Icma.az
close
up
RU
Cənub qonşumuzda PANİKA: Yeni hücum gözlənilir?

Cənub qonşumuzda PANİKA: Yeni hücum gözlənilir?

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

İran və İsrail arasında baş vermiş 12 günlük silahlı toqquşma əsasən İranın nüvə proqramına qarşı yönəlib. Hərbi əməliyyatlar çərçivəsində İranın bir sıra strateji nüvə obyektlərinə zərbələr endirildi. Bununla yanaşı, nüvə texnologiyalarının inkişafında iştirak edən elm adamları və yüksək rütbəli hərbi komandirlər də bu hücumların nəticəsində həlak oldular. Lakin bu tədbirlərə baxmayaraq, İsrailin planlaşdırdığı əsas strateji hədəflərə tam şəkildə nail ola bilmədiyi görünür".

Bu fikirləri News24.az-a açıqlamasında politoloq İlyas Hüseynov bildirib. 

Onun sözlərinə görə, münaqişənin daha genişmiqyaslı regional qarşıdurmaya çevrilməsinin qarşısı ABŞ-ın diplomatik müdaxiləsi ilə alındı:

"Bu prosesin sonunda İsrailin siyasi rəhbərliyi, xüsusilə Baş nazir Benyamin Netanyahunun əsas məqsədlərinə çatmadığı müşahidə olunur. Regional sabitliyin bərpası üçün diplomatik kanallar aktivləşdirildi və hərbi əməliyyatlar dayandırıldı".


Politoloq hazırda İran əleyhinə yeni hərbi-siyasi planların mövcudluğunun istisna edilmədiyini qeyd edib. O bildirib ki, bu planların məqsədi yalnız potensial təhlükə mənbələrinin neytrallaşdırılması deyil, eyni zamanda İranın nüvə imkanlarının daha da məhdudlaşdırılmasıdır:

"İsrail daxilində bu strategiyalara müsbət yanaşma müşahidə edilir və təhlükəsizlik prioritetləri kontekstində geniş dəstək alır.

Digər tərəfdən, İran da öz milli təhlükəsizliyini təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Bu tədbirlər diplomatik görüşlər və beynəlxalq tərəfdaşlarla müzakirələr vasitəsilə reallaşdırılır. Regionda münaqişənin yenidən alovlanmaması üçün diplomatik mexanizmlərin daha fəal şəkildə işə salınması zəruridir.

İ. Hüseynov  12 günlük müharibənin regional sabitliyə ciddi təhlükə yaratdığını, bir sıra strateji və humanitar nəticələr doğurduğunu vurğulayıb.

Xeyrənsə Piriyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://news24.az
archiveBu xəbər 23 İyul 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see412

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see355

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see319

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see272

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see257

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see238

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see233

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see230

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see220

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see216

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see214

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see213

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see211

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see209

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see199

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see196

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see192

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see190

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri