Cəlilabadda 82 yaşlı hərəkət imkanları məhdud tənha qadına YARDIM EDİLDİ FOTO
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Cəlilabad rayonunun Adnalı kəndində 82 yaşlı Rübabə Əhmədova tənha vəziyyətdə aşkarlanıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumat əsasında kənd sakinləri aidiyyəti qurumlara xəbər veriblər.
Hərəkət imkanları məhdud olan və yataqdan çıxa bilməyən yaşlı qadın Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilərək ilkin tibbi yardım alıb.
Daha sonra onun sağlamlıq vəziyyəti ilə bağlı ixtisaslaşmış xəstəxanaya göndərilməsi qərara alınıb. Psixoloji durumu nəzərə alınaraq, Rübabə Əhmədova əvvəlcə Lənkəranda, daha sonra Salyanda yerləşən psixiatriya xəstəxanalarına göndərilib, lakin müəyyən səbəblərdən geri qaytarılıb.
Hazırda qadın Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında müalicə alır.
Onun xəstəxanaya və ya qocalar evinə yerləşdirilməsi məsələsi hələ dəqiqləşdirilməyib.

Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu
Baxış sayı:128
Bu xəbər 10 Dekabr 2024 19:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















