“İri Şəhərlərin Su Təchizatı”na yeni icraçı direktor təyin edildi
Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan “İri Şəhərlərin Su Təchizatı” QSC-nin Müşahidə Şurasının ilk iclası keçirilib.
Gununsesi.info xəbər verir ki, iclasda Prezident İlham Əliyevin Sərəncamı ilə “İri Şəhərlərin Su Təchizatı”nın publik hüquqi şəxsdən qapalı səhmdar cəmiyyətinə çevrilməsi prosesinin müvafiq qaydalara uyğun həyata keçirilməsi, eləcə də bu dəyişikliyin idarəetmənin təkmilləşdirilməsinə və fəaliyyətin daha səmərəli təşkilinə təsiri müzakirə olunub.
İclasda Müşahidə Şurasının qərarına əsasən, Mərdanov Arif Fərman oğlu QSC-nin icraçı direktoru təyin edilib.
Qeyd edək ki, A.Mərdanov 1970-ci ildə Bakıda anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutu və Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.
Keçmiş “Azərsu” ASC-də rəhbər vəzifədə çalışıb, “Su təchizatı və tullantı suları haqqında” Qanunun hazırlanmasında ekspert qurupunun üzvü olub.
“SOCAR”da idarə rəisi vəzifəsində çalışıb.
Müxtəlif zamanlarda Metropoliten İşçiləri Həmkarlar İttifaqı, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı birliklərinin sədri olub. TƏBİB-in Müşahidə Şurasının üzvü seçilib.
Azərbaycan Prezidentinin Sərəncamına əsasən, “Tərəqqi” medalına layiq görülüb.
Ailəlidir, 3 övladı var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 22 Oktyabr 2026 15:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















