Icma.az
close
up
RU
“Qızların işıqlı gələcəyi naminə maarifləndirmə” layihəsi uğurla yekunlaşdı FOTOLAR

“Qızların işıqlı gələcəyi naminə maarifləndirmə” layihəsi uğurla yekunlaşdı FOTOLAR

Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AzVision.az xəbər verir ki, layihənin yekun tədbiri 8 oktyabr 2025-ci il tarixində Bakı şəhərində Azərbaycan Milli QHT Forumunun iclas zalında keçirilib. Tədbirin təşkilinə göstərilən dəstəyə görə Azərbaycan Milli QHT Forumuna təşəkkür bildirilib.
Tədbirdə çıxış edən İctimai Birliyin rəhbəri Elnurə Abuşova layihənin məqsədləri və əhəmiyyətindən danışaraq, erkən nikahların qarşısının alınmasında valideynlərin və təhsil müəssisələrinin rolunun vacibliyini vurğulayaraq qeyd edib ki, layihə çərçivəsində müxtəlif rayonlarda təşkil edilən təlimlərdən, ailələrin mövzuya münasibətindən və uşaqların hüquqlarının təminində ailə dəyərlərinin əhəmiyyətindən bəhs olunub. Yekun tədbirin məqsədi qanunvericiliyin təhlili, mövcud çətinliklərin dövlət qurumları, QHT-lər və media nümayəndələri ilə müzakirəsi, bu müzakirələrin layihə hesabatında əks olunması, eləcə də layihənin davamlılığını təmin etmək üçün təkliflərin aidiyyəti qurumlara təqdim olunmasıdır.
Tədbirdə iştirak edən qurumlar arasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyinin Ictimai Səhiyyə və Islahatlar Mərkəzi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası-Azerbaijani Bar Association, Mediasiya Şurası, Konstitusiya Araşdırmalar Fondu, media nümayəndələri, yerli qeyri-hökumət təşkilatları iştirak edib.
Azərbaycan Vəkillər Kollegiyasının nümayəndələri Gülşən Salmanova və Lalə Məmmədova çıxış edərək erkən nikahların cəmiyyət üçün vacibliyini vurğulayıblar. Çıxışlarda qızların hüquqi müdafiəsi, ucqar bölgələrdə yaşayan həssas əhali qrupları üçün hüquqi yardımın təşkili, ailə və valideyn məsuliyyəti, həmçinin qanunvericiliyin təkmilləşdirilməsi və düzgün hüquqi qərarların qəbul olunmasının əhəmiyyəti qeyd olunub.
Mediasiya Şurasının nümayəndəsi, Mediasiya Şurası idarə heyəti sədrinin müşaviri Əli Fərzəliyev çıxışında vətəndaş cəmiyyətlərinin dəbdəbəli otellərdən çıxıb regionlarda təlim keçirməsini alqışladı və bildirdi ki, təşkilat rayonlarda aparılan maarifləndirmə tədbirlərində aktiv iştirak edib. Əhali ilə birbaşa ünsiyyət zamanı ailə dəyərlərinin aşılanması, erkən nikah və ailədaxili problemlərə həssas yanaşma önəmlidir. Həmçinin vurğulandı ki, problemlər erkən aşkarlandıqda, yerli qurumlarla kompleks yanaşma tətbiq etməklə uşaqların və qızların hüquqlarının qorunması və onların cəmiyyətə sağlam inteqrasiyası təmin olunur.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi, Uşaq məsələləri şöbəsinin böyük məsləhətçisi Şəbnəm Cəfərova çıxışında qeyd edib ki, Komitənin 11 rayonda fəaliyyət göstərən “Ailələrə və Uşaqlara Dəstək Mərkəzləri” var və bu mərkəzlərdə ailə dəyərlərinin təbliği, uşaqların hüquqlarının qorunması, qızların təhsilə yönləndirilməsi və erkən nikahların qarşısının alınması istiqamətində işlər aparılır. Məktəblərdə də mütəmadi maarifləndirmə tədbirləri həyata keçirilir və real həyatda rast gəlinən hallardan nümunələr əsasında problemlərin həlli yolları barədə məlumat verilir.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndəsi, təlim-resus şöbəsinin müdir müavini Pərvin Quliyeva çıxış edərək, səhiyyə sahəsində görülən işlər, məktəblərdə aparılan maarifləndirmə tədbirləri və tibb işçiləri, psixoloqlar, məktəb psixoloqları üçün hazırlanmış metodik vəsaitlər barədə məlumat verib. Bu materiallarda uşaqlara qarşı zorakılığın erkən aşkarlanması, atılmalı addımlar və müraciət istiqamətləri əks olunub. Həmçinin vurğulanıb ki, bu fəaliyyətlər Nazirliyin illik fəaliyyət planına daxil edilib və davamlı olaraq həyata keçirilir.
Tədbirdə erkən nikahların qarşısının alınması üzrə tövsiyələrlə çıxış edən “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, Cinayət Məcəlləsinin 176-1 və 176-2-ci maddələri hüquqi baza yaratsa da, mövcud tənzimləmə hüquqi, terminoloji və institusional boşluqlara malikdir. Cinayət-hüquqi müdaxilə reaktiv xarakter daşıyır, profilaktik və sosial müdafiə mexanizmləri zəifdir, institusional koordinasiya parçalanmışdır, regionlarda dəyərlər və davranış stereotipləri hüquqi mexanizmin təsirini məhdudlaşdırır.
Terminoloji qeyri-dəqiqlik məsələsinə toxunan Ə.Nuriyev “Erkən evlilik” anlayışının Ailə Məcəlləsində olmamasını, cəza və məsuliyyətin balanssız olmasını (subyektiv və ağırlaşdırıcı hallar dəqiq müəyyən edilməyib), sosial reaksiya mexanizminin formalaşmanasını, (təhsil, sosial xidmət və polis arasında erkən xəbərdarlıq sistemi yoxdur), məcbur etmə formalarının fərqləndirilmədiyini (fiziki, psixoloji, dini, iqtisadi), zərərçəkmişin müdafiə mexanizminin olmaçasını (təhsil, sığınacaq, psixoloji dəstək tədbirləri hüquqi sənədlərdə nəzərdə tutulmayıb), dini kəbin və sosial razılaşma hallarına qarşı məsuliyyət mexanizmlərinin qeyri-müəyyən olmasını bildirərək əlavə edib ki, QHT və medianın rolu sistemli və uzunmüddətli deyil, layihə əsaslıdır.
Tədbirdə çıxış edən filologiya elmləri doktoru, professor, ADU-nun Xarici ölkələrin ədəbiyyatı kafedrasının rəhbəri Aynur Sabitova qızların təhsil almasının və maariflənməsinin cəmiyyətin gələcəyi üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb:
“5 il tələbə olmuşam, sonrakı illəri isə pedaqoji fəaliyyətlə məşğul olmuşam. Hamı bilir ki, Dillər Universiteti uzun illər qızların üstünlük təşkil etdiyi ali məktəb olub. Sonradan beynəlxalq münasibətlər fakültəsi açıldıqdan sonra oğlan tələbələr də təhsil almağa başladı. Amma ümumilikdə, biz oxuduğumuz dövrlərdə bu təhsil ocağında əsasən qızlar üstünlük təşkil edirdi. Bu gün Azərbaycan Dillər Universiteti yalnız bir təhsil ocağı deyil, eyni zamanda geniş imkanlar yaradan dinamik bir inkişaf məkanıdır. Universitetimizdə tələbələrin elmi, peşəkar və şəxsi inkişafı üçün müxtəlif istiqamətlərdə mühüm işlər görülür. Tədrisin keyfiyyətinin yüksəldilməsi, xarici dillərin daha müasir metodlarla tədrisi, beynəlxalq əməkdaşlıqların genişləndirilməsi, tələbələrin beynəlxalq proqram və layihələrdə iştirak imkanlarının artırılması, həmçinin mədəni və sosial fəaliyyətlərin zənginləşdirilməsi bu işlərin əsasını təşkil edir. Bu cür layihələr sayəsində tələbələr yalnız nəzəri biliklərlə kifayətlənmir, həm də qlobal dünyada rəqabətədavamlı mütəxəssis kimi formalaşırlar. Universitetimizdə aparılan bu ardıcıl işlər həm müəllimlərə, həm də tələbələrə böyük motivasiya verir.”
Professor qeyd edib ki, qız uşağının maariflənməsi tək bir fərdin deyil, bütöv bir cəmiyyətin inkişafına təsir edir:
“Maariflənmiş bir qız — gələcəyin güclü qadını, güclü ailəsi və sağlam cəmiyyətidir. Belə layihələrdə hər bir təşəbbüs çox şeyi dəyişə bilər. Cəmiyyətin tərəqqisində hər bir fərdin rolu böyükdür".
Aynur Sabitova həmçinin müasir dövrdə texnologiyanın sosial münasibətlərə təsirinə də toxunub:
“Bizdə təhsil sistemi, dərslər normal şəkildə keçirilir, amma smartfonlar və texnologiya uşaqları real həyatdan uzaqlaşdırır. Canlı ünsiyyət və emosional təmas olmayınca problemlər qaçılmazdır. Günümüzün çoxu sosial şəbəkələrdə keçir və bu enerjimizi alır. Layihənin əhəmiyyətini yüksək qiymətləndirirəm, təşkilatın sədri Elnurə Abuşovaya təşəkkür edirəm. Elnurə xanımın bu layihəsi cəsarətli addımdır. Xüsusilə bölgələrdə bu sahədə maarifləndirmə işlərinə ehtiyac böyükdür. Bu görüş layihənin başlanğıcı olsa da, əslində gələcək uğurların təməlidir".
“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə layihənin əhəmiyyətindən, vətəndaş cəmiyyətinin rolundan, dövlət və QHT-lər arasında əməkdaşlığın vacibliyindən danışıb. Cəsarət Hüseynzadə çıxışında ilk olaraq layihənin müəllifi Elnurə Abuşovaya təşəkkür edib:
“Bu layihə yeni yaranan bir təşkilat üçün çox dəyərli və cəsarətli addımdır. Həmçinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürümü bildirirəm ki, vətəndaş cəmiyyətinin formalaşmasında mühüm rol oynayır və yeni təşkilatlara ilkin maliyyə dəstəyi göstərir. Bu, QHT-lər üçün bir növ tramplin rolunu oynayır.”
QHT sədri bildirib ki, qızların maarifləndirilməsi və erkən nikahlarla mübarizə məsələsi uzun illərdir müzakirə mövzusudur və bu istiqamətdə vətəndaş cəmiyyətinin fəaliyyəti danılmazdır:
“Bu mövzu illərdir gündəmdədir. Doğrudur, müəyyən uğurlar əldə olunub, amma bəzi problemlər hələ də qalmaqdadır. Mən düşünürəm ki, vətəndaş cəmiyyəti daha da güclənsə, bu problemlərin həlli daha sürətli və səmərəli olar. Dövlət qurumları və QHT-lərin mövqelərinin uzlaşdırılması vacibdir. Bəzən biz yalnız öz pəncərəmizdən baxırıq, dövlət qurumlarının baxış bucağını nəzərə almırıq. Əslində, dövlət qurumları çox güclənib, bu, müsbət haldır, lakin paralel olaraq vətəndaş cəmiyyətinin zəifləməsi müşahidə olunur. Əgər bu balans qorunmasa problemlərin həllində çətinliklər yaranacaq.”
Cəsarət Hüseynzadə həmçinin yerli səviyyədə — icra hakimiyyətləri və bələdiyyələr səviyyəsində fəaliyyətin artırılmasının vacibliyini vurğulayıb:
“Regionlarda erkən nikahlarla bağlı yerli icra hakimiyyətlərinin və bələdiyyələrin fəaliyyəti, demək olar ki, sıfır səviyyəsindədir. Halbuki yerli icmalar bu problemləri daha yaxşı tanıyır və onların həllində birbaşa iştirak etməlidirlər.”
Cəsarət Hüseynzadə çıxışında erkən nigahla bağlı dəstək mexanizmlərinin gücləndirilməsi üçün təkliflər də səsləndirib:
“Əgər imkansız ailələrin uşaqları üçün müəyyən vəqflər və ya təhsil fondları yaradılarsa, bu, həm erkən nikah hallarının, həm də təhsildən yayınmanın qarşısını ala bilər. Təhsil bərabərliyi təmin olunmadan ədalətdən danışmaq çətindir. Vətəndaş cəmiyyətinin dövlətlə əməkdaşlıqda daha fəal mövqedə olması vacibdir. Bu layihə kimi təşəbbüslər göstərir ki, vətəndaş cəmiyyəti proseslərdə mühüm rola malikdir. Əgər biz birgə fəaliyyət göstərsək, cəmiyyətin inkişafı daha dayanıqlı olacaq.”
Müstəqil jurnalist Ramina Eyvazqızı bildirib ki, uşaqların məlumatlarının qorunması, ailədaxili qayğının və diqqətin yetərli olmaması erkən nikah hallarının yaranmasına təsir edir. Digər media nümayəndələri qeyd ediblər ki, erkən nikahların qarşısının alınması, qızların təhsilə cəlb olunması və sosial inkişafının təmin edilməsi üçün cəmiyyətin və medianın fəal iştirakı vacibdir.
Media nümayəndələri çıxışlarında vurğulayıblar ki, mediada erkən nikahlarla bağlı məlumatların işıqlandırılmasında bəzən boşluqlar olur. Tədbirdə həmçinin televiziyaların, medianın və sosial şəbəkə platformalarının rolunun önəmi vurğulanıb. Düzgün təbliğatın aparılması, ailə dəyərlərinin qorunması, zorakılığın qarşısının alınması və maarifləndirmə tədbirlərinin geniş ictimaiyyətə çatdırılması vacib istiqamətlər kimi qeyd olunub.
Tədbirdə həmçinin vurğulanıb ki, maarifləndirmə fəaliyyətlərinə yalnız qızlar deyil, oğlanlar və yeniyetmələr də cəlb edilməlidir. Bu, onların gələcəkdə valideyn kimi sağlam düşüncə və münasibət formalaşdırmasına, həmçinin qızların və qadınların zorakılıqdan qorunmasına mühüm töhfə verəcək.
Sonda Elm və Təhsil Nazirliyinin İTM jurnalının Baş redaktoru Böyükağa Mikayıllı iştirakçıları səsləndirilən fikirlərə elmi əsaslandırma ilə yanaşmanı təklif edərək bildirdi ki, araşdırma nəticələrinə həsr edilmiş məqalələrə Baş redaktoru olduğu jurnalda yer ayıra bilər.
Tədbir qarşılıqlı müzakirə ilə davam edib.
AzVision.az
Qalereya
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://azvision.az
archiveBu xəbər 09 Oktyabr 2025 21:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see756

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see226

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see155

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see143

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see137

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see137

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see136

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see136

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see133

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see130

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri