Icma.az
close
up
RU
Leyla Əliyeva Özbəkistanda vacib konqresdə FOTOLAR

Leyla Əliyeva Özbəkistanda vacib konqresdə FOTOLAR

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Oktyabrın 21-22-də Özbəkistanın Səmərqənd şəhərində "Uşaqların rifahına investisiya: gələcək nəsillərin dayanıqlı və ədalətli inkişafına doğru" mövzusunda Ümumdünya Sammiti keçirilib.

Sammitin açılış mərasimində Özbəkistan, Qırğızıstan, Türkiyə, Livan və Zimbabvenin birinci xanımları, eləcə də beynəlxalq təşkilatların yüksəkvəzifəli nümayəndələri çıxış ediblər.

Sammit çərçivəsində təşkil olunan tədbirlərdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və səhiyyə naziri Anar Bayramov iştirak ediblər.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səmərqənddə "Uşaqların rifahına investisiya" Ümumdünya Sammiti çərçivəsində keçirilən "Sağalmaqdan həyat keyfiyyətinə doğru" şüarı altında Uşaq Onkologiyası üzrə II Beynəlxalq Konqresin açılışında çıxış edib.

100-dən çox ölkədən 600-dən artıq nümayəndənin iştirak etdiyi sammitdə uşaqların sağlamlığının qorunması, sosial rifahının və inkişafının təmin edilməsi, eləcə də uşaq onkologiyası sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.

Sammit çərçivəsində keçirilən "Gələcək nəsillərə investisiya: uşaqların ehtiyaclarına həssas sosial müdafiə sistemləri" mövzusunda 2-ci plenar sessiyada çıxış edən səhiyyə naziri Anar Bayramov Azərbaycanda uşaqların sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması və tibbi xidmətlərin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Nazir çıxışında qeyd edib ki, bu siyasət ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi prinsiplərə əsaslanır və Prezident İlham Əliyevin rəhbərliyi altında davam etdirilir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri və Heydər Əliyev Fondunun layihələri də uşaqların sağlamlığının, təhsilinin və sosial rifahının yaxşılaşdırılmasına mühüm töhfə verir.

Anar Bayramov uşaqların sağlamlığının qorunmasına yönəlmiş tədbirlərin insan kapitalının gücləndirilməsi və dayanıqlı inkişafın təmin olunması baxımından strateji əhəmiyyətini də vurğulayıb.

Sammitin yekununda uşaqların sağlamlığı, sosial müdafiəsi və inkişafı sahəsində beynəlxalq əməkdaşlığın prioritetlərini əks etdirən "Səmərqənd Bəyannaməsi" qəbul olunacaq.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Oktyabr 2026 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri