Icma.az
close
up
RU
“Cəmiyyətin sağlam gələcəyi uğrunda maarifləndirmə işlərinin təşkili” layihəsi fəaliyyətini davam etdirir FOTOLAR

“Cəmiyyətin sağlam gələcəyi uğrunda maarifləndirmə işlərinin təşkili” layihəsi fəaliyyətini davam etdirir FOTOLAR

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Ailələrə Sosial Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Cəmiyyətin sağlam gələcəyi uğrunda maarifləndirmə işlərinin təşkili” layihəsi öz fəaliyyətini davam etdirir.

"Cebheinfo.az" xəbər verir ki, Birliyin sədri və layihə rəhbəri Esmira Rəhimova QHT.az-a bildirib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir: “Layihənin icrası Quba rayonunda, şəhid İbrahim Şahmərdanov adına Qəcrəş tam orta məktəbində təşkil olunur.

Bu layihənin keçirilməsində məqsəd yetkinlik yaşına çatmayanların erkən evliliyi və qohum nikahlarla bağlı mövcud problemlərin qarşısının alınmasına dəstək olmaqdır. Ailə dəyərləri xalqımız üçün müqəddəsdir. Azərbaycan cəmiyyətinin sağlam inkişafı üçün ailə institutunun gücləndirilməsi, erkən evliliyin, qohum nikahlarının və boşanma hallarının azalması istiqamətində görülən tədbirlərə dəstək vermək, eləcə də sözügedən problemlərin aradan qaldırılması məqsədilə təhsilin və hüquqi maarifləndirmənin artırılması, xüsusilə regionlarda bu istiqamətdə fəaliyyətin gücləndirilməsi mühüm əhəmiyyət daşıyır.

Layihənin həyata keçirilməsi nəticəsində yeniyetmələr arasında erkən və qeyri-rəsmi nikahların mənfi nəticələri və fəsadları, eləcə də qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin yaranma riskləri barədə maarifləndirmə işi aparılır. Bununla yanaşı, layihə çərçivəsində yeniyetmələrin hüquq və azadlıqlarının müdafiəsi, bu istiqamətdə yeni qəbul edilmiş qanunvericilik kontekstində mövcud məsələlər ətrafında maarifləndirmə tədbirləri həyata keçirilməkdədir.

Erkən və qeyri-rəsmi nikahların fəsadları, qan qohumları arasında bağlanan nikahların doğurduğu genetik risklər barədə yeniyetmələr məlumatlandırılır. Xüsusilə qızların təhsil almaq hüququ, ailə hüquqları və nikah müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi barədə təbliğat işi aparılıb. Bu yolla cəmiyyətin gələcək sağlam inkişafına töhfə verməyə çalışmışıq.

İnanıram ki, bu layihənin icrası ailə üzvləri arasında qarşılıqlı hörmətin, hüquq və öhdəliklərə məsuliyyətli yanaşma vərdişlərinin formalaşmasına, həmçinin yeniyetmələr arasında hüquqi maarifləndirmənin təbliği və onların öz hüquqlarını müdafiə bacarıqlarının təkmilləşdirilməsinə xidmət edəcək”.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:45
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Oktyabr 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri