Cənubi Koreyada əhalinin yeni kateqoriyası yarandı
Sfera.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Cənubi Koreyada əhalinin yeni kateqoriyası formalaşıb.
Sfera.az bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ölkə əhalisinin 20 faizini 65 və yuxarı yaşda olan şəxslər təşkil edir.
Cənubi Koreya Daxili İşlər Nazirliyinin açıqlamasına görə, onların sayı 10,24 milyon nəfərə çatıb. 51,22 milyonluq əhalinin 20 faizini yaşlılar təşkil etdiyi üçün isə Cənubi Koreyada “super yaşlılar cəmiyyəti” kateqoriyası yaranıb.
Qurum sözügedən əhaliyə yönəlmiş nazirliyin yaradılması ilə tədbirlərin görülməsinə “təcili ehtiyac” olduğunu bildirib.
Qeyd olunub ki, 2008-ci ildə 4,94 milyon nəfər olan ölkədə yaşlı əhalinin sayı 2019-cu ildə ölkə əhalisinin 15 faizini ötüb: “Bu ilin əvvəlinə ahılların sayı əhalinin 19,05 faizinə çatıb. 2017-ci ildə Cənubi Koreyada 65 və yuxarı yaşda olan insanlar əhalinin 14 faizini təşkil edib”.
Xatırladaq ki, 2023-cü ildə Cənubi Koreyada sosial-iqtisadi səbəblərə görə doğum nisbəti də azalıb.
Türkan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 24 Dekabr 2024 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















