Icma.az
close
up
RU
Cəmi 2 ay yarım sonra istefa Agentlikdə nə baş verir?

Cəmi 2 ay yarım sonra istefa Agentlikdə nə baş verir?

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəqəmsal hökumətin idarəolunması üzrə müşaviri Mehdi Cavadov vəzifəsindən ayrılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə İKT üzrə ekspert Osman Gündüz paylaşım edib.

O qeyd edib ki, cəmi iki ay yarım öncə təyin olunan Mehdi Cavadovun belə bir addım atması diqqət tələb edən hadisədir: Dördpendirli pizza

"Cəmi iki ay yarım öncə təyin olunan rəqəmsal hökumətə cavabdeh  müşavir vəzifəsindən ayrılıb. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəqəmsal hökumətin idarəolunması üzrə müşaviri Mehdi Cavadov vəzifəsindən ayrıldığını açıqlayıb. 

O, bununla bağlı qısa bir paylaşım edərək agentlikdəki fəaliyyətinin başa çatdığını bildirib.

Bu, kifayət qədər maraqlı bir gedişdir. Necə deyərlər, aydın səmada göy gurultusudur.

Çünki o, cəmi iki ay yarım əvvəl bu vəzifəyə təyin olunmuşdu. Təyinat zamanı etdiyi paylaşımda yeni komanda ilə birlikdə "faydalı işlər" görəcəyini qeyd etmişdi.

Əvvəllər ASAN-da müşavir olaraq çalışan Mehdi Cavadovun məhz ASAN və RİNN rəhbərlərinin razılığı ilə bu vəzifəyə təyin olunması sirr deyildi.

Mən Mehdi Cavadovu öz sahəsində peşəkar mütəxəssis kimi tanıyıram. 

O, uzun illər rəqəmsal hökumət sahəsində mühüm layihələrə rəhbərlik edib, zamanında eGov -un texniki-texnoloji  infarstrukturuna,  myGov ekosisteminin formalaşmasının ilkin mərhələsinə də rəhbərlik edib.

Belə bir şəxsin məhz rəqəmsal hökumət istiqaməti üzrə 1 N-li məsul vəzifədən cəmi iki ay yarım sonra ayrılması, təbii ki, düşündürücü görünür.

Görəsən nə baş verib? Mehdi müəllimi belə bir addım atmağa nə vadar edib ?

Şəxsi qənaətimə görə, bunun maliyyə ilə bağlı olması inandırıcı görünmür. 

Çünki İRİA və ümumilikdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki qurumlar ölkədə əməkhaqqı baxımından ən rəqabətli dövlət qurumları sırasındadır.

Digər tərəfdən, məlumdur ki, son dövrlər rəqəmsal hökumət quruculuğu istiqamətində müəyyən institusional dəyişikliklər, necə deyərlər "rəqəmsal təmərküzləşmə" prosesləri müşahidə olunur. Bəlkə bu istiqamətdə rəhbərliklə müəyyən fikir ayrılıqları olub ? Bəlkə yeni komanda ilə işləyə bilməyib ?

Əlbəttə bunlar  yalnız ehtimaldır və rəsmi məlumat yoxdur.

Maraqlıdır ki, son aylarda İRİA-da müəyyən dinamika, ciddi tərpəniş  hiss olunurdu. 

Xüsusilə Rəqəmsal İnkişaf Şurasının fəaliyyətə başlamasından sonra rəqəmsal transformasiya istiqamətində, sektorda ciddi qanunvericilik aktlarının qəbul edilməsi istiqamətində  fəallığın xeyli artdığı, maraqlı tərəflərlə intensiv müzakirələrin aparıldığı və bir sıra faydalı təşəbbüslərin sürətləndiyi görünürdü.

Belə bir mərhələdə rəqəmsal hökumət istiqamətinə cavabdeh əsas rəhbərlərdən birinin vəzifəsindən ayrılması məncə çox diqqət tələb edən hadisədir.

Hazırda ölkədə rəqəmsal transformasiya ilə bağlı mühüm qərarların və genişmiqyaslı layihələrin icra mərhələsinə keçildiyi bir dövrdə belə istefaların səbəblərinin aydın şəkildə izah edilməsi həm sektor, həm də ictimaiyyət üçün faydalı olardı.

Ümid edirəm ki, İRİA və ya RİNN bu məsələyə bir aydınlıq gətirəcək".

Əsmətxanım Rzazadə


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 01 Avqust 2026 00:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see308

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see303

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see302

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see302

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see298

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see290

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see290

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see284

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see279

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see267

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see257

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see253

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see244

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see243

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see239

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see239

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see226

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see216

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see200

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri