Icma.az
close
up
RU
“Cənab Prezidentin tövsiyəsi Qarabağ və Şərqi Zəngəzurda idmana marağı daha artıracaq”

“Cənab Prezidentin tövsiyəsi Qarabağ və Şərqi Zəngəzurda idmana marağı daha artıracaq”

Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İlin idman yekunları çərçivəsində Prezident İlham Əliyevlə görüş, təltif və mükafatlandırmalar idmançılarımız üçün böyük stimuldur. Belə ki, Prezident İlham Əliyevin də söylədiyi kimi, dövlət dəstəyi idmanın inkişafı ilə vəhdət təşkil edir. 27 ildir davam edən bu proses uğurlu nəticələr verməkdədir.

Yola saldığımız 2024-cü il də Azərbaycan idmanı üçün uğurlu oldu. 1700-ə yaxın medal qazanan idmançılarımız beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil ediblər. Təbii ki, ilin ən böyük yarışı - Yay Olimpiya Oyunlarında komanda hesabında Azərbaycanın 30-cu yerdə qərarlaşması əsas uğurlarımızdan biridir.

Gələn il Azərbaycanın növbəti böyük idman yarışı  - MDB Oyunlarına ev sahibliyi etməsi də idman ölkəsi kimi əldə etdiyimiz etimadın nəticəsidir. Gəncə şəhəri də MDB Oyunlarının mərkəzi kimi bu tədbirlərə xüsusi hazırlaşır.

Bütün uğurların təməlində ölkədə uğurla həyata keçirilən idman siyasəti dayanır. Bu siyasət nəticəsində bu gün həm idmançılarımız bizi qələbələrlə sevindirirlər, həm də Azərbaycanda müasir standartlara uyğun idman infrastrukturu yaradılır.  Hazırda bölgələrdə 44 Olimpiya İdman Kompleksi qurulub. Eyni zamanda azad olunmuş ərazilərdə də yeni idman infrastrukturu yaradılır. Dövlət başçımızın da söylədiyi kimi, xüsusilə azad olunmuş ərazilərdə yaradılan idman obyektlərinin həm rəmzi mənası, həm də funksional tərəfi var. Ağdamın İmarəti, Xankəndi stadionu, Füzulinin Olimpiya İdman Kompleksi, Suqovuşan və Köndələnçayda avarçəkmə yarışlarının keçirilməsi, eyni zamanda  Şuşada bir neçə idman yarışının təşkili ölkənin dörd bir yanında idmanın inkişafının göstəricisidir. Prezident İlham Əliyev eyni zamanda idman mütəxəssislərinə azad olunmuş ərazilərə səfər etməyi, gənc idman istedadlarının seleksiyasını aparmağı tövsiyə etdi. Hesab edirəm ki, bu çağırış Qarabağ və Şərqi Zəngəzurda idmanın inkişafına təkan olacaq, həmçinin bu ərazilərə qayıdan xüsusilə gənc soydaşlarımızın idmana marağını daha da artıracaq.

Təsadüfi deyil ki, ölkədə uğurla reallaşan gənclər siyasəti idman sahəsindəki uğurların davamlı olmasını təmin edir. Prezident İlham Əliyevin də söylədiyi kimi, idmanın və idman qələbələrinin ictimai məkanda çox böyük rolu var. “Xüsusilə gənc nəslin yetişdirilməsi, vətənpərvərlik hisslərinin gənc nəslə aşılanması üçün idman amili çox böyük məna daşıyır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman qədər hərbi və fiziki hazırlıq da vacibdir”. 

Ali baş komandan Azərbaycan gəncini vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən saf, öz xalqına, dövlətinə bağlı, heç bir kənar təsirə boyun əyməyən və ləyaqətli görmək istəyir.

Son 4 ildir idmançılarımız beynəlxalq arenalarda qalib ölkənin, ərazi bütövlüyü və suverenliyini bərpa etmiş dövlətin nümayəndələri kimi çıxış edir. Beləliklə, döyüş meydanında əldə olunan Zəfərə idman qələbələrinin də əlavə olunması Azərbaycanın mövqeyini daha da möhkəmləndirir. Dövlət başçımızın da söylədiyi kimi, idmanın inkişafı hər bir ölkənin ümumi inkişafının nümayişidir. Bu mənada Azərbaycan öz gücünə əsaslanan, heç kimin qarşısında heç bir öhdəliyi olmayan, ləyaqətlə, vicdanla irəliyə gedən ölkə kimi nümunə sərgiləyir.

Könül Nurullayeva,

Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://adalet.az
archiveBu xəbər 27 Dekabr 2024 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri