Icma.az
close
up
RU
Cənab Prezident bəzi Qərb siyasətçilərinə onların layiq olduqları yeri göstərdi

Cənab Prezident bəzi Qərb siyasətçilərinə onların layiq olduqları yeri göstərdi

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Natiq Quluzadə,

YAP Zəngilan rayon təşkilatının sədri

Noyabrın 13-də Bakıda COP29 çərçivəsində keçirilmiş inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitinin gedişində bu gün öz xudbin maraqlarını bütün bəşəriyyətin maraq və mənafelərindən üstün tutan bəzi məlum Qərb dövlətləri növbəti dəfə Azərbaycan Prezidentinin sərt tənqidinə məruz qaldılar. Hər zaman prinsipal mövqelərdən çıxış edən, dünyanın ən nüfuzlu beynəlxalq tribunalarından öz sözünü qətiyyətlə deməyi bacaran cənab Prezident İlham Əliyev bu çıxışında da dünyaya demokratiya dərsi keçməyə iddialı olan, öz ölkələrini bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandıran üzdəniraq siyasətçilərə onların əsil simalarını və layiq olduqları yeri göstərdi.

İlk növbədə dövlətimizin başçısı öz çıxışında qeyd etdi ki, Azərbaycan COP29-a ev sahibi olduqdan sonra ölkəmizin inkişaf edən kiçik ada dövlətləri ilə münasibətləri yeni, daha yüksək səviyyəyə qalxıb. Cənab Prezident kiçik ada dövlətlərinin böyük haqsızlıqlara məruz qaldıqlarını diqqət mərkəzinə çəkərək belə bir mühüm məqamı qeyd etdi ki, bu ölkələrin səsi qlobal arenada eşidilməlidir. Bu xüsusda cənab Prezident İlham Əliyevin inkişaf etmiş bütün ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərmələri ilə bağlı müraciəti xüsusi önəm kəsb edir. Həqiqətən də bu ölkələr kənardan dəstək olmadan özlərini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilməzlər. Öz növbəsində Azərbaycan kiçik ada dövlətlərinə hər zaman özünün birmənalı dəstəyini nümayiş etdirir. Ölkəmiz fəlakət qarşısında zəif olan bir sıra dövlətlərə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərib. Azərbaycan həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək verib. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb. Qoşulmama Hərəkatında dördillik sədrliyi dövründə Azərbaycan dövləti 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərib. Ölkəmiz Millətlər Birliyinin kiçik ada dövlətlərindəki birgə layihələrini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində vəsait ayırır. Ətraf mühitin monitorinqi və qiymətləndirilməsi üçün Azərbaycanın Kosmos Agentliyi – “Azərkosmos”dan peyk məlumatlarından istifadə etmək üçün Millətlər Birliyi ilə Anlaşma Memorandumu imzalanıb.

Dövlət başçımızın öz çıxışında qaldırdığı ən mühüm məsələlərdən biri əlbəttə ki, neokolonializm və iqlim dəyişmələri mövzusu ilə bağlıdır. Cənab Prezident İlham Əliyev qəti və birmənalı şəkildə bəyan etdi ki, Fransa və Niderlandın xüsusən də Karib dənizi və Sakit Okean regionundakı dırnaqarası dəniz əraziləri iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasındadır. Artan dəniz səviyyəsi, kəskin hava şəraiti və biomüxtəlifliyin pozulması həmin regionlara ciddi təhlükələr yaradır. Həmin ərazilərdə yaşayan icmaların səsi isə bir çox hallarda onların metropoliyalarındakı rejimləri tərəfindən susdurulur. Fransa və Niderland müstəmləkələri bu gün, XXI əsrdə də neokolonializm siyasətindən əziyyət çəkirlər. Hazırda Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi tanınır. Bununla belə, onların dekolonizasiya prosesi hələ də yubanır. Bütün bu insanlığa təhqir dolu məqamlar cənab Prezident İlham Əliyevin çıxışında öz əksini tapıb və onların aradan qaldırılmasının vacibliyi diqqətə çatdırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Noyabr 2024 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri