Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Zəfərin müjdəçisi Cəbrayıl genişmiqyaslı quruculuğun ünvanıdı

Zəfərin müjdəçisi Cəbrayıl genişmiqyaslı quruculuğun ünvanıdı

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Vətən müharibəsinin ilk günlərindən etibarən rəşadətli Azərbaycan Ordusu Ermənistanın uzun illər ərzində qurduğu müdafiə xətlərini və möhkəmləndirilmiş istehkamlarını yararaq işğal altındakı torpaqlarımızı azad etməyə başladı. Oktyabrın 4-də Cəbrayıl şəhərinin azad olunması Vətən müharibəsinin gedişində mühüm hərbi və strateji uğur olmaqla yanaşı, xalqımızın böyük Zəfərinin ilk müjdələrindən biri oldu.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov söyləyib.

Onun sözlərinə görə, iyirmi yeddi il işğal altında qalan Cəbrayıl erməni vandalizminin ağır nəticələrinə məruz qalmışdı. Şəhər və kəndlər, yaşayış evləri, təhsil və səhiyyə müəssisələri, tarixi-mədəni abidələr dağıdılmış, təbii sərvətlər talan edilmişdi.

"Ağacların kəsilməsi, yaşıllıqların məhv edilməsi, məscid və digər ibadət yerlərinin təhqir olunması işğalın yalnız maddi deyil, həm də mənəvi və ekoloji fəsadlarını nümayiş etdirirdi. Bu dağıntılar Azərbaycan xalqının tarixi və mədəni irsinə vurulmuş ağır zərərin miqyasını göstərir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman əsgər və zabitlərimizin həyata keçirdikləri Cəbrayıl əməliyyatı Vətən müharibəsinin gedişində mühüm dönüş nöqtələrindən biri oldu. Şəhərin azad edilməsi Azərbaycan Ordusunun döyüş təşəbbüsünü daha da gücləndirdi, sonrakı hərbi əməliyyatlar üçün əlverişli şərait yaratdı. Xüsusilə Xocavənd rayonunun cənubundakı yaşayış məntəqələri və strateji əhəmiyyətə malik Hadrut qəsəbəsi istiqamətində irəliləyiş üçün yeni imkanlar açıldı. Beləliklə, Cəbrayılın azad olunması həm hərbi-strateji əhəmiyyətinə, həm də xalqımızın qələbəyə inamını daha da möhkəmləndirməsinə görə Vətən müharibəsinin tarixində xüsusi yer tutur".

Şahin İsmayılov bildirib ki, Vətən müharibəsində qazanılan Qələbədən sonra Prezident İlham Əliyevin Cəbrayıla səfəri, şəhərdə və tarixi Xudafərin körpüsündə üçrəngli Dövlət Bayrağımızı ucaltması xalqımızın yaddaşına həkk olunan tarixi hadisələrdəndir:

"Bu anlar Azərbaycanın öz torpaqları üzərində suveren hüquqlarını bərpa etməsinin, uzun illər davam edən işğala son qoyulmasının və məcburi köçkünlərin doğma yurdlarına qayıdış ümidlərinin gerçəkləşməsinin rəmzinə çevrildi. Bu gün Cəbrayıl öz tarixinin yeni mərhələsini yaşayır. İşğaldan azad edilməsindən ötən altı il ərzində şəhərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilib, müasir yaşayış və sosial infrastrukturun yaradılması istiqamətində mühüm addımlar atılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış siyasəti çərçivəsində Cəbrayılın yenidən qurulması yalnız dağıdılmış infrastrukturun bərpasını deyil, müasir şəhərsalma prinsiplərinə əsaslanan, dayanıqlı və əlverişli yaşayış mühitinin yaradılmasını nəzərdə tutur. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Cəbrayılda yaşayış kompleksləri inşa olunur, yol-nəqliyyat, kommunal və sosial infrastruktur yaradılır, iqtisadi fəaliyyətin genişləndirilməsi və yeni iş yerlərinin açılması istiqamətində tədbirlər həyata keçirilir. Bu işlər şəhərin uzunmüddətli inkişafının təmin olunması, əhalinin məşğulluq imkanlarının artırılması və keçmiş məcburi köçkünlərin dayanıqlı məskunlaşması baxımından mühüm əhəmiyyət daşıyır".

O, vurğulayıb ki, artıq Cəbrayıla həyat qayıdır. 2024-cü il oktyabrın 4-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışı olub:

"Şəhərdə yaradılan müasir yaşayış şəraiti, sosial infrastruktur və iqtisadi imkanlar əhalinin təhlükəsiz və firavan həyatının təmin olunmasına xidmət edir. Bu prosesin əhəmiyyəti yalnız insanların öz doğma torpaqlarına qayıtması ilə məhdudlaşmır. Böyük Qayıdış eyni zamanda işğaldan azad edilmiş ərazilərin ölkənin vahid iqtisadi və sosial məkanına reinteqrasiyasını, regionun mövcud potensialından səmərəli istifadəni və uzunmüddətli inkişafını təmin edən strateji dövlət siyasətidir. Bu gün cəbrayıllılar şəhər gününü xüsusi qürur və iftixar hissi ilə qeyd edirlər. Altı il əvvəl hərbi Qələbənin mühüm mərhələlərindən birinə çevrilən Cəbrayıl indi genişmiqyaslı quruculuğun və Böyük Qayıdışın ünvanlarından biridir".  

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Oktyabr 2026 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see379

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see303

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see291

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see262

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see262

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see246

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see243

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see238

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see230

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see229

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see213

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see212

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see210

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see208

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see208

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see207

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see201

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see198

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see195

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri