Icma.az
close
up
RU
Cənubi Azərbaycan gəncləri üçün viza və təhsil imkanları yaradılmalıdır Politoloqdan təklif

Cənubi Azərbaycan gəncləri üçün viza və təhsil imkanları yaradılmalıdır Politoloqdan təklif

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

Aprelin 28-də Bakıya səfər edən İran Prezidenti Məsud Pezeşkian Azərbaycan-İran biznes forumunda iki ölkə arasında əməkdaşlıq perspektivlərinə dair önəmli açıqlamalar verib. O bildirib ki, İran və Azərbaycan regionun mühüm nəqliyyat və iqtisadi körpüsünə çevrilə bilər. Məsud Pezeşkian forumda çıxışı zamanı belə deyib: “İran və Azərbaycan Şərqi Qərbə, Şimalı Cənuba birləşdirən dördyol ola bilər. Biz elə bir coğrafi mövqedə yerləşirik ki, bu kommunikasiyanı yarada bilərik. Sülh, təhlükəsizlik və rifah dolu bir region formalaşdırmaq mümkündür”.
O, əlavə edib ki, İran bütün sahələrdə Azərbaycanla əməkdaşlığa hazırdır və bu əməkdaşlıq təkcə iki ölkə üçün deyil, bütün region üçün ciddi imkanlar aça bilər.

İran Prezidentinin Azərbaycana səfərinin iki ölkə arasındakı münasibətlərə mümkün təsirləri və Prezident Pezeşkianın çıxışında ön plana çıxan əsas mesajlar barədə Patrulaz.az-a öz şərhini verən politoloq Niyaməddin Orduxanlı səfərin geosiyasi və diplomatik baxımdan əhəmiyyətini xüsusi vurğulayıb:

“Azərbaycan hər zaman qonşu İranla normal və iki tərəfli əlaqələrin, münasibətlərin qurulmasında maraqlı olub. Biz İranı da türk dövlətlərindən biri hesab edirik. İran əhalisinin 50%-dən çoxu türk kökənlidir. Pezeşkianın səfərinin nəticələrini yüksək qiymətləndirirəm. Pezeşkianın gəlişi belə böyük siyasi hadisədir. Bu səfər qardaşlıq əlaqələrinin genişlənməsinə böyük imkanlar açır. Gələcəkdə nə baş verəcəyini isə zaman göstərər. Bizim ortaq tariximiz, dinimiz, mədəniyyətimiz, adət-ənənələrimiz var. İran Türkiyə və digər türk dövlətləri qədər bizə yaxın olmalıdır”.

Politoloq Pezeşkianın AzTV-yə müsahibəsində ölkəmizə və Ermənistana eyni münasibət sərgiləməsini, eləcə də ana dilimizi bilməsinə baxmayaraq, türk dilində danışmamağını təəssüf hissi ilə qarşıladığını bildirib:

“Səfər öncəsi Pezeşkianın Az.TV-yə verdiyi açıqlamada işğalçı Ermənistanla bizə eyni yanaşma sərgiləməsi və türk dilində danışmaması məni xeyli üzdü. Çünki beynəlxalq təcrübədə səfər etdiyin ölkənin xalqının dilini bilirsənsə, xüsusilə, həmin xalqın nümayəndəsisənsə, öz dilində ona müraciət etmək xalqına, səfər etdiyin ölkəyə böyük ehtiram və hörmət əlaməti hesab olunur. Amma onu da nəzərə almalıyıq ki, o farsca danışmağa müəyyən mənada məcburdur. Yoxsa ciddi problemlərlə üzləşə bilər. Ola bilsin, öncədən ona bu barədə xəbərdarlıq ediblər. Gördük ki, İranda Azərbaycan türkcəsində şeir dediyinə görə hansı təzyiqlərlə üzləşdi. Əlaqələrimiz bütün istiqamətlərdə daha da dərinləşməlidir. İran üzərindən Naxçıvana maneəsiz (gömrük və sərhəd yoxlamalarından kənar) gediş-gəliş təmin edilsə, bu əlaqələrin inkişafına xüsusi töhfə verərdi”.

Niyaməddin Orduxanlı xüsusi olaraq vurğulayır ki, İran vətəndaşları üçün viza rejiminin aradan qaldırılması məqsədəuyğun olardı. Bu addım xüsusilə, Cənubi Azərbaycandan olan gənclərin ölkəmizdə doğma dillərində təhsil almalarına geniş imkanlar aça bilər:

“İran vətəndaşları üçün viza rejimi aradan qaldırılmalı, xüsusilə, Cənubi Azərbaycandan olan gənclərin, İranda mümkün olmadığı üçün, Azərbaycan Respublikasında öz ana dillərində güzəştli şərtlərlə təhsil almalarına imkan yaradılmalıdır. Bu məqsədlə tələbələrin sayı barədə kvota müəyyən olunmalı, büdcədən vəsait ayrılmalıdır. Məsud Pezeşkian Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda “İran və Azərbaycan Şərqi Qərbə, Şimalı Cənuba birləşdirən dördyol ola bilər”,- fikri həqiqətdir. Bu gün İranın Azərbaycanla iqtisadi, siyasi və digər əlaqələri İran dövlətinə xeyir verməkdən başqa, heç bir ziyanı ola bilməz”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 29 Aprel 2025 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see216

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see211

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see210

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see208

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see195

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see185

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see185

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see176

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see173

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see172

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see171

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see166

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see166

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see155

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see147

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see144

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see143

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see137

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see137

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri