Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Prezidentin sosial siyasət xətti real nəticəyə əsaslanır

Prezidentin sosial siyasət xətti real nəticəyə əsaslanır

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Cəsarət Hüseynzadə: “Azərbaycanın sosial siyasəti imkanlara əsaslanan, ədalətli, şəffaf və uzunmüddətli inkişaf strategiyasının ayrılmaz hissəsidir”

Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə müxtəlif sahələr üzrə Azərbaycan dövlətinin həyata keçirdiyi fəaliyyətlərlə bağlı fikirləri və eyni zamanda gələcəklə dövrlə bağlı baxışları özündə əks etdirib. Xüsusən vacib sahələrdən bir kimi sosial sahənin diqqətdə saxlanılması Prezident İlham Əliyevin vətəndaşların rifahı ilə bağlı siyasətin prioritet olacağını göstərir. Beləki, Azərbaycanda dövlət siyasətinin əsas mərkəzində insan amili, vətəndaşın rifahı dayanır və bu sosial siyasət real nəticələrə əsaslanan, ardıcıl və sistemli yanaşma üzərində qurulub.

Prezidentin “siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” fikri, əslində, son 20 ilin sosial-iqtisadi inkişaf modelinin qısa və dəqiq ifadəsidir. Minimum əməkhaqqının 40 dəfədən çox artırılması, maaş və pensiyaların müntəzəm şəkildə yüksəldilməsi, sosial müavinətlərin genişləndirilməsi bu siyasətin konkret nəticələridir.

Bu sözləri açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib. O bildirib ki, Prezident İlham Əliyevin vacib bir məsələni xüsusilə qeyd etməsi diqqətdə saxlanılmalıdır ki, artımlar və sosial dəstək populist vədlər hesabına deyil, iqtisadi islahatlar, əldə edilən real gəlirlər əsasında mümkün olub. Dövlət başçısının vurğuladığı əsas məqamlardan biri də sosial və investisiya siyasəti arasında qorunan həssas balansdır. Bu yanaşma onu göstərir ki, sosial rifah yalnız bugünkü deyil, gələcək nəsillərin də maraqları nəzərə alınmaqla təmin edilir. Azərbaycanın borclanmaya getmədən, gələcək nəsilləri risk altına atmadan sosial öhdəliklərini yerinə yetirməsi məsuliyyətli dövlət idarəçiliyinin nümunəsidir. “Hesab edirəm ki, ölkənin inkişafı kontekstində sosial rifahın təmin olunması mexanizmləri əsasən davamlı məşğulluğun yaradılmasına və dəyər zəncirinin formalaşmasında fəal iştirakın təşviqinə yönəlib. Bu yanaşma uzunmüddətli iqtisadi və sosial sabitliyin təmin edilməsində prioritet hesab olunur. Xüsusilə vurğulanmalı məqam rifahın təmin olunmasına yönəldilən dövlət investisiyalarıdır. Bu investisiyalar insan kapitalına yönəldilməklə gələcək nəsillərin sosial rifahının möhkəmləndirilməsini hədəfləyir. Məsələn, ölkəmizdə sosial cəhətdən həssas qruplara aid tələbələr üçün tətbiq olunan güzəştli tələbə kredit sistemi minlərlə ailənin gələcəyinin təmin olunmasında mühüm rol oynayır. İşğal dövründə belə sosial sahənin prioritet saxlanılması – məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, 100-dən artıq yeni yaşayış massivinin salınması – dövlətin sosial ədalətə və humanitar məsuliyyətə verdiyi önəmin bariz göstəricisidir. Son yeddi ildə icra olunan 5 sosial islahat paketi, 4 milyon insanı əhatə edən və təxminən 8 milyard manatlıq vəsaiti əhatə edən proqramlar bu siyasətin miqyasını açıq şəkildə nümayiş etdirir.”, - deyə QHT sədri vurğulayıb.

C.Hüseynzadə qeyd edib ki,  Azərbaycan cəmiyyətində özünüməşğulluq proqramı kifayət qədər populyarlıq qazanıb. Bu vətəndaşlar üçün davamlı qazanc üçün gözəl bir mexanizmdir və sosial dəstək mexanizminin yalnız yardım deyil, dayanıqlı məşğulluq üzərində qurulduğunu göstərir. 100 mindən çox vətəndaşın bu proqramdan faydalanması, cəmiyyətdə ələbaxımlılığın azaldılması istiqamətində mühüm addımdır. 

“Fikrimcə, dövlət tərəfindən bu istiqamətdə ən vacib məqamların işlənilməsi xüsusi diqqət mərkəzində olmaldır. Məsələn 2025-ci ildə “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı çərçivəsində 4800-ə yaxın şəxs işlə təmin olunub.  Əslində dövlətin çox incə toxunuşla həm sosial dəstək mexanizmini icra edir və həm də dəyər zəncirinin formalşmasında  həssas təbəqənin iştirakını təmin edir. Prezidentin qeyd etdiyi kimi, məqsəd insanlara davamlı gəlir əldə etmək imkanı yaratmaqdır. Xüsusi həssas qruplara – şəhid ailələrinə və müharibə əlillərinə göstərilən dövlət qayğısı isə Azərbaycan sosial siyasətinin mənəvi əsaslarını ortaya qoyur. Minlərlə mənzil, avtomobil, ən müasir protezlərlə təminat dövlətin öz vətəndaşları qarşısında vətəndaşlıq borcunu necə dərk etdiyini göstərir.”

QHT sədri bildirb ki, bu gün Azərbaycanın sosial siyasəti imkanlara əsaslanan, ədalətli, şəffaf və uzunmüddətli inkişaf strategiyasının ayrılmaz hissəsidir. Dövlət iqtisadiyyatı gücləndikcə, bu gücün ilk növbədə insanın rifahına yönəldilməsi isə bu siyasətin əsas fəlsəfəsidir.
Bu siyasətin uğurla həyata keçirilməsində əsas məqsəd ədalətli və şəffaf mexanizmlərin formalaşdırılmasıdır. Bu istiqamətdə son 7 il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən rəqəmsallaşma sahəsində ardıcıl və sistemli tədbirlər görülmüş, mühüm nailiyyətlər əldə olunmuşdur. 

“Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göstərdiyi 162 xidmətdən 90 faizindən çoxu elektronlaşdırılıb. Bununla yanaşı, 50-dən çox proaktiv xidmət yaradılıb. Nəticə etibarilə, sosial rifahın inkişafı və sosial dəstək mexanizmləri genişlənmiş, xidmətlərə əlçatanlıq artmış və vətəndaş məmnunluğu səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlmişdir.”, - deyə Cəsarət Hüseynzadə bildirib.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Yanvar 2026 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see327

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see320

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see315

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see313

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see312

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see301

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see281

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see251

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see250

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see231

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see224

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see221

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see204

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see201

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see194

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see193

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see192

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see192

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see191

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri