Icma.az
close
up
RU
Cənub bölgəsində bazarlardan yoxa çıxan yerli fındıq Məhsuldarlıq niyə azalır?

Cənub bölgəsində bazarlardan yoxa çıxan yerli fındıq Məhsuldarlıq niyə azalır?

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

Son illərdə ölkənin cənub zonasında, əsasən də Biləsuvar və Cəlilabad rayonlarında fındıq istehsalı sürətlə azalmaqdadır.

Bu barədə "Report"un Muğan bürosuna sözügedən rayonların sakinləri bildiriblər.

Onların sözlərinə görə, hazırda yerli fındığı Zaqatala-Qax bölgəsindən gətirilən məhsullar əvəz edir.

Sakinlər qeyd ediblər ki, sözügedən bölgədən gətirilən məhsulun görünüşü xoş olsa da, yerli fındıqla müqayisədə həm dadı fərqlidir, həm də çox bahadır.

"Vaxtilə kiloqramı 2 manata satılan yerli fındıq indi bazarlarda tapılmır. Əvəzində isə Zaqatala-Qax bölgəsindən gətirilən fındığın satış qiyməti 7 manatdan başlayır", - onlar vurğulayıblar.

Məsələ barədə danışan bioloq Vidadi Məmmədov sakinlərin yerli fındıqla bağlı söylədiklərini təsdiqləyib.

O qeyd edib ki, özünəməxsus dad müxtəlif meyvələri bir-birindən fərqləndirən əsas xüsusiyyətdir:

"Əlbəttə, yerli və başqa regionlarda yetişdirilən meyvələr arasında ciddi fərq var. Belə ki, cənub zonasında becərilən yerli fındıq məhsulu kiçik və gözəgəlimli olmasa da, yağlılığına və uzun müddət sağlam qalmaq baxımından digər ərazilərin fındığından kəskin fərqlənir.

Ümumiyyətlə, son dövrlərdə Muğan-Aran bölgəsində ərik, şaftalı, badam, fındıq və sair bitkilərin məhsuldarlığı kəskin azalıb. Bunun əsas səbəbi torpaqda və suda bitkilər üçün zəruri olan mineralların azlığıdır. Bu problem nəticədə ağacların qurumasına səbəb olur. Digər tərəfdən, fındıq bitkisi rütubətli, eyni zamanda, isti iqlim şəraitində daha məhsuldar olur".

Mütəxəssis əlavə edib ki, Azərbaycanda fındıq əsasən Zaqatala, Balakən və Xaçmaz rayonlarında daha effektiv yetişdirilir. Aran-Muğan zonasında yerli şəraitə uyğunlaşmış fındığın isə əvvəlki məhsuldarlığı yoxdur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://baku.ws
archiveBu xəbər 05 Aprel 2025 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri