Icma.az
close
up
RU
Menu

Ukrayna Rusiyanın neft zavodlarını və Wildberries anbarlarını yenidən PUA larla vurdu

Ekspert: “Qərb ərəb ölkələrinə demokratiya deyil, idarəolunan xaos gətirdi”

“Xarici təsirlərə bağlı qruplar, şəxslər, ictimai fiqurlar var...” İlahiyyatçı

Məni hədələyirdilər Arzum 999 məhkəmədə diqqətçəkən açıqlamalar verdi

“Mən hələ də onun yoxluğuna inanmıram” Şəhid Həmid Həmidlinin xanımı danışdı Video

Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb

Danimarka Aİ ni İspaniyanın Şengen üzvlüyünü dayandırmağa çağırıb

Leyen miqrantlardan danışdı: Qəbul edə bilmərik…

Ağır texnikanı dayandırın! Bayırşəhərlə bağlı narahatçılıq artır (REPORTAJ)

Rusiya XİN: Seutadakı vəziyyət Aİ nin miqrasiya siyasətinin iflasını göstərir

Qəhvə həqiqətən orqanizmdən suyu yuyub aparır? Maraqlı CAVAB

Baş nazir qərarı imzaladı Nazirlikdə avtomobillərin sayı artırıldı

ABŞ Rusiya ilə bağlı qərar verir: Gərginlik başladı

Milli yaddaşdan rəqəmsal ayıqlığa: folklorun təhlükəsizlik dərsi

Mərakeşdə polis İspaniyaya keçmək istəyən miqrantları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib

Joze Mourinyo “Real”ın “Fiorentina” ilə oyununu şərh edib

Tanınmış meyxanaçı əsgər getdi VİDEO

Azərbaycanda dollara tələbat azalıb

Bahalı depozit xərcləri AFB Bank ın mənfəətini kəskin əritdi 11 DƏFƏ AZALMA

Aİ nin süni intellekt qaydalarında yeni mərhələ başlayır

Cəmilə Məmmədli “Qonşu evin işıqları”

Cəmilə Məmmədli “Qonşu evin işıqları”

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ədəbiyyat yalnız mətn deyil, o, zamanlar arasında qurulan ən obyektiv münasibətdir. Yazıldığı anla oxunduğu an arasında keçən illər mətni dəyişməsə də, onu oxuyan oxucular dəyişmiş olur. Məhz bu səbəbdən bəzi kitablar ikinci dəfə çap olunanda yeni həyat mərhələsinə daxil olur, artıq müəllifin yox, zamanın yaddaşı ilə oxunur.

“Oxucu–yazıçı söhbətləşməsi” layihəmdə bu dəfəki müsahibim Cəmilə Məmmədlidir. Bu söhbətimizdə biz onunla kitabın taleyindən çox, zamanın mətnə, mətnin insana təsirindən danışmışıq. Həmçinin on il əvvəl yazılmış hekayənin bu gün necə oxunduğunu, dəyişən oxucunu, dəyişməyən hissləri, gizli saxlanılan sualları və yazıçının öz mətninə kənardan baxa bilmə cəsarətinə də toxunmuşuq.

Bu müsahibəm bir kitabın tarixçəsi yox, daha çox yazıçının öz mətni ilə yenidən qarşılaşması haqqındadır. Və bəlkə də ədəbiyyatın ən dürüst anı məhz bu qarşılaşmada yaranır. Müsahibəmi əziz oxucularla paylaşmaqdan məmnunluq duyuram.

“Qonşu evin işıqları” ilk dəfə çap olunanda hansı Cəmilə idin, bu gün hansı Cəmilə ilə üz-üzəyik?

Kitab ilk dəfə çap olunanda mən hələ Göyçayın bir kəndində yaşayan, dünyası kitablar və internetdə paylaşdığı hekayələrdən, gündəlik mesajlaşdığı dostlardan ibarət olan gənc idim. Həyat, gələcək və dünyanın özü məni qorxudurdu. Elə bilirdim, bu kitab məndən çox şeyi açır. İnsanlar oxuduğunu deyəndə, fikrini bildirəndə özümü sirri açılmış adam kimi hiss edirdim. İndi Cəmilənin 32 yaşı var, öz işi, çevrəsi, real həyatda görüşdüyü dostları… Amma o “məni görəcəklər” qorxusu hələ də qalır. Kimsə kitabı oxuduğunu deyəndə həyəcanlanıram ki, görəsən nə gördü, nə duydu.

Bu kitabın 10 ildən sonra yenidən nəşr olunması Səndə hansı hissləri oyatdı?

Kitabın cəmi bir nüsxəsi məndə qalmışdı. İllərdir kitabı eşidən, görmək istəyən adamlara uzaqdan nadir eksponat kimi göstərirdim. Etiraf edirəm ki, hətta arada yazdığımı unudurdum da. Sonra ötən il əvvəl bir layihədə əməkdaşlıq etdiyimiz Səməd Ağayev əsəri oxumaq istədi. Ona belə kitabı qıyıb verə bilmədim, elektron versiyasını göndərdim. Oxudu, sonra görüşdük və mənə dedi ki, bu əsərə ssenari yazmaq istəyir. Bir müddət get-gəldən, sorğu-sualdan sonra razılaşdıq və başladıq… Daha doğrusu, Səməd başladı və bitirdi. Yazılan ssenari Azərbaycan Kinomatoqrafçılar İttifaqının “Mən qadınam” tammetrajlı ssenari müsabiqəsində üçüncü yeri tutdu. Eyni dövrdə də Cavid Qədirlə kitabı yenidən nəşr etmək haqqında danışırdıq. Ötən ilin dekabrında “Parafraz Nəşrləri” ilə müqavilə bağladıq. Elə bil, mən yox, əsərin özü 10 il sonra ortaya çıxmağı gözləyirdi. Bütün bunlar baş verdikcə reallığa inana bilmirdim. İndi də inana bilmirəm. Kitabı görürəm, toxunuram, oxuyan adamlar hisslərini yazır, amma mənə elə gəlir ki, başqasının danışdığı hekayəni dinləyirəm.

Kitabı yenidən oxuyanda öz-özünə “bunu indi başqa cür yazardım” dediyin məqamlar oldu?

Həm ssenariyə, həm də yenidən nəşrə görə kitabı bu yaxınlarda təkrar-təkrar oxudum. Əlbəttə, 22 yaşlı gəncin yazısında olan bişməmişlik, hətta bəzən gərəksiz uzanmaların olduğu məqamlar var. Bəlkə də bəzilərini oxucu da görmür, 10 il sonra yetkinləşmiş Cəmilə görür. Amma mövzuda, hekayədə dəyişmək istədiyim bir məqam belə yoxdur. Oradakı həyatlar mənim 90-cı illərin sonu, 2000-ci illərin əvvəlində birbaşa müşahidə etdiyim, duyduğum həyatlardır. Dünya, ölkə dəyişəndə onda kənarda qalan, adət-ənənə ilə yersiz qürurların məngənəsində əzilən qadınların həyatı, onların söz sahibi ola bilməməyinin nəticəsi...

Bu həyatlar hələ də var, realdır. Çox vaxt xəyal etdiyimiz kimi, ölkənin ucqar guşəsindəki dağ kəndində yox, bəzən elə yandakı məhəllədə, qonşudakı evdə bu talelər yaşanır.

Cəmilə, bəs bu gün o qonşudakı evin işıqları Sənə nə deyir, nələr dəyişib, nələr qalıb?

Düşünürəm ki, indi mən bir başqasının qonşunun pəncərəsi olmuşam. Yəqin ki, başqa gənc qızlar və ya oğlanlar, hətta yetkin adamlar kənardan baxıb bəzi məqamlarda bəxtəvərlik oxuyur, həsəd aparır. Halbuki daxildə mən hələ də gözü qonşunun pəncərəsində qalan, yaşaya bilmədiyi, məhrum qaldığı həyatı arzulayan qızcığacam. Bəlkə də bu insan təbiətidir, neçə yaşında, həyatın hansı nöqtəsində olsaq da, gözümüz başqa pəncərələrdə qalacaq. Xüsusən də indiki sosial media dövründə gözümüz təkcə 3-5 qonşunun yox, balaca telefonun ekranında minlərlə, dünyanın hər küncündən adamın pəncərəsinə boylanır. Mənə görə, çətinliklər dəyişməyib, amma çətinliyimizin başqasına toy-bayram görünməsi daha da artıb.

“Qonşu evin işıqları” Sənin yazıçı yolundakı nəyi dəyişdi?

Əsəri yazana qədər qələmimdə daha çox romantik, bir qədər pafoslu əsərlər vardı. Amma özümün Cəlil Məmmədquluzadə, Balzak heyranlığı həmişə realizmə tərəf itələyirdi. Etiraf etməliyəm ki, qorxurdum. İnsanların sadə həyatlarını, sadə hisslərini təsvir eləmək çox çətindir. Özü də bunu obrazın dilindən etmək daha çətindir. Çünki yazıçının dilindən olan sərbəstlik səndə olmur, hər cümləni “bu obraz belə düşünərdimi?” fikri ilə yazmalısan. Sözün açığı, hələ də bilmirəm o yaşda niyə belə bir risk etdim. Amma etdim. Yazdım. İndinin özündə də hər dəfə oxuyanda bəzi hissələrdə gözüm dolur, ürəyim ağrıyır. Elə bil, kitab mənim deyil, mən kitabınam.

“Qonşu evin işıqları” mənə bu hissi yaşadıb. Yazarlığı, öz əsərində qürur duymağı daddırıb. Bu gün “mən yazıçıyam” deyə bilirəmsə, bu əsərin əsəridir. Hə, bəlkə nə vaxtsa mənə “mən yaxşı yazıçıyam” deyəcək bir əsər də olacaq. Amma bunun yerini verməyəcək. Həmçinin inanmıram bir daha bu əsər qədər çılpaq olduğum nəsə yaza bilim.

Səncə, zaman oxucuları da dəyişir, bu dəyişikliyi nədə hiss edirsən?

“Qonşu evin işıqları” ilk dəfə 2015-ci ildə “Kitabsevərlər” qrupu tərəfindən çap olunmuşdu. Onda təqdimata kitabsevərlər gəlmişdi, sonra oxuyub fikirlərini bildirmişdilər. Bir çoxu ilə hələ də əlaqəmiz var. Hər birinin öz həyatı, işi, məsuliyyəti var. Bu dəfə təqdimata məni başqa mühitlərdən tanıyan adamlar gəlmişdi. Onlar da oxuyandan sonra fikirlərini yazdılar. İki kütlə arasında 10-15 il yaş, mühit, həyat tərzi fərqi vardı. Amma dəyişməyən məqam hisslər idi.

Yazarlığın gözəlliyi də bundadır. Səni, yazdığını yüz, min il sonra oxuyanlar da eyni hissləri duyur. Bəlkə biri bir az daha çox, bəlkə biri bir az daha az. Amma sarı telimiz eynidir, əıbəttə ki, əgər varsa. Ona görə də, oxucular arasında çox da fərq hiss etmədim. Amma məncə, onlar çox fərq hiss etdilər. Birinci qrup məni hekayələrimdən, “Kitabsevərlər”dəki uzun yazılarımdan tanıyırdı, qələmimə azdan-çoxdan bələd idi. İkinci üçün isə əsl sürpriz oldu – mənim yox, onların sözüdür.

Kitabda gizli qalan, oxucuya açmadığın məqamlar varmı?

Əslində, bir neçə məqam var ki, yazıçı kimi mənim üçün də gizlidir. Məsələn, Ləmanın kasetindəki mahnı. Bəlkə bir gün onun sözlərini yazdım, musiqisi bəstələndi...

Bir neçə məqam da var ki, özüm bilərək gizlətdim. Gözləyirəm, diqqətli oxucu mənə sual eləsin ki, bəs “bu nədir?”, “niyə var?” və ya “niyə yoxdur?” Bilmirəm, yəqin ki, “Qonşu evin işıqları” mənim üçün bitməyib. Davamı var. Nə vaxt, hansı formada, onu zaman göstərəcək.

İlk kitabını yazmaq istəyən, amma tərəddüd edən gənc müəlliflərə nə demək istərdin?

Həmişə deyirəm, mənə ilk kitabımı döyə-döyə yazdırıblar. Zarafat bir kənara, Farizin, Cavidin az qala hər gün olan xatırlatmaları, israrı olmasaydı, əsla bitməyəcəkdi. Ona görə yox ki, tənbələm. Ona görə ki, qorxurdum. Başlamadığın bir işdə uğursuzluğa düçar olmaq mümkün deyil axı. Amma başladım, çap olundu, gözəl təqdimat keçdi. Sonra bu kitab on il unuduldu. Tək nüsxəsi evimdə, kitabların arasında saraldı... 10 il sonra eyni ilin içində ssenarisi yazıldı, yer tutdu, nəşriyyatla yenidən nəşr üçün müqavilə bağlandı.

Tövsiyəm o olardı ki, əgər dünyanın eşitməyini istədiyin hekayən varsa, yazmalısan. Onun hara çatacağına isə zaman qərar verəcək. İndi ya on il, iyirmi il, əlli il, yüz il sonra...

Söhbətləşdi: İlahə Ümidli

15 iyun 2026-cı il

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 15 İyun 2026 21:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna Rusiyanın neft zavodlarını və Wildberries anbarlarını yenidən PUA larla vurdu

31 İyul 2026 10:12see500

Ekspert: “Qərb ərəb ölkələrinə demokratiya deyil, idarəolunan xaos gətirdi”

01 Avqust 2026 10:11see374

“Xarici təsirlərə bağlı qruplar, şəxslər, ictimai fiqurlar var...” İlahiyyatçı

31 İyul 2026 11:45see330

Məni hədələyirdilər Arzum 999 məhkəmədə diqqətçəkən açıqlamalar verdi

31 İyul 2026 14:56see311

“Mən hələ də onun yoxluğuna inanmıram” Şəhid Həmid Həmidlinin xanımı danışdı Video

31 İyul 2026 21:31see306

Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb

31 İyul 2026 21:37see281

Danimarka Aİ ni İspaniyanın Şengen üzvlüyünü dayandırmağa çağırıb

31 İyul 2026 17:03see274

Leyen miqrantlardan danışdı: Qəbul edə bilmərik…

31 İyul 2026 17:44see273

Ağır texnikanı dayandırın! Bayırşəhərlə bağlı narahatçılıq artır (REPORTAJ)

31 İyul 2026 19:21see242

Rusiya XİN: Seutadakı vəziyyət Aİ nin miqrasiya siyasətinin iflasını göstərir

31 İyul 2026 19:34see216

Qəhvə həqiqətən orqanizmdən suyu yuyub aparır? Maraqlı CAVAB

01 Avqust 2026 12:23see191

Baş nazir qərarı imzaladı Nazirlikdə avtomobillərin sayı artırıldı

31 İyul 2026 18:11see187

ABŞ Rusiya ilə bağlı qərar verir: Gərginlik başladı

01 Avqust 2026 02:12see187

Milli yaddaşdan rəqəmsal ayıqlığa: folklorun təhlükəsizlik dərsi

31 İyul 2026 21:33see184

Mərakeşdə polis İspaniyaya keçmək istəyən miqrantları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib

01 Avqust 2026 03:24see182

Joze Mourinyo “Real”ın “Fiorentina” ilə oyununu şərh edib

02 Avqust 2026 01:36see182

Tanınmış meyxanaçı əsgər getdi VİDEO

31 İyul 2026 10:15see179

Azərbaycanda dollara tələbat azalıb

31 İyul 2026 10:18see177

Bahalı depozit xərcləri AFB Bank ın mənfəətini kəskin əritdi 11 DƏFƏ AZALMA

31 İyul 2026 19:22see177

Aİ nin süni intellekt qaydalarında yeni mərhələ başlayır

01 Avqust 2026 00:25see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri