Icma.az
close
up
RU
Mehriban Vəliyeva: Təhsilsiz şəxslər insan alverinin qurbanına daha tez çevrilirlər

Mehriban Vəliyeva: Təhsilsiz şəxslər insan alverinin qurbanına daha tez çevrilirlər

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planının hazırlanmasının 21 ili, “İnsan Alverinə qarşı Mübarizə Haqqında” qanunun qəbulunun isə 20 ili tamam olur. 2025-2030-cu illər üçün Milli Fəaliyyət planı da hazırlanıb və öz tövsiyələrini vermək üçün aidiyyəti dövlət orqanlarına təqdim olunub.

“Getdikcə qlobal problemə çevrilən, bəşəriyyətin sağlam inkişafına ciddi əngəl olan insan alveri bu gün bütün dünya ölkələri, cəmiyyətlər üçün ciddi başağrısına çevrilib. Azərbaycan da dünyanın bir parçası olduğu üçün insan alveri ilə bağlı cinayətlərdən, onun doğurduğu bəlalardan kənarda qala bilmir. Bütün müstəqil və hüquqi dövlətlərdə olduğu kimi bizim ölkəmizdə də insan alverinə qarşı mübarizə yüksək səviyyədə həyata keçirilir. Dövlətimiz problemin həlli ilə yanaşı, onu yaradan səbəblərin aradan qaldırılması üçün addımlar atır. Xüsusilə də, əhalini maarifləndirmək, hər bir uşağı icbari təhsilə cəlb etmək və onlara müvafiq biliklər vermək yolu ilə insan alveri qurbanlarının sayını minimuma endirmək siyasəti təqdirəlayiqdir. Müşahidələr göstərir ki, insan alverinin qurbanlarına çevrilən şəxslərin böyük əksəriyyəti savadsız və bilgisizdir.  Beynəlxalq təşkilatların, dövlətlərin, QHT-lərin hesabatları, statistikaları bunu təsdiqləyir”.

Bunu saytımıza açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib. Onun sözlərinə görə, təhsilsiz insanlar insan alveri ilə məşğul olan şəbəkələrin toruna daha tez və daha asan düşürlər.

Qanunsuz işədüzəltmə, moda agentlikləri, tanışlıq və nikah haqqında elan saytları insanların bilgisizliyindən, maddi durumlarının çətinliyindən istifadə edərək onları öncə əməkdaşlığa həvəsləndirir, sonra məcburi əməyə cəlb edirlər. Xaricdə təhsil adı altında da gənclərimiz insan alverinin qurbanına çevrilirlər. Təbii ki,  təhsildən yayınan gənclərin insan alveri şəbəkəsinin qurbanına çevrilməsi riski daha yüksəkdir. Azərbaycanda Daxili İşilər Nazirliyi, digər dövlət orqanları, QHT-lər insan alverinə qarşı mübarizədə olduqca aktiv və nümunəvi fəaliyyət göstərirlər. Daxili İşlər Nazirliyi ilə Elm və Təhsil Nazirliyi arasında imzalanmış memoranduma uyğun olaraq, peşə və internat məktəblərində, digər təhsil ocaqlarında birgə maarifləndirmə tədbirləri keçirilir. Ötən il ərzində dövlət orqanlarında çalışan yüzlərlə şəxsə insan alveri və məcburi əmək qurbanlarının müəyyənləşdirilməsi və onlar ilə bağlı çoxsaylı ixtisasartırma kursu keçirilmişdir. Həmçinin Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən sosial platformalarda insan hüquqları, uşaqların təhsildən yayınması və baxımsızlığı, uşaq nikahlarının qarşısının alınması və s. istiqamətlər üzrə məlumatlandırıcı posterlər yayımlanmışdır. İnsan alveri qurbanlarının müvəqqəti yaşaması üçün yaradılmış sığınacaqlarda, xüsusi müəssisələrdə bütün xidmətlər ödənişsiz göstərilir. Xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İnsan alveri qurbanlarının dövlət sığınacaqlarına yerləşdirilməsi, hüquqi yardımın göstərilməsi, onların təhsillərinin davam etdirilməsi, psixoloji, tibbi və peşə reabilitasiyası üçün tədbirlər görülməsi, həmin şəxslərin cəmiyyətə adabtasiya olması və işlə təmin edilməsi istiqamətində xeyli işlər görülüb. Azərbaycan Respublikasının “İnsan alverinə qarşı mübarizə haqqında” Qanununa əsasən, cinayət təqibi orqanının müraciətinə uyğun olaraq dövlət orqanları öz səlahiyyətləri daxilində sığınacaqlar yaradır və Yardım mərkəzləri də öz funksiyaları çərçivəsində insan alveri qurbanlarına yardım göstərirlər. İnsan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə qanunvericiliyə müvafiq olaraq dövlət büdcəsi və digər mənbələr hesabına Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə müavinət ödənilir. İnsan alveri qurbanlarının sosial reabilitasiyası həyata keçirilərkən onların hüquqlarının hər hansı formada məhdudlaşdırılmasına, yaxud onların iradəsinə zidd reabilitasiya tədbirlərinin tətbiq edilməsinə yol verilmir”. Deputat qeyd etdi ki, Azərbaycan polisi insan alverinin qurbanına çevrilən vətəndaşlarımızın müdafiəsini təmin edir: “ İnsan alverindən zərər çəkmiş şəxsin, onun yaxın qohumlarının, habelə insan alverinə qarşı mübarizəyə yardım göstərən şəxslərin həyat və sağlamlığına təhlükə yarada bilən məlumatların gizli saxlanması - konfidensiallığı bütün hallarda təmin edilir. Bu məlumatları qəsdən yayma qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan ərazisində insan alverinin qurbanı olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin müdafiəsi də ölkə vətəndaşları ilə bərabər səviyyədə təmin edilir. Bu gün cinayətkar şəbəkələr öz çirkin məqsədlərinə çatmaq üçün ən müxtəlif vasitələrdən - müasir texnologiyaların, sosial şəbəkələrin imkanlarından geniş istifadə edirlər. Ona görə də dünyada insanın istismarına xidmət edən fəaliyyətlərin sırası ildən-ilə genişlənir. Bəzi ölkələrdə insanların alınıb-satılması, oğurlanması, girov götürülməsi, cinsi istismarı, məcburi əmək, məişət köləliyi, insan orqanlarının alveri daha geniş yayılıb.

M.Vəliyeva bildirdi ki, insan alverinə qarşı mübarizəni daha da gücləndirmək üçün maarifləndirmə tədbirlərinin sayını artırmaq lazımdır:

“Mövzu ilə bağlı çoxsaylı filmlər, sosial çarxlar hazırlanmalı və ictimaiyyətə təqdim olunmalıdır. Televiziyaların imkanlarından yararlanmaqla proflaktik tədbirləri gücləndirmək vacibdir. Hər bir ailədə milli dəyərlər aşılanarsa, təlim-tərbiyə işləri vaxtında aparılarsa, gənclərimiz də kriminal ünsürlərdən bir o qədər uzaq olar. Daxili İşlər Nazirliyinin insan alveri, narkomaniya və kibercinayətkarlıqla mübarizəni gücləndirdiyi bir vaxtda ictimaiyyət, valideynlər polislə sıx əməkdaşlıq etməli, öz köməkliklərini göstərməlidirlər. Ən əsası həm insan alverinin qurbanı olan şəxslər, həm də onların yaxınları problemlərlə bağlı vaxtında polisə müraciət etməlidirlər. Təcrübə göstərir ki, polis-cəmiyyət bağlarının güclü olduğu ölkələrdə cinayətkarlığa qarşı daha effektiv mübarizə aparmaq mümkün olur. Azərbaycan polisi də xalqın inamına, etimadına arxalanaraq cinayətkarlıqla uğurlu, barışmaz mübarizə aparır. Məhz bunun nəticəsidir ki, Azərbaycanda kriminal ünsürlər vaxtında zərərsizləşdirilir və ictimai sabitliyik hökm sürür. Bu gün əminlikə demək olar ki,hüquq-mühafizə orqanları və xüsusi ilə də polis əməkdaşları tək insan alverinə qarşı mübarizədə deyil ümumiyyətlə cinayətkarlığın bütün növlərinə qarşı yüksək səviyyədə mübarizə aparır və öz fəaliyyətini ölkə qanunları çərçivəsində, zamanın diktə etdiyi tələblərə uyğun qurur. Son illər bütün dünyada olduğu kimi, ölkəmizdə də kibercinayətkarlığın artması, ona qarşı mübarizənin gücləndirilməsini qaçılmaz edib. DİN kibercinayətkarlığa qarşı həm hüquqi müstəvidə, həm də maarifləndirmə yolu ilə ciddi və hərtərəfli mübarizə aparır. Eyni zamanda ölkəmizdə narkomaniyaya qarşı aparılan mübarizədə hüquq-mühafizə orqanlarının barışmaz mövqeyi bir çox ölkələrə nümunə ola bilər. Bəşəriyyətin bəlası olan narkamaniyaya qarşı mübarizə yalnız DİN-nin işi olmamalıdır. Bu məsələdə vətəndaş mövqeyi, mütəşşəkkil mübarizədə cəmiyyətin sayıqlığı gənclərimizi, ailələrimizi qorumaq üçün çox vacib amil olduğunu unutmamalıyıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 May 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see176

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see151

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri