Icma.az
close
up
RU
Cəlaloğlu: “ABŞda Azərbaycana qarşı ciddi addımların atılması gündəmdə ola bilməz”

Cəlaloğlu: “ABŞda Azərbaycana qarşı ciddi addımların atılması gündəmdə ola bilməz”

Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


“Amerika siyasətində birinci şəxs məsələsi var, amma birinci şəxslərin kimliyi o qədər də önəm daşımır. Amerika üçün onun strateji maraqları birinci sırada gəlir. Odur ki, ABŞ-da kimin prezident seçilməsi ümumi strateji yanaşma baxımından xüsusi dəyişikliklərə gətirib çıxarmayacaq”.

Bu fikirləri Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bu gün ABŞ-da keçirilən prezident seçkilərindən danışarkən deyib.
S. Cəlaloğlu bildirib ki, ABŞ-nın strateji maraqları Azərbaycanla əlaqələrin saxlanılmasını və əməkdaşlığı tələb edir:
“Odur ki, ABŞ-da kimin prezident seçilməsindən asılı olmayaraq, Azərbaycanla əlaqələr saxlanılacaq, əməkdaşlıq olacaq. Əlbəttə, hansısa yardımlar kəsilə, bizdən nələrsə istənilə bilər və bu da normaldır. Hər bir ölkə özü üçün faydalı olan işi həyata keçirmək istəyər. O cümlədən, biz də Azərbaycana fayda gətirəcək işlərin həyata keçirilməsini istəyirik. Bu baxımdan seçkilərin nəticəsindən asılı olmayaraq, Azərbaycana qarşı ciddi addımların atılması gündəmdə ola bilməz”.
Seçkilərdə kimin qalib gələcəyinə dair proqnoz verməyin çətin olduğunu deyən ADP sədri demokrat namizəd Kamala Harrisin qələbə qazanmaq imkanının olduğunu qeyd edib.
Respublikaçı namizəd Donald Trampın prezident seçiləcəyi təqdirdə NATO-nu dağıdacağı, Rusiyaya yaxınlaşacağı kimi iddialara gəlincə, bunu real saymayan ADP sədri xatırladıb ki, ABŞ üçün strateji maraqlar öndədir:
“Cənab Tramp siyasətə iş və biznes dünyasından gəlib, bu səbəbdən də baxışlarında biznes maraqları özünü büruzə verir. Xatırlayırsınızsa, birinci dəfə prezident olanda elan etmişdi ki, Suriyadan ABŞ qoşunlarını çıxarır. Bu bəyanatından sonra bəzi ekspertlər ABŞ-nın Yaxın Şərq siyasətində ciddi dəyişikliklərə gediləcəyi haqda ehtimallar səsləndirməyə başladılar. Amma sonra Pentaqon prezidentin dediklərini təkzib edərək bildirdi ki, ABŞ qoşunlarının Suriyadan çıxarılması Amerikanın strateji maraqlarına uyğun deyil. Bununla da ABŞ qoşunları Suriyada qaldı və qalmaqda davam edir. Yəni kimin hansı fikir deməsindən asılı olmayaraq, ABŞ-da strateji maraqlar əsasdır”.
E. KAMAL

Ana səhifəyə dön


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://reyting.az
archiveBu xəbər 05 Noyabr 2024 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri