Icma.az
close
up
RU
“Cəfər Cabbarlı” stansiyasında daha bir eskalator əsaslı təmirə dayandırılıb”

“Cəfər Cabbarlı” stansiyasında daha bir eskalator əsaslı təmirə dayandırılıb”

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yaşıl xəttin “Memar Əcəmi” stansiyasının Cavadxan küçəsi istiqamətində olan keçidində istismar müddətini başa vurmuş divar və döşəmə üzlüklərinin dəyişdirilməsinə başlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin Kommunikasiya departamentinin rəisi Şaban İmkani deyib. 

Onun sözlərinə görə, sərnişinlərin və keçiddən istifadə edənlərin rahatlığı nəzərə alınaraq eyni istiqamətdə yerləşən pilləkən zonaları mərhələli təmir olunacaq: “Hərəkət təhlükəsizliyi tələblərinə uyğun olaraq, çıxışın pilləkən qəfəslərindən birində işlər tamamlandıqdan sonra digərində təmirə başlanılacaq. Yerüstü sahədə - keçidin texniki zonasında park edilən avtomobillərin yarada biləcəyi təhlükələrə qarşı mühafizə tədbirləri görüləcək”.

Şaban İmkani, həmçinin bildirib ki, “Bakı Metropoliteni” QSC-nin “Cəfər Cabbarlı” stansiyasında daha bir eskalator 2025-ci ilin planı üzrə əsaslı təmirə dayandırılıb: “Əraziyə lazımi materiallar, ehtiyat hissələr, tərtibat və alətlər gətirilib, məsul şəxslər və aidiyyəti işçilər təlimatlandırılıb. İlk mərhələdə eskalatorun lent zolağının sürahi elementləri və pillələr demontaj olunacaq, dartı zənciri, əyləc sisteminin elementləri, reduktor və mühərrik çıxarılacaq. Qovşaq, hissə və elementlər təftiş üçün təmir sahəsinə göndəriləcək. Diaqnostika və normativ müayinələr əsasında yararsız hissələr müvafiq ölçü və standartlar üzrə yenilənəcək, təmirə yararlılar isə bərpa olunacaq. Təmir işlərinin may ayının sonunadək başa çatdırılması nəzərdə tutulur. Yenidən yığılan eskalator diaqnostik yoxlamadan keçiriləcək, müvafiq tələb və standartlara uyğunluğu qiymətləndirildikdən sonra istismara qəbul ediləcək. Qeyd edək ki, normativlərə əsasən “ET-5M” tipli eskalatorun 150 min km-dən çox məsafə qət etdikdən sonra tam təmiri aparılmalıdır. “Cəfər Cabbarlı” stansiyasında eyni səbəblə ötən il daha bir eskalator əsaslı təmir olunub”.

Qeyd edək ki, Bakı metropolitenində 2-si qadın olmaqla, hazırda 243 qatar maşinisti çalışır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:269
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 20 Fevral 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see472

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see293

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see284

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see283

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see260

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see254

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see253

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see239

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see237

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see223

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see222

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see221

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see220

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see219

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see215

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see209

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri