Icma.az
close
up
RU
Cəmiyyətdə iqtisadi sabitlik hissinin zəifləməsinin əsas səbəbləri NƏLƏRDİR ? İQTİSADÇI DANIŞDI

Cəmiyyətdə iqtisadi sabitlik hissinin zəifləməsinin əsas səbəbləri NƏLƏRDİR ? İQTİSADÇI DANIŞDI

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"İqtisadi sabitlik hissinin cəmiyyətdə zəif olmasının əsas səbəbləri həm qlobal, həm də daxili amillərlə bağlıdır. Müasir dövrdə insanlar təkcə mövcud gəlir səviyyəsinə deyil, gələcəkdə bu gəlirin davamlı olub-olmayacağına da diqqət yetirirlər". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.

Onun sözlərinə görə, gələcəklə bağlı qeyri-müəyyənlik artdıqca, iqtisadi göstəricilər rəsmi olaraq sabit görünsə belə, cəmiyyətdə psixoloji narahatlıq güclənir: "İlk növbədə, inflyasiya gözləntiləri iqtisadi sabitlik hissinə ciddi təsir göstərir. Qiymət artımlarının davamlı olacağı qorxusu insanların alıcılıq qabiliyyətini zəiflətməklə yanaşı, uzunmüddətli planlar qurmasını da çətinləşdirir. İnsanlar gəlirlərinin sabah bugünkü dəyərini qoruyub-qorumayacağına əmin olmadıqda, iqtisadi sabitliyə inam azalır. Digər mühüm amil əmək bazarı ilə bağlıdır. İş yerlərinin davamlılığına dair inamsızlıq, qeyri-rəsmi məşğulluğun payının yüksək olması və karyera perspektivlərinin qeyri-müəyyənliyi insanların özlərini maliyyə baxımından güvənli hiss etməsinə mane olur. Hətta işləyən şəxslər belə işlərini itirmə riskini daim nəzərə alır və bu da ümumi sabitlik hissini zəiflədir.

Eyni zamanda, sosial bərabərsizlik və gəlir bölgüsündə balanssızlıq da mühüm rol oynayır. İqtisadi artımın nəticələri cəmiyyətin bütün təbəqələrinə eyni dərəcədə çatmadıqda, insanlar ümumi iqtisadi inkişafı öz həyatlarında hiss etmirlər. Bu isə “iqtisadiyyat böyüyür, amma mənim vəziyyətim dəyişmir” düşüncəsini formalaşdırır. Maliyyə savadlılığının aşağı səviyyədə olması da iqtisadi sabitlik hissinin zəifləməsinə səbəb olur. İnsanlar riskləri düzgün qiymətləndirə bilmədikdə və ya maliyyə qərarlarının nəticələrini tam anlamadıqda, iqtisadi proseslər onlara daha qorxulu və nəzarətdən kənar görünür. Nəticədə, cəmiyyətdə ümumi etimadsızlıq mühiti yaranır. Nəhayət, qlobal iqtisadi proseslər – geosiyasi gərginliklər, enerji və ərzaq bazarlarındakı dalğalanmalar – milli iqtisadiyyatlara birbaşa təsir göstərir. Bu təsirlər mediada intensiv şəkildə işıqlandırıldıqca, cəmiyyət riskləri daha kəskin qəbul edir və sabitlik hissi zəifləyir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 Yanvar 2026 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see755

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see155

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see136

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri