Icma.az
close
up
RU
Cengizin transferi Los Anceles ermənilərini ayağa qaldırdı!

Cengizin transferi Los Anceles ermənilərini ayağa qaldırdı!

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu mövsüm karyerasında böyük bir eniş yaşayan ''Fənərbaxça''lı Cengiz Ündərin belə desək, bəxti heç cür açılmır. Joze Mourinyonun planlarına daxil olmayan və yüksək maaşı üzündən ''Fənər''in vidalaşmaq istədiyi Ündərin hər dəfə başqa kluba keçidində ortaya son anda bir maneə çıxır.

Qış ''pəncərəsi'' zamanı o, ''Beşiktaş''a keçməyin biraddımlığında idi. Amma son anda fanatların etirazı üzündən ''Beşiktaş'' bu keçiddən imtina etdi. İndi də eyni hal Cengizin ABŞ-a transferində yaşanır. Dünən ''Los Anceles''in həm Cengiz, həm də ''Fənərbaxça'' ilə anlaşdığı haqda xəbərlər yayıldı.
27 yaşlı vinger tezliklə viza məsələsini həll edərək okeanın o tayına yollanmalı idi. Amma məsələ burasındadı ki, ABŞ-da ən böyük və güclü erməni diasporası məhz Los Ancelesdədi. Hətta klubun ermənilər tərəfindən yaradılan ''Los Armenikos'' adlı fanat qruplaşması da var. Cengizin transferinə qarşı çıxanlar da məhz onlardı. ''Los Armenikos'' klub rəhbərliyinə yönəlmiş geniş bir bəyanat yayıb. Orda hətta boykotla bağlı hədə-qorxuya da rast gəlinir.
Həmin bəyanatda bunlar qeyd olunub:

''Klubun sadiq azarkeşləri və Los Ancelesdəki erməni icmasının qürurlu üzvləri olaraq türk oyunçu transfer ediləcəyi ilə bağlı xəbərlərdən ciddi narahatlıq duyuruq. Ermənilərin vaxtilə yaşadığı acıları nəzərə aldıqda bu cür addım Los Ancelesdəki ən böyük icmalardan birinə qarşı böyük bir hörmətsizlik olacaq. Los Anceles dünyada ən böyük erməni diasporasına malikdi. Komandanın ev oyunlarındakı varlığımız da şəhərə olan sarsılmaz dəstəyimizin sübutudu. Amma bu transfer baş tutsa, klub sadiq azarkeş kütləsinin böyük bir hissəsini itirəcək. Hətta bir çox insan bu keçid baş tutacağı təqdirdə mövsümboyu komandanın oyunlarını boykot edəcək. Klub rəhbərliyini bu addımı atmamışdan öncə onun nələrə səbəb ola biləcəyini düşünməsini, eləcə də erməni icması ilə məsləhətləşməsini istəyirik''.


Hadisələrin bu cür axarının bu transferə necə təsir göstərəcəyi bilinmir. Cengiz hələ ki, Türkiyədədi və ABŞ-a yollanmayıb.
ƏLİ
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 16 Fevral 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see309

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see304

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see288

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see284

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see282

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see281

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see276

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see270

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see267

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see259

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see249

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see244

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see240

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see237

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see231

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see226

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see225

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see225

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see213

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri