Icma.az
close
up
RU
Cənubi Koreyada Yunun məhkəməsi başlayıb

Cənubi Koreyada Yunun məhkəməsi başlayıb

“Yonhap” xəbər verir ki, Yun Seok Yeolun saxlanıldığı Seul təcridxanasından hərbi vəziyyətin elan edilməsi ilə bağlı iclasın keçiriləcəyi Konstitusiya Məhkəməsinə gətirilib.

Yerli vaxtla saat 14:00-da impiçment prosesi ilə bağlı dinləmələrə qatılan Yunun hərbi vəziyyətin elan edilməsi ilə bağlı müdafiə çıxışı edəcəyi gözlənilir.

Digər tərəfdən məhkəmə binası qarşısında toplaşan yüzlərlə insan Yuna dəstək nümayişi keçirib.

Konstitusiya Məhkəməsi işə baxılmağa başlayan 14 dekabr 2024-cü il tarixindən etibarən 6 ay ərzində Yunun işdən çıxarılması ilə bağlı qərarını verməlidir.

Məhkəmə Yunun istefaya göndərilməsi barədə qərar verərsə, Cənubi Koreyada 60 gün ərzində növbədənkənar prezident seçkiləri keçiriləcək.

Yonhap-ın hesabatında deyilir ki, Yun öz impiçment məhkəməsində iştirak edən ilk dövlət başçısıdır. Bildirilir ki, əvvəllər impiçment prosesi ilə bağlı işlərinə baxılan keçmiş prezidentlər Roh Mu-hyun və Park Kın He dinləmələrə qatılmayıb.

Mövsüm

Aznews.az

seeBaxış sayı:106
embedMənbə:https://www.aznews.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri