Icma.az
close
up
RU
“Çelsi”nin seriyası Londonda qırıldı

“Çelsi”nin seriyası Londonda qırıldı

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Aprelin 17-da keçirilən oyunlarla Konfrans Liqasında (KL) 1/4 final arxada qaldı. Bu mərhələnin cavab matçlarında maraqlı və bir qədər gözlənilməz nəticələr qeydə alınsa da, əksər favorit komandalar yarımfinala adladılar.

"Football-plus.az" xəbər verir ki, Varşavadaki ilk matçda üç cavabsız qolla qalib gələn “Çelsi” KL-dəki qələbə seriyasını 9 oyuna çatdırmışdı. Bu, 4-cü mövsümü keçirilən turnirin yeni rekordudu. İngiltərə klubunun rekordu yeniləmək ehtimalı çox idi. Lakin nəticə çox gözlənilməz oldu. 9-cu dəqiqədə cərimə meydançasında Pekharta qarşı kobud oynayan qapıçı Yorgensen penaltiyə səbəbkar oldu və zərərçəkən gözəl şansı qaçırmadı. Fasilə ərəfəsində Kukurelya hesabı bərabərləşdirsə də, polşalılar ikinci hissədə Kapuadi ilə yenidən önə keçdilər. Bundan sonra üstünlüyü böyük ölçüdə ələ alan “Çelsi”nin qələbə qazanmaq üçün kifayət qədər imkanı oldu. Lakin cavab oyununda gücünə qənaət etməyə üstünlük verməsi londonlulara qələbə seriyasının qırılması hesabına başa gəldi.
İspaniyada “Yagelloniya”ya ilk hissədəcə iki cavabsız qol vurmaqla qalib gələn “Betis” Polşada 1:1 hesabına razılaşdı. “Fiorentina” da 1/4 finalı heç-heçə ilə adladı. KL-in son iki mövsümünün finalçısı səfərdə 2:1 hesabıyla məğlub etdiyi “Selye”ni evdə üstələyə bilməsə də, 2:2 hesablı “sülh” florensiyalıların mərhələni adlaması üçün kifayət etdi. 1955/56 mövsümündən sonra qitə kuboklarında ilk dəfə 1/4 finalda oynayan “Yurqorden” isə İsveçdə minimal hesabla uduzduğu “Rapid”ə Avstriyada 4:1 hesabıyla qalib gəldi. Meydan sahiblərinin darmadağınına yarımmüdafiəçi Sanqarenin 7-ci dəqiqədə qırmızı vərəqə almasının az təsiri olmadı.
Beləliklə, yarımfinalda “Yurqorden” “Çelsi”, “Betis” isə “Fiorentina” ilə qarşılaşacaq. Bu mərhələnin ilk oyunları mayın 1-də adı birinci göstərilən komandaların meydanında keçiriləcək.
1/4 final, cavab oyunları
Çelsi (İngiltərə) - Legiya (Polşa) 1:2 (ilk oyun - 3:0)

