Cəlilabadda yol qəzası baş verib: ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
Cəlilabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, "VAZ 2110" markalı minik avtomobili ilə "Qazel" markalı yük avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb.
Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Baş verən yol qəzasında ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub.
Belə ki, hadisə nəticəsində minik avtomobilinin sürücüsü, 1965-ci il təvəllüdlü Göytəpə şəhər sakini Əyyub Əsədov ölüb, yük avtomobilinin sürücüsü, 1991-ci il təvəllüdlü Ağcabədi rayon sakini Orxan Səfərov isə yaralanıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qalereya
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 05 Dekabr 2024 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















