Cənab Prezidentin uğurla həyata keçirdiyi sosial iqtisadi siyasət nəticəsində regionlarda əksər problemlər aradan qalxıb
Icma.az bildirir, Newscenter.az portalına istinadən.
"Cənab Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində artıq regionlarda əksər problemlər aradan qalxıb. Parlamentin yay tətili müddətində deputat seçildiyim Yevlax rayonunda seçicilərlə keçirdiyim görüşlərin nəticələri belə deməyə əsas verir".
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. Millət vəkili bildirib ki, bu müsbət tendensiya öz növbəsində seçici şikayət və müraciətlərinin də sayının azalmasına təsir göstərir:
"Məlumat üçün qeyd edim ki, parlamentin yay tətili müddətində rayonun kənd və qəsəbələrində, mərkəzdə seçicilərlə çoxsaylı görüşlərim oldu. Əvvəlki illərlə müqayisədə seçici şikayət və müraciətləri xeyli azalıb. Bu da qeyd etdiyim kimi Cənab Prezidentin həyata keçirdiyi uğurlu sosial-iqtisadi siyasətin nəticəsidir. Eyni zamanda müxtəlif illərdə həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları da respublikanın hər bir bölgəsində olduğu kimi Yevlaxda da mövcud olan bir sıra problemlərin həllinə imkan yaradıb. Təbii ki, bütün bunlar da şikayət və müraciətlərin azalmasında mühüm rol oynayır".
İlham Məmmədov onu da deyib ki, hökumət üzvləri, nazirlər və komitə rəhbərlərinin regionlarda keçirdiyi qəbullar, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyevin müntəzəm olaraq rayon sakinləri ilə səyyar görüşləri də vətəndaşların üzləşdiyi ən xırda problemlərin belə həllinə yol açır:
"Həm hökumət üzvlərinin Yevlaxda keçirdikləri qəbullar, həm Şəhər İcra Haklimiyyəti başçısının səyyar görüşləri vətəndaşlar tərəfindən məmnunluqla qarşılanır".
Süleyman
Bu mövzuda digər xəbərlər:Cənab Prezidentin cəmiyyətə ötürdüyü mesaj
12 Yanvar 2026 08:42
“Azərbaycanın həyata keçirdiyi siyasət nəticəsində təhdidlərin qarşısı alınıb” DEPUTAT
16 Sentyabr 2025 16:54
Prezidentin keçirdiyi müşavirənin VİDEOSU
25 Dekabr 2024 17:02
“Bu, cənab Prezidentin humanist siyasətinin təzahürüdür”
18 Dekabr 2025 17:12
Prezidentin sosial siyasət xətti real nəticəyə əsaslanır
07 Yanvar 2026 15:10
Baxış sayı:100
Bu xəbər 10 Sentyabr 2025 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















