Çempionlar Liqası: “Barselona”dan fantastik geridönüş, “Liverpul” doğma meydanda qələbə qazanıb AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 22 yanvar, AZƏRTAC
UEFA Çempionlar Liqasının əsas mərhələsində VII tura start verilib.
AZƏRTAC xəbər verir ki, azarkeşlər ilk oyun günündə 9 qarşılaşmaya şahidlik ediblər.
“Benfika” Portuqaliyada İspaniyanın “Barselona” klubunu qəbul edib. Qonaqlar geridə olmalarına baxmayaraq, son saniyələrdə vurduqları qolla 5:4 hesablı qələbə qazanıblar.
İspaniyanın digər təmsilçisi “Atletiko” Madrid şəhərində Almaniyanın “Bayer” komandasını məğlub edib - 2:1.
Fransa “Lill”i isə İngiltərədə “Liverpul”a 1:2 hesabı ilə uduzub.
UEFA Çempionlar Liqası: Liqa mərhələsi, VII tur
“Monako” (Fransa) - “Aston Villa” (İngiltərə) - 1:0
“Atalanta” (İtaliya) - “Şturm” (Avstriya) - 5:0
“Liverpul” (İngiltərə) - “Lill” (Fransa) - 2:1
“Benfika” (Portuqaliya) - “Barselona” (İspaniya) - 4:5
“Srvena Zvezda” (Serbiya) - PSV (Niderland) - 2:3
“Atletiko” (İspaniya) - “Bayer” (Almaniya) - 2:1
“Slovan” (Slovakiya) - “Ştutqart” (Almaniya) - 1:3
“Bolonya” (İtaliya) - “Borussiya” (Dortmund, Almaniya) - 2:1
“Brügge” (Belçika) - “Yuventus” (İtaliya) - 0:0.
Qeyd edək ki, VII turun növbəti oyunları bu gün təşkil olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 22 Yanvar 2025 02:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















