Icma.az
close
up
RU
Cəlilabadda heyvandarlığın cins tərkibi yaxşılaşdırılır fermerlər süni mayalandırmaya maraq göstərirlər

Cəlilabadda heyvandarlığın cins tərkibi yaxşılaşdırılır fermerlər süni mayalandırmaya maraq göstərirlər

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Cəlilabad, 7 fevral, İsmayıl Cəfərli, AZƏRTAC

Cəlilabadlı fermerlər yerli şəraitə davamlı heyvan cinslərinin artırılması üçün təsərrüfatlarda inəklərin yüksək məhsuldar törədici toxumlarla süni mayalandırılmasına önəm verirlər. Ötən il fermer təsərrüffatlarında süni mayalanma ilə alınan 3 min 527 baş cins tərkibli buzovun 13-ü əkiz doğulub.

AZƏRTAC xəbər verir ki, Üçtəpə kəndində uzun illərdir təsərrüfatla məşğul olan Səfər Əhədov da heyvanlarını süni mayalandırır. O, həm də kənddə süni mayalanma üzrə mütəxəssis kimi fəaliyyət göstərir. Deyir ki, yerli heyvanların çəkisi 2 ilə 120-150 kiloqrama çatırsa, süni mayalanmadan doğulan cins buzovlar 9 aya 200-250 kiloqram olur. Ona görə də, təsərrüfatında süni mayalanma ilə alınan heyvanların sayını artırır.

Heyvanların süni mayalandırılması həm qısırlığı azaldır, həm də balavermə faizini artırır. Bundan başqa, süni mayalandırma ilə əldə edilən heyvanlardan daha çox ət və süd götürmək olur.

Hazırda Səfər Əhədovun təsərrüfatında “Simmental” və “Holşteyn-friz” cinsli heyvanlar çoxluq təşkil edir. Onun sözlərinə görə, həmin heyvanlar günə orta hesabla 25 litr süd verir.

Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri Cavanşir Həsənov da süni mayalanmanın əhəmiyyətindən danışır. Bildirir ki, rayonda yüksək məhsuldar cins heyvanların saxlanmasına, artırılmasına böyük maraq var: “Burada dövlətimizin dəstəyinin də böyük əhəmiyyətini vurğulamaq lazımdır, bu iş üçün subsidiya verilir. Bu yaxınlarda qərar qəbul olundu ki, camış balalarına da subsidiya veriləcək. Ona görə də, əhali heyvanların süni mayalandırılmasına maraq göstərir”.

Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması məqsədilə artıq ölkəmizdə süni mayalanma mərkəzində ən müasir texnologiyanın tətbiqi ilə yeni cinslərin və embriondan alınan törədici toxumların istehsalına da başlanılıb. Bu isə yaxın gələcəkdə bölgələrdəki heyvandarlıq təsərrüfatlarında daha məhsuldar cinslərin əldə olunmasına böyük töhfə verəcək.

Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, ötən təsərrüfat ilində rayonda 14 min 494 ton ət, 71 min 731 ton süd istehsal olunub. İribuynuzlu heyvanların baş sayı 91 min 130-a çatıb. Ümumilikdə son beş ildə süni mayalanmadan 16 min 969 baş bala alınıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Fevral 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri