Icma.az
close
up
RU
Cəbrayılın işğaldan azad olunması ordumuzun qüdrətinin təcəssümüdür Günay Ağamalı

Cəbrayılın işğaldan azad olunması ordumuzun qüdrətinin təcəssümüdür Günay Ağamalı

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

"1993-cü il avqustun 23-də  Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi. İşğal müddətində digər rayonlarımız kimi Cəbrayıl da erməni vandalizminin qurbanı oldu və bütün infrastruktur talan edildi. 
İşğal  nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəydi. 1050 kv km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd ermənilərin işğalına məruz qalaraq vəhşicəsinə dağıdıldı. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışlar".

Bu barədə Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı Cəbrayıl rayonunun işğaldan azad olunmasının 5-ci ildönümü barədə danışarkən bildirdi.
"5 yanvar 1994-cü ildə yenicə qurulmuş ordumuzun uğurlu Horadiz əməliyyatı nəticəsində Cocuq Mərcanlı kəndi işğaldan azad olunması bizim üçün bir təskinlik idi. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur. Cocuq Mərcanlıya qayıdış "Böyük Qayıdış"ın başlanğıcı idi. 2016-cı il aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi də işğaldan azad edilmişdi. Aprel Zəfəri İkinci Qarabağ müharibəsində qazandığımız tarixi qələbənin xəbərçisi  və hər bir azərbaycanlının qələbəyə olan inamının işartısı idi".

Millət vəkili qeyd etdi ki, Cəbrayılın erməni vandalizmindən xilas edilməsi Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi ilk strateji üstünlük kimi qiymətləndirilməlidir:

"Çünki düşmən Cəbrayıl ərazisində bir neçə xəttə ibarət eşolanlaşdırılmış müdaifə müdafiə istehkamları qurmuşdu. Onlar bunu məhşur Ohanyan səddi adlandırırdılar. Lakin heç bir güc və maneə qəhraman Azərbaycan əsgərinin vətən sevgisinə, torpaq həsrətini sonlandırmaq niyyətinə əngəl olma bilməzdi. Çünki bu güc və qüvvət ilahi ədalətin təcəllisi idi. 4 oktyabr 2020-ci ildə Cəbrayıl rayonunun işğaldan azad olunması ordumuzun Qarabağın içərilərinə doğru irəliləməsini asanlaşdırdı. Xüsusilə, Xudafərin körpüsünün yenidən öz əzəli sahiblərinə qayıtması böyük tarixi, siyasi əhəmiyyətli hadisədir. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 4 oktyabr Cəbrayıl Şəhəri Günü kimi qeyd olunur. Cəbrayılın azad olunması xalqımızın birliyinin, ordumuzun qüdrətinin və Ali Baş Komandanın prinsipiallığının təcəssümüdür. Qürur və fəxr hissi ilə qeyd edirik ki, Cəbrayıl torpaqlarında həyat yenidən canlanır. İlham Əliyevin uzaqgörənliyinin nəticəsində "Böyük Qayıdış" proqramı Cəbrayıl üçün də yeni üfüqlər, perspektivlər yaradır. Bu zəfər milli həmrəyliyin təntənəsi,ədalət uğrunda apardığımız mübarizənin məntiqi nəticəsidir",- deyə Günay Ağamalı vurğuladı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Oktyabr 2025 23:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see220

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see161

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see158

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see151

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see142

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri