Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Cənab İlham Əliyevin rəhbərliyi ilə hələ çox uğurlara imza atacağıq

Cənab İlham Əliyevin rəhbərliyi ilə hələ çox uğurlara imza atacağıq

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Ölkə başçısı İlham Əliyevin son 21 il ərzində həyata keçirdiyi uğurlu siyasət müstəqilliyimizin möhkəmləndirilməsi, ölkənin sosial-iqtisadi inkişafı və beynəlxalq arenada nüfuzunun artırılması ilə tarixə qızıl hərflərlə yazılmışdır. Bu dövr Azərbaycanın güclü və dayanıqlı dövlət quruculuğunun təmin edildiyi, torpaqlarını işğaldan azad etdiyi və regionun lider ölkəsinə çevrildiyi bir mərhələ olmuşdur.

Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra ölkədə sabitlik və inkişafın təməli qoyulmuşdur. Ulu Öndər 2003-cü ildə xalqa müraciətində cənab İlham Əliyevi öz siyasi kursunun davamçısı kimi təqdim edərək Onun liderliyinə olan inamını ifadə etmişdir. 2003-cü il oktyabrın 15-də keçirilmiş president seçkilərində cənab İlham Əliyev xalqımızın böyük etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmiş və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlanmışdır. Bu tarixi hadisə Azərbaycanın siyasi sabitliyinin və inkişaf tendensiyasının davam etdirilməsində mühüm rol oynamışdır. Dövlətimizin başçısı fəaliyyəti dövründə Ümummilli Liderin irsini qoruyaraq, eyni zamanda, onu müasir dövrün çağırışlarına uyğun şəkildə yeniləmək bacarığını nümayiş etdirmişdir. Bu yanaşma Azərbaycanı sosial-iqtisadi, hərbi və beynəlxalq əlaqələr sahəsində yeni zirvələrə ucaltmışdır. Beləliklə, bu kursun dayanıqlı və uğurlu olmasını təmin edən əsas amil qalib xalqın Liderinin müdrik siyasətidir. Məhz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının ən böyük arzularından biri olan Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsi reallaşdı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi tariximizin ən parlaq səhifələrindən birinə çevrildi. Dövlət başçısının müharibə dövründə apardığı qətiyyətli siyasət, beynəlxalq aləmdə haqlı mövqeyimizin müdafiəsi və xalqın birliyini təmin etməsi tarixi Zəfərə yol açdı. Cəmi 44 gün ərzində Azərbaycan Ordusu düşmənin 30 illik müdafiə xəttini uğurla yararaq dünyaya öz gücünü nümayiş etdirdi. Xüsusilə Şuşa şəhərinin azad edilməsi ilə Ermənistan ordusu tamamilə iflasa uğradı, 2020-ci il 10 noyabr tarixində işğalçı dövlət kapitulyasiya aktını imzalamağa məcbur oldu.

2023-cü ildə Qarabağ bölgəsində Ermənistanın törətdiyi növbəti təxribatlara qarşı aparılan bir günlük lokal antiterror əməliyyatları da Azərbaycan Ordusunun gücünü və Prezident İlham Əliyevin qətiyyətini bir daha sübut etdi. Bu əməliyyatlar nəticəsində Ermənistanın qanunsuz hərbi dəstələri tam zərərsizləşdirildi, beləliklə ölkəmizin suverenliyi və ərazi bütövlüyü bərpa olundu. Vətən müharibəsindən sonra Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə start verdi. İlk növbədə, azad olunan ərazilərin minalardan təmizlənməsi işləri başlandı, eyni zamanda, bu bölgələrdə infrastruktur layihələri həyata keçirilməyə başlandı. Şuşa şəhəri mədəniyyət paytaxtı elan olunaraq, burada mədəni irsin bərpası üzrə geniş işlər aparılır. Ağdam, Füzuli, Zəngilan, Laçın və digər rayonlarda şəhərsalma layihələri həyata keçirilir. Zəngilanın Ağalı kəndində “ağıllı kənd” layihəsi reallaşdırılaraq müasir texnologiyalara əsaslanan yaşayış məskənləri yaradıldı, Füzuli və Zəngilan Beynəlxalq Hava limanları istifadəyə verildi. Belə strateji layihələrin icrası bu ərazilərin yenidən regionun iqtisadi mərkəzinə çevrilməsinə xidmət edir.
Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Prezident, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan parlaq gələcəyə doğru daha inamla irəliləyir. Azərbaycanın əldə etdiyi uğurlarda böyük rol oynayan YAP-ın yeni inkişaf mərhələsinə rəhbərlik etdiyi dövrdə cənab İlham Əliyev partiyanın həm ölkə daxilində, həm də beynəlxalq aləmdə güclü mövqe tutmasını təmin etmişdir. YAP-ın 2021-ci il martın 5-də keçirilən VII qurultayı partiyanın gələcək inkişafı üçün çox mühüm bir mərhələ olmuşdur. Partiyanın strukturunun yenilənməsi, fəaliyyət istiqamətlərinin genişləndirilməsi ölkənin siyasi sistemini müasirləşdirmək və dayanıqlı inkişafı təmin etmək istiqamətində görülən işlərin tərkib hissəsidir. Həyata keçirilən genişmiqyaslı işlər Azərbaycanın daha da qüdrətlənməsi, xalqın sosial təminatının gücləndirilməsi, ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün qorunması, həmçinin regional təhlükəsizliyin təmin olunması məqsədini daşıyır. Bu kontekstdə 2021-ci ilin 15 iyununda Şuşada Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsi iki ölkənin strateji müttəfiqliyinin təsdiqlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu sənəd təhlükəsizlik, hərbi əməkdaşlıq, iqtisadi inteqrasiya və mədəniyyət sahələrində qarşılıqlı əlaqələri yeni səviyyəyə qaldırdı. Şuşa Bəyannaməsi Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin təminatçısı rolunu oynayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq arenada söz sahibinə çevrilmişdir. Onun həyata keçirdiyi çoxşaxəli xarici siyasət nəticəsində Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə qlobal miqyasda mühüm təşəbbüslərlə çıxış etmiş və pandemiya dövründə beynəlxalq həmrəyliyi təşviq edən addımlar atmışdır. Prezident İlham Əliyevin 21 illik fəaliyyəti Azərbaycan tarixində müasir dövlətçilik modelinin təməlini qoymuş, ölkəni hər sahədə möhkəmləndirmişdir. Ən əsası, Onun liderliyi ilə Azərbaycan regionda sülhün və sabitliyin təminatçısına çevrilmiş, dünya miqyasında inkişaf edən dövlətlər sırasında öz layiqli yerini tutmuşdur.

Vüqar İsayev
YAP Göygöl rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Dekabr 2024 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see575

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see398

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see330

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see290

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see264

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see263

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see259

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see246

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see242

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see240

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see236

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see228

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see209

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see208

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see198

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see195

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see193

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see191

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see179

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri