Icma.az
close
up
RU
Çempionlar Liqası: Yeni güc səviyyələri və ispan yorğunluğu…

Çempionlar Liqası: Yeni güc səviyyələri və ispan yorğunluğu…

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əkbər Qoşalı
İngilis futbolu şahlanır,

alman və italyan futbolu dirənir,

fransız futbolu potensialını sistemə çevirə bilmir,

ispan futbolu isə…

Avropa futbolunun ən prestijli səhnəsi – UEFA Çempionlar Liqası – bu mövsüm də sadəcə turnir deyil, eyni zamanda futbol fəlsəfələrinin və yönətim modellərinin qarşıdurma meydanına çevrilib. Topun qapıya deyil, necə deyərlər, sistemə getdiyi bir dönəmdə artıq təkcə istedad deyil, struktur, motivasiya və sabitlik də həlledici rol oynayır. Bu kontekstdə baş verənləri bir qədər incələməyə çalışaq.

İngilis futbolu:

Pul puldur amma plan və praqmatika daha önə çıxır

Uzun illər “fiziki futbol” və “böyük pullar”la tanınan İngiltərə Premyer Liqası indi planlı çağdaşlaşmanın mərkəzinə çevrilib. “ManchesterCity” və “Arsenal” bu yeni fəlsəfənin qabaqcıl təmsilçiləridir. Qvardiolanın sistemi artıq sadəcə oyun yox, sanki ritm və qrafika/dizayn yaradır... Arteta isə gənc oyunçularla klub sistemini yenidən düzənləyir – yalnız taktiki yox, həm də psixoloji olaraq…

Ən önəmlisi, bu klublar indi transfer bazarında “ulduz” axtarmır – sistemə uyğun profil axtarır... Qazanılan uğurlar da məhz bu zehniyyətin nəticəsidir. İngilis futbolu hazırda Avropada təkcə sürətlə deyil, futbol texnologiyası ilə irəliləyir.

“Eyni rəndədən çıxmış” alman və italyan futbolu: dirəniş & dönüş

Almaniya: dəqiq, amma ruhsuz…

Alman futbolunun struktur və intizamı tarixən örnək olub; lakin bu gün “Bayern Munich” kimi nəhənglər sabitlikdən uzaqdır. Tuçel başqanlığındakı sistem nə kollektivə, nə də fərdi oyunçulara uyğun gəlir. Bununla belə Alonso və “Bayer Leverkuzen” fenomeni Almaniyada yeni futbol nəslinin doğulmaqda olduğunu göstərir. Bu futbol texniki, sürətli və kreativdir – yəni alman futbolunun gələcəyidir.

İtaliya: keçmişin kodlarını yeniləyənlər

İtaliya, “qapı kilidi”ndən (“catenaccio”dan) çıxıb strukturlaşmış hücumlara yönəlir. “İnter” və “Napoli” artıq yalnız müdafiə ilə deyil, oyunun yönətimi ilə də fərqlənir. Taktika yenilənir, amma riskalma vərdişi hələ tam oturuşmayıb. İtalyan futbolu ayılmaq üzrə olsa da, oyanışın hansı yöndə irəliləyəcəyi hələ tam bəlli deyil.

Fransız futbolu:

ilham var, sistem yoxdur…

Futbol təsərrüfatı normadanartıq “afrikalaşmış” Fransada istedad qıtlığı yoxdur – əksinə, bəlkə də Avropanın ən çox “xam” oyunçusu bu ölkədən çıxır. Ancaq sistem yoxdursa, bu ilhamlı oyunçular dərhal ixrac edilir və sonuc – içəridə sabitsizlik yaranır. PSJ bu məsələdə həm istisna, həm də örnəkdir. Enrikenin PSJ-si artıq “superulduzlar sirki” deyil – o, komanda sisteminə keçid axtarışındadır. Mbappenin bu sistemdə qalmayıb da getməsi isə sadəcə transfer deyil – bir fəlsəfə seçimi sayılır.

İspan futbolu:

yorğunluq və nostalgiya

İspan futbolunun keçmiş “parıltısı” indi kölgə kimi uzanır. “Tiki-taka” öyrədici, bəlkə də poetik idi amma artıq zamansızdır. “La Liga”nın ümumi səviyyəsi enib. “Barcelona” hələ də borc bataqlığında çabalayır, “Atletico Madrid” isə transformasiya edə bilmir ki bilmir...

“Real Madrid”:

gedənlər hələ getməyib, gələnlər tam gəlməyib

Ən çox sual doğuran isə “Real Madrid”in bu mövsümdəki durumudur. Əslində, kağız üzərində hər şey var – gənclik (Bellingham, Vinicius, Tchouaméni), təcrübə (Modrić), liderlik (Ançelotti), irs və motivasiya; amma praktiki səviyyədə bunlar bir sistem halına düşə bilmir...

Bu, sadəcə seleksiya problemi deyil. Bu, uğurdan doğan yorğunluq, təzələnmə ehtiyacının ertələnməsi və taktiki qarmaqarışıqlıqdır. Arda Güler kimi oyunçuların hələ də ehtiyatda saxlanması bu təzələnmənin nə qədər gecikməli aparıldığını göstərir.

“Real Madrid” gələcəkdə yenə zirvədə ola bilər - amma bu dəfə inersiya ilə - “avtomatik olaraq” yox, yalnız “özünü yenidən kəşf edərək”…

Sonuc

Avropa futbolunda “sabit güc” anlayışı dəyişir. Artıq taktika, texnologiya, psixologiya və planlama bir araya gəlməlidir. Bu mövsüm Çempionlar Liqası yalnız qalibi müəyyən etməyəcək. O, eyni zamanda gələcəyin futbol xəritəsini də çəkəcək.

Və bu xəritədə görünür ki:

İngilis futbolu yüksəlişdədir – ustalıqla yönətilir;

Alman futbolu dirənir – yenilənir;

İtalyan futbolu döyüşür – keçidlə…;

Fransız futbolu potensialdır – lakin dağınıq;

İspan futbolu isə – gözləyir… - bəlkə də tənəzzülü.

Bəs bu proseslərin sonunda kim qalib gələcək? - Cavab bəlkə də tək bir klubun adı deyil, tək bir sistemin gələcəyini ifadə etməli…

Gün olsun - çox gec olmadan

Avropada Azərbaycan, Qazaxıstan,

Avropada və dünyada Türkiyə, Macarıstan

Asiyada Özbəkistan futbolunun parlaq sonuclarından danışalım.

Azərbaycan hələlik heç olmazsa (!), Gürcüstan və Ermənistan futbol mühitlərinə

yenik düşməməlidir,

düşməməlidir,

düşməməlidir!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:55
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Aprel 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see206

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see172

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see159

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see139

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see134

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see133

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri