Cəlilabadda polis əməliyyatı: 3 nəfər tutulub
Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Cəlilabadda narkotiklərin qanunsuz dövriyyəsində təqsirləndirilən əvvəllər məhkum olunmuş 26 yaşlı Emil Rəşidov, 32 yaşlı Ramin İsrafilov və 27 yaşlı Taleh İsazadə həbs olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Mia.az-a bildirilib ki, onlardan ümumilikdə 14 kiloqram marixuana və metamfetamin və 100 ədəd metadon həbi aşkarlanıb.
Araşdırmalarla onların xaricdə yaşayan narkotacir vasitəsilə əldə etdikləri narkotik vasitələri maddi qazanc müqabilində paytaxt ərazisinə gətirərək deyiləcək ünvanlara yerləşdirməyə razılaşdıqları müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.
Baxış sayı:130
Bu xəbər 11 Fevral 2026 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















