Cəmi beş dəqiqəyə ev şəraitində dondurma 3 inqrediyentdən ideal resept
Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İsti mövsüm həm uşaqların, həm də böyüklərin sevdiyi soyuq və ləzzətli dondurmanın vaxtıdır. Bu şirniyyatı ev şəraitində rahatlıqla hazırlamaq olar.
Lent.az bu dondurma reseptini təqdim edir:
Ev dondurmasının çoxsaylı variantları mövcuddur sadə və büdcəyə uyğun reseptlərdən mürəkkəb və daha fərqli dadlara qədər.
Sizə ən sadə və ən dadlı dondurma reseptini təqdim edirik.
Tərkibi:
Qaymaq (slivki) - 600 ml
Qatılaşdırılmış süd - 1 banka
Vafli korjları (vafli yarpaqları) - 2 ədəd
Hazırlanması:
Qaymağı mikserlə qalınlaşıb möhkəm köpük halına gələnə qədər çalın. Daha sonra qatılaşdırılmış südü əlavə edib kütlə tam homogen olana qədər yenidən qarışdırın. Kvadrat və ya dairəvi soba qabını (vaflinizin formasına uyğun olaraq) perqament kağızı və ya qida plyonkası ilə örtün. Alt hissəyə bir vafli yarpağı yerləşdirin. Hazırladığınız qaymaqlı qarışığı üzərinə töküb bərabər şəkildə yayın və ikinci vafli yarpağı ilə örtün. Bir qədər basdırın və bir neçə saatlıq dondurucuya qoyun. İstəyə görə meyvə ilə və ya əlavəsiz servis edə bilərsiniz.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:244
Bu xəbər 28 May 2026 14:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















