tarixi torpaqlarımıza Böyük Qayıdışın gerçəkləşməsini və Azərbaycan bayrağının əbədi olaraq Cəbrayılda dalğalanmasını simvolizə edir. Cəbrayılın bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən genişmiqyaslı işlər doğma yurdun öz sahiblərini qarşılamasına hesablanıb.
Cəbrayıl bu gün artıq yalnız keçmişin ağrılarını xatırladan bir şəhər deyil, Zəfərin, dirçəlişin və Böyük Qayıdışın ünvanıdır. 4 Oktyabr tarixi isə xalqımızın yaddaşında Azərbaycan Ordusunun qəhrəmanlığını, dövlətimizin gücünü və Cəbrayılın azadlıq gününü təcəssüm etdirən əlamətdar tarix kimi yaşayacaq.
Mahir Qurbanov
YAP Kəngərli rayon təşkilatının fəalı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 02 Oktyabr 2026 11:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















