CENTCOM SEPAH ı təkzib etdi
Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ölkə.az xəbər verir ki, İran ordusunun komandanı general-leytenant Əmir Hatəmi bildirib ki, Hörmüz boğazı Tehranın nəzarətindədir.
"Ordu və İslam İnqilabı Keşikçiləri Korpusunun tam nəzarəti sayəsində hətta bir düşmən gəmisi belə Oman və Hörmüz boğazının dəniz hüdudlarına daxil ola bilməyib", - o bildirib.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı isə (CENTCOM) "X" sosial şəbəkəsində İranın 24 saat ərzində yaydığı bəyanatları təkzib edib.
"SEPAH Hörmüz boğazına nəzarət etdiyi barədə yalan iddialarını davam etdirib. Birləşmiş Ştatlar və regional tərəfdaşlar boğaza nəzarət edir və SEPAH-ın əsassız təcavüzünə baxmayaraq, ticarət gəmiləri tranziti davam etdirir", - məlumatda bildirilib.
SEPAH-ın çərşənbə günü Sinqapur bayrağı altında üzən konteyner gəmisinin Hörmüz boğazında dəniz minasına çırpıldığı barədə iddiası da təkzib olunub:
"Bu, yalandır. "M/V GFS Pride" mülki konteyner gəmisi SEPAH-ın mərmisi ilə vurulub. Hücuma baxmayaraq, ticarət gəmiləri Hörmüz boğazından keçir və son 24 saat ərzində 40-dan çox gəmi hərəkət edib", - CENTCOM-dan dəqiqləşdirilib.
ABŞ SEPAH-ın İordaniyada yüzlərlə amerikalı hərbçini öldürməsi barədə məlumatı da təsdiqləməyib: "İyul ayında tərəfdaş qüvvələr İranın hücumlarından müdafiə olunarkən üç Amerika hərbçisi döyüşdə həlak olub. Biz ən yüksək fədakarlıq göstərən və Amerikanın ən yaxşılarını təmsil edən bütün ABŞ hərbçilərinin xatirəsini ehtiramla anırıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 16 Oktyabr 2026 01:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















