Cənubi Koreyada seçki komissiyasının səlahiyyətlisi saxtakarlığa görə saxlanılıb
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Pekin, 30 may, AZƏRTAC
Cənubi Koreyada iyunun 3-də keçiriləcək prezident seçkisi ilə əlaqədar ölkədaxili erkən səsvermədə saxtakarlıq edən seçki komissiyasının səlahiyyətlisini polis saxlayıb.
AZƏRTAC Cənubi Koreya mediasına istinadla xəbər verir ki, paytaxt Seulun Qanqam rayonu bələdiyyəsinin səlahiyyətli işçisi həyat yoldaşının əvəzinə səs verib. Polisin açıqlamasına görə həmin qadın Mərkəzi Seçki Komisisyası tərəfindən erkən səsvermə zamanı məntəqədə seçicilərin şəxsiyyətini təsdiq edən sənədləri yoxlamaq üçün vəzifələndirilib. Polisə onun qanunsuz əməli barədə 2 dəfə məlumat daxil olduqdan dərhal sonra qadın saxlanılıb. Qadın öz yerinə səs verdikdən bir qədər sonra ərinin əvəzinə də səs verib.
Qeyd edək ki, Cənubi Koreyanın sabiq dövlət başçısı Yon Sok Yolun impiçment yolu ilə vəzifədən uzaqlaşdırılmasından sonra iyunun 3-nə prezident seçkisi təyin olunub. Mayın 29-30-da ölkədaxili erkən səsvermə keçirilir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Baxış sayı:55
Bu xəbər 30 May 2025 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