Kukurelya, 33 - Pekhart, 10-p. Kapuadi, 53.
Çelsi: Yorgensen, Kukurelya (Qüsto, 57), Badyaşil, Adarabioyo, Açimponq, Ceyms, Dyusberi-Holl, Palmer (Madueke, 57), Sanço (Netu, 77), Nkunku, Cekson (Corc, 46).
Legiya: Kovaçeviç, Ruben Vinaqre, Kapuadi, Zelkovski (Yenceyçik, 87), Pankov, Oyedele, Lukinyas (Şepyanyak, 77), Qonsalveş (Biçaxçyan, 86), Elitim (Auqustınyak, 77), Morisita, Pekhart (Hodına, 66).
Yagelloniya (Polşa) - Betis (İspaniya) 1:1 (0:2)
Çurlinov, 81 - Bakambyu, 78.
Yagelloniya: Abramoviç, Braqansa Moutinyo, Eboss, Skşipçak, Voytuşek, Kubitski (Kosta Silva, 71), Romançuk, İmas, Hansen (Pyetuşevski, 79), Çurlinov (Villar Miki, 89), Pululu (Diabi-Fadiqa, 79).
Betis: Vieytes, R.Rodriges (Perro, 25), Natan, Bartra, Sabali, Altimira, Fornals (Kardoso, 71), X.Rodriges (Ruibal, 71), Lo Çelso (İsko, 81), Antoni (Ezzalzuli, 81), Bakambyu.
Fiorentina (İtaliya) - Selye (Sloveniya) 2:2 (2:1)
Mandraqora, 37. Ken, 67 – Matko, 54. Nemaniç, 65.
Fiorentina: De Xea, Komutso, Ranyeri, Ponqraçiç, Parizi (Qosens, 80), Facoli (Riçardson, 80), Kataldi, Mandraqora (Adli, 90), Folorunşo, Qudmundsson (Beltran, 90), Ken.
Selye: Rikardo Silva, Karniçnik, Nemaniç, Vuklişeviç, Nyeto, Kvesiç, Svetlin, Seşlar, Zabukovnik, Matko (Edmilson Santos, 90), Delorye-Şobe.
Rapid (Avstriya) - Yurqorden (İsveç) 1:4, əlavə vaxtda (1:0)
Une Larsson, 45+1-öz qapısına – Danielsson, 42-p. Kosuqi, 77. Qulliksen, 93; 105.
Rapid: Hedl, Auer (Bişof, 96), Osvald (Burqştaller, 96), Ro-Yao, Svetkoviç (Qroller, 75), Zaydl, Qrqiç, Sanqare, Şaub (Yansson, 66), Kara (Romeo, 9), Belyo (Bökle, 75).
Yurqorden: Rinne, Une Larsson (Tenho, 83), Kosuqi (Etli, 99), Danielsson, Ştol, Finndell, (Muluqeta, 78), Svensson, Fallenius (Priske, 21), Qulliksen, Juqel (Haarala, 9/Berq, 83), Nquen.
Bombardirlər: Pululu (Yagelloniya) - 8, Bakambyu (Betis) - 7, Qiyu (Çelsi), Kuçis (Selye) - 6.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 22 Aprel 2025 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gənclərimizi müasir elmi trendlərlə tanış etmək çox vacibdir”

11 İyun 2026 21:09see471

Vüsal Aslanovun müşaviri AZCON un layihə rəhbəri təyin edilib

12 İyun 2026 15:07see325

Günəşdən qoruyucu krem əvəzinə bundan istifadə olunur

12 İyun 2026 04:27see230

Karapetyanın bloku Ermənistanda seçkilərin nəticələrinin ləğv edilməsini tələb edir

12 İyun 2026 12:13see222

Bu rayonda 122 hektarda aqropark yaradılacaq AÇIQLAMA

12 İyun 2026 04:07see222

DÇ 2026 nın açılış mərasimi baş tutdu VİDEO

12 İyun 2026 01:07see196

Makrona gələ bilməyəcəyini dedi

12 İyun 2026 01:11see195

Messi yenidən DÇ nin qalibi olmaq şanslarını dəyərləndirdi

12 İyun 2026 12:17see191

Evdə pişik saxlamaq uşaqlarda astmanı ağırlaşdırmır ARAŞDIRMA

12 İyun 2026 03:47see186

Fransa 2027 ci il prezident seçkiləri öncəsi xarici müdaxilələrə qarşı tədbirləri açıqlayıb

12 İyun 2026 12:17see185

Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb

11 İyun 2026 23:21see177

Tramp Cey Kleytonun Milli Kəşfiyyat direktoru vəzifəsinə namizədliyini irəli sürüb

12 İyun 2026 01:16see175

Elvin Cəfərquliyev üçün Qarabağ klubuna rəsmi təklif gəlməyib

12 İyun 2026 12:15see169

DÇ 2026: Meksika mundiala CAR üzərində qələbə ilə başladı

12 İyun 2026 01:09see166

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir ŞOK

13 İyun 2026 02:47see164

“Qeyri neft ixracı 8,1% artaraq 3,6 milyard dollara çatıb”

12 İyun 2026 12:16see162

Media: Gələn həftənin əvvəlində ABŞ və İran arasında anlaşma memorandumu imzalanacaq

12 İyun 2026 04:13see159

Naxçıvan Dövlət Filarmoniyasının kollektivi Türkiyədə səfərdə olub

12 İyun 2026 03:47see158

Emiliano Martines dünya çempionatında Argentinaya kömək edə biləcək

12 İyun 2026 12:17see158

Meksika tribunasından gələn səs izləyiciləri bezdirdi: Səbəb bu imiş

12 İyun 2026 03:49see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri