Cənubi Koreyada hakim partiyanın lideri prezidentin vaxtından əvvəl vəzifədən gedəcəyini açıqlayıb
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Cənubi Koreyanın hakim “Vətəndaş Gücü” Partiyasının lideri Han Donq Hun bildirib ki, o və Baş nazir Han Dok Su ölkə prezidenti Yun Sok Yölün vaxtından əvvəl və nizamlı şəkildə hakimiyyətdən getməsi ilə əlaqədar xaosu minimuma endirəcək.
APA xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
“Prezidentin vaxtından əvvəl və nizam-intizamla getməsi ilə xalqa və ölkəyə təsir edə biləcək xaosu minimuma endirəcək, siyasi vəziyyəti sabitləşdirəcək və demokratiyanı bərpa edəcəyik”, - Han Donq Hun bildirib.
Han Donq Hun qeyd edib ki, vətəndaşların fikrincə, prezident Yun Sok Yöl səlahiyyət müddətinin qalan hissəsində ölkəni lazımi şəkildə idarə edə bilməyəcək və istefa verməlidir.
Bu mövzuda digər xəbərlər:Cənubi Koreyada siyasi böhran: Hakim partiyanın lideri prezidentin kənarlaşdırılmasına çağırır
06 Dekabr 2024 11:32
Cənubi Koreyada hakim partiyanın sədri Prezidentin hakimiyyətdən kənarlaşdırılmasını istəyir
06 Dekabr 2024 12:15
Cənubi Koreyada müxalifət lideri prezidentin əmrlərinə tabe
03 Dekabr 2024 22:26
Cənubi Koreyada prezidentin istefası istənilir
04 Dekabr 2024 19:44
Baxış sayı:111
Bu xəbər 08 Dekabr 2024 08:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















