CENTCOM: Hörmüzün blokadasında 10 mindən çox hərbçi və onlarla gəmi iştirak edir
Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
10 mindən çox ABŞ dənizçisi və hərbçisi Hörmüz boğazının blokadasında iştirak edir.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) "X" sosial şəbəkəsindəki məlumatında bildirilib.
"10 000-dən çox ABŞ dənizçisi, dəniz piyadası və Hərbi Hava Qüvvələrinin hərbi qulluqçusu, eləcə də ondan çox hərbi gəmi və onlarla təyyarə İran limanlarına daxil olan (Hörmüz boğazı vasitəsilə - red.) və oranı tərk edən gəmilərin blokadaya alınması tapşırığını yerinə yetirir. İlk 24 saat ərzində heç bir gəmi ABŞ blokadasını yara bilməyib, 6 ticarət gəmisi isə ABŞ qüvvələrinin geri dönmək və Oman körfəzindəki İran limanına qayıtmaq göstərişlərinə tabe olub", - paylaşımda qeyd olunub.
Bununla yanaşı, CENTCOM iddia edir ki, yalnız Fars və Oman körfəzlərindəki İran limanlarına daxil olan və ya oranı tərk edən gəmilərin keçidi bloklanır. "ABŞ qüvvələri Hörmüz boğazından keçərək İran limanlarından kənar limanlara və ya həmin limanlardan gələn gəmilər üçün gəmiçiliyin azadlığını təmin edir", - məlumatda qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:194
Bu xəbər 14 Aprel 2026 20:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















