Icma.az
close
up
RU
Cənub bölgəsinin ucqar kəndlərində köhnə dirəklər və yararsız naqillər nə vaxt yenilənəcək? AÇIQLAMA

Cənub bölgəsinin ucqar kəndlərində köhnə dirəklər və yararsız naqillər nə vaxt yenilənəcək? AÇIQLAMA

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Lənkəran, 16 dekabr, İlkin Adıyev, AZƏRTAC

Cənub bölgəsində "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən yenilənmə və modernizasiya layihələri elektrik təchizatının ümumi keyfiyyətini artırıb. Bununla belə, dağlıq ərazilərdə və ucqar kəndlərdə köhnəlmiş infrastruktur və tez-tez baş verən qəzalar hələ də ciddi problemlər yaratmaqdadır. Bu vəziyyət həmin yaşayış məntəqələrində elektrik enerjisinə artan tələbatın ödənilməsini çətinləşdirir.

AZƏRTAC-ın bölgə müxbiri bölgənin ucqar yaşayış məntəqələrində - Astaranın Ojakəran, Cəlilabadın Dövlətəlbəyli, Yardımlının Vərgədüz və Bilnə kəndlərində olub, sakinlərin üzləşdiyi problemləri dinləyib.

Sakinlər Fəxrəddin Nuriyev, Amil Dadaşov və digərlərinin sözlərinə görə, cənub bölgəsinin bəzi yaşayış məntəqələrində elektrik dirəkləri uzun illərdir dəyişdirilməyib və tamamilə aşınıb. Çürümüş taxta dirəklər və istismar müddətini çoxdan bitirmiş metal dayaqlar təhlükə mənbəyinə çevrilib.

Köhnə naqillər xüsusilə küləkli və ya yağışlı havalarda daha çox problem yaradır, enerji verilişində tez-tez kəsintilər baş verir. Sakinlər bildirirlər ki, elektrik gərginliyində tez-tez baş verən dalğalanmalar məişət texnikasına, su nasoslarına və istilik sistemlərinə ziyan vurur, təsərrüfat işlərini ləngidir.

Məsələ ilə əlaqədar “Azərişıq” ASC-yə ünvanladığımız sorğuya cavab olaraq bildirilib ki, ASC bütün bölgələrdə olduğu kimi, cənub regionunda da yenidənqurma, əsaslı təmir-bərpa işlərini davam etdirir. Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin ərazisinə daxil olan rayonlarda, eləcə də bir sıra kənd və qəsəbələrdə elektrik təsərrüfatı yenilənir.

Qeyd olunub ki, hazırda Lənkəranın Nərimanabad-1, Nərimanabad-2, Gərmətük qəsəbələri, Boladi, Təngivan Viravul kəndləri, Lerikin Lüləkəran, Zövnə, Cəlilabadın Günəşli, Komanlı, Astaranın Çayoba, Şıxımpeştə, Şiyəkəran, Masallının Köhnə Alvadı, Lürən, Şərəfə kəndləri, Ərkivan qəsəbəsi daxil olmaqla, 4 qəsəbə və 13 kənddə 0.4 və 10 kV-luq elektrik şəbəkələri yenidən qurulur. Artıq 2 qəsəbə, 7 kəndin elektrik təsərrüfatı tamamilə yenilənib.

Lerik Elektrik Şəbəkəsinin ərazisində ucqar dağ kəndlərini elektrik enerjisi ilə təmin edən 7 ədəd 10 kV-luq xətlərdə yenidənqurma işləri aparılır, 368 ədəd 10 kV-luq metal dayaq, 343 ədəd kompozit dayaq quraşdırılıb. 50 kilometrdən çox yeni 10 kV-luq xətlər çəkilib.

Yenidənqurma işləri davam edən Lənkəranın Gərmətük qəsəbəsi, Boladi kəndi, Cəlilabadın Günəşli, Astaranın Şiyəkəran, Çayoba, Masallının Lürən, Şərəfə kəndləri və Ərkivan qəsəbəsində 2026-cı ildə işlərin başa çatdırılması planlaşdırılır. 2026-cı ildə Lənkəranın Separadi və digər bir sıra kəndlərində yenidənqurma işlərinin aparılması nəzərdə tutulur. Lerikdə 10 kV-luq xətlərdə yenidənqurma işləri tamamlanacaq. Yardımlıda 35/10 kV-luq “Arus” yarımstansiyasının 110 kV-luq yarımstansiyaya keçirilməsi, rayonun Bilnə kəndində 35/10 kV-luq yeni yarımstansiyanın tikilməsi, bir sıra elektrik veriliş xətlərində əsaslı və cari təmir işlərinin aparılması planlaşdırılır.

“Yenidənqurma işləri həyata keçirilən kənd və qəsəbələrdə 0.4 və 10 kV-luq yeni metal dayaqlar basdırılır, müasir elektrik xətləri çəkilir. 0.4 kV-luq açıq naqillər müasir tipli özünüdaşıyan izolyasiyalı naqillərlə əvəz olunur. Elektrik təsərrüfatının yenilənməsi nəticəsində sözügedən kənd və qəsəbələrdə, ümumilikdə, 45 müasir tipli komplekt transformator məntəqəsi, eləcə də smart sayğaclar quraşdırılıb.

Quruculuq işlərinin davam etdiyi kənd və qəsəbələrlə yanaşı, “Azərişıq” ASC digər yaşayış məntəqələrində də istismar müddətini başa vurmuş elektrik təsərrüfatında layihələndirmə işləri aparıb. Mərhələli şəkildə bu ərazilərdə də yenidənqurma işləri həyata keçiriləcək”, - deyə ASC-nin mətbuat xidmətindən bildirilib.

-1 / 9

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:44
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Dekabr 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see283

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see279

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see276

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see248

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see240

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see225

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see170

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see150

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see144

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see139

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri