Cənab Tokayev Rusiyadan hansı ədaləti görüb?
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının 13-cü sammitində Rusiyanın TDT-yə müşahidəçi statusunda qoşulmasını təklif edib. Bu təklifini isə belə əsaslandırıb:
“Bu ölkənin ərazisində tarixən çoxsaylı türk xalqlarının nümayəndələri yaşayıb. Hazırda Rusiya Qazaxıstanın da dəstəklədiyi “Altay – türk sivilizasiyasının beşiyi” layihəsini irəli aparır. Rus dilində türk mənşəli xeyli söz var. Ümumilikdə, Rusiyanın türk dövlətlərinin, yəni bizim təşkilatımızın bir hissəsinə çevrilməsi bütün dövlətlərimizə fayda gətirərdi”.
Sonra da qeyd edib ki, bu çox ədalətli qərar ola bilər.
Cənab Tokayev Rusiyadan hansı ədaləti görüb? Türk Dövlətləri Təşkilatı elə Rusiyadan, Çindən ədalət gözləmədikləri üçün BİRGƏ olmağı hədəf seçməyiblərmi?
Rusiyanın hansı ədalətindən söhbət gedə bilər ki:
1937–1938-ci illərdəki "Böyük Təmizləmə" dövründə Qazaxıstan SSR-də 120 mindən çox insan həbs olunmuş, onlardan 25 mindən çoxu güllələnmişdir. Repressiyanın əsas hədəfi qazax millətinin savadlı təbəqəsi, xüsusilə "Alaş" hərəkatının üzvləri və müstəqillik tərəfdarı olan ziyalılar idi. Bu gün onların adına bu gün küçə və meydanlar verilir Qazaxıstanda, onların başına gəıtirilən bəlalar və işgəncələr haqqında kitablar yazılır.
Qazaxıstanda 1937-ci il qurbanlarının xatirəsinə həsr olunmuş ALJİR və KarLAĞ həbs düşərgələrinin muzeyi, 1920-dən başlayan 1932-1933-c ildə kütləvi xarakter alan Aşarşılık- yəni Aclıq soyqırımını hansı ədalətin dəftərinə yazaq? Aşarşılıkda 2 milyondan çox qazax məhv oldu. Bəzi rəqəmlərdə 6 milyon da deyilir.
1918-ci ildə Azərbaycanda Demokratik Respublika qurulanda ilk təklif olunan məsələlərdən biri də ortaq türk dili idi. Bu əməlin həyata keçirilməsi üçün İsmayıl Qaspralı “İşdə, əməldə, dildə birlik!” şüarını səsləndirdi. Azərbaycan Cümhuriyyəti Rus bolşevizmi tərəfindən süquta uğrayandan sonra, içərimizdəki türkçülük hərəkatının öndə gedənlərinin fəaliyyəti Bolşevik Rusiyasını narahat edirdi. Tülkü xisləti ilə aramıza girib, 1922-ci ildə keçirmək istədiyimiz I Türkoloji Qurultaya Rusiya da himayədarlıq etdi. Sonu nə oldu?! Həmin Qurultayda iştirak edənlər Rusiyanın qanlı repressiya terrorunun qurbanı olmadılarmı?
İndi də 2026-cı ildir. Sovet hakimiyyətinin ilk illərindən bəri Ortaq Türk Dünyası arzusu ilə yaşayanlar, atalarımız, babalarımız və indi onların davamçıları olan biz sevinirik ki, Türk Dövlətləri Təşkilatı yaranıb.

Bu təşkilatı niyə yaratmışıq? Ona görə yaratmışıq ki, gücümüz bir olsun, regionda sabitlik, stabillik və inkişaf olsun. Ona görə yaratmışıq ki, Rusiyadan və Çindən gələn təhlükələrdən qorunaq. Niyə Avropa İttifaqı ola bilir, İslam Əməkdalıq Təşkilatı ola bilir, amma Türk Dövlətləri Təşkilatı olmasın? Əgər Türk Dövlətləri Təşkilatı genişlənməlidirsə, biz İrandakı Azərbaycan türklərinə səslənməliyik ki, qırın fars-molla rejiminin zəncirlərini, gəlin bizə birləşin. Qoy adı Cənubi Azərbaycan olsun, lakin bu olsun.
Rusiya bizim aramıza girərsə, yenə viran olarıq, pərən-pərən olarıq. Ötən 100 ili, 200 ili geriyə qaytarmayaq.
Bizi bir-birimizdən ayırıb, sovet düşərgəsində qanımızı sovuran Rusiyadan Türk Dövlətləri Təşkilatına müşahidəçi və ya üzv ola bilərmi?
Qarabağın işağlı rusun tankları və himayədarlığı ilə olmadımı? 1990-cı ildə Bakıya hücum edən rus tankları deyildimi?
2022-ci ildə Almatıda gözlənilmədən qan tökən rus deyildimi?
Rus hansı ölkəyə xoşbəxtlik gətirdi? Məgər görmürsünüz ki, Rusiyanın öz vətəndaşları ucqarlarda səfalət içərisindədir? İndi Altyımı quracaq? Altayda türkçülükdən bəhs edən türklər zindanda yatırlar. Rusiya türklərə öpz dillərində məktəb açmağı qadağan edir. Rusiyanın tərkibində olan türk dövlətlərinin ziyalıları, ana dilini istəyənlər izsiz-soraqsız itirlər.
Gözəl, yamyaşıl Ukraynanı viran qoyan kimdir?
TDT-nin nizamnaməsində əsas bəndlərdən biri regionda və türk dövlətləri arasında sülhün və təhlükəsizliyin təminatıdır. Rusiya olan yerdə hansı təhlükəsizlikdən danışa bilərik?
2 il bundan əvvəl Qroznı səmasında vurulan Azərbaycan təyyraəsi Aktauda eniş etdi. İndi bunu belə tez unudaqmı?
Dövlətimiz 2025-ci ildə Azərbaycanda müxtəlif təxribatlar aparan “Rus evi”ni bağlandı. Təhlükə olmasaydı bunu edərdimi?
Demək Rusiya dövləti bütün fəaliyyəti ilə hamıya təhlükədir.
Ukrayna ilə müharibədə Rusiya ölməyə daha çox türk kökənli vilayətlərin sakinlərini göndərir. Qırılanlar türklərdirlər. Xristian, buddist inanclı olsalar belə, kökləri türkdür.
İndi Rusiya Federasiyası bizim aramıza yenidən niyə gəlməlidir ki?
İki ik bundan əvvəl Krımdan bizə qonaq gəlmiş rəfiqəm, evlərinə qayıdanda onu rus sərhədçiləri iki gün təcridxanada saxlamışdılar. İki gün ona əzab verəndən sonra demişdilər ki, sən türk ölkələrinə niyə gedirsən? Xanım rəfiqəm də cavabında demişdi ki, məgər Rusiya Türkiyə ilə strateji əməkdaş deyil?! İstintaqçı cavabı belə olmuşdu: biz türk ilə heç vaxt dost ola bilmərik. Biz dost deyiliksə, vətəndaşımız da dost ola bilməz.
2021-ci ilin dekabr ayının əvvəllərində Xakasiyada çəkilş edən qazax qızını Rusiya Federal Xidməti həbs etmişdi ki, burada türkçülükdən danışa bilmərsən.
Çoxumuzun tanıdığı, kitablarımızı türk dilinə uyğunlaşdıran Türkiyəli Atabəy Barış Tatarıstanda oxumaq üçün dövlətdən qrant qazanmışdı. Rusiya Federal Xidməti 6 ay keçməmiş Atabəy Barışı yaşadığı yataqxanadan gecə ilə çıxarmışdı. Demişdilər ki, sən burada türkçülük ideyalarını yayırsan.
İndi bu Rusiya bizimlə birgə olmaq istəyir?
Öz ərazisində məhkum etdiyi türk xalqlarını qıran Rusiya indi, gəlib Türk Dövlətləri Təşkilatında neyləyəcək ki?

Bəli, mən belə düşünürəm ki, Kasım-Jomart Tokayev bu təklifi öz dövlətinin və regional maraqlar üzündən edir. Rusiya bunu ona məcbur edir ki, məni ora üzv yazdır. Qazaxıstan dövlətinin başçısı da Putindən keçə bilmir. Fikirləşir ki, hər anda sərhədləri pozub, hücm edə bilər.
Bəli, Putinin bir dili var: təhdid.
Lakin elə bu təhdidlərə qarşı olduğuna görə Türk Dövlətləri Təşkilatı yaranır ki, özümüzü qoruyaq, regionda gücə çevrilək.
Qarabağdan və Zəngəzurdan zorla çıxradığımız Rusiya bizə lazım deyil.
Əgər Qazaxıstan Rusiyanı belə çox hörmətli bilirsə. Avrasiya İttifaqında qorusun onun şərəfini. Rusiyanın bütün dərdi Azərbaycanla bir olmaqdır. Azərbaycanla bir olması isə yenə bizi müstəmləkə edə bilər.
Biz müstəmləkə olmaq istəmirik. Bü ləkəni alnımmızdan güclə silmişik.
Şuşada TDT qeyri-rəsmi Zirvə görüşü ona görə keçirildi ki, rusun əli ilə başımıza gələnləri təşkilatın rəhbərləri görsünlər. Orada imzalanan hər bir sənəd, səslənən hər bir fikir müqəddəsdir, anddır. Türk Dövlətləri Təşkilatının yazılı sənədləri qardaşlıq anddır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 02 Noyabr 2026 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















