Icma.az
close
up
RU
BTQ Fransa və Niderlanda rəğmən onların tədbirdə iştirakını təmin etdi

BTQ Fransa və Niderlanda rəğmən onların tədbirdə iştirakını təmin etdi

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

14 aprel 2025-ci ildə BMT-nin Nyu-Yorkdakı Baş qərargahında Afrika əsilli şəxslərin Daimi Forumunun 4-cü sessiyası işə başlayıb.

BMT Baş Assambleyasının 2 avqust 2021-ci il tarixli qətnaməsi ilə yaradılmış Daimi Forum quldarlığın və kolonializmin səbəb olduğu ədalətsizliyin aradan qaldırılması üçün tədbirlər görür. SİA xəbər verir ki, beynəlxalq hüquq çərçivəsində dünyada kolonializmə qarşı mübarizə aparan, müstəmləkəçiliyin iyrənc fəsadlarını beynəlxalq müstəvidə ifşa edən Bakı Təşəbbüs Qrupu (BTQ) ilə Daimi Forum arasında qurulmuş əməkdaşlıq nəticəsində Fransa və Niderlandın müstəmləkəçiliyi altında olan Qvadelup, Martinik, Kanaki (Yeni Kaledoniya), Sint Maarten, Reunyon, Bonayre, Aruba, Maohi Nui (Fransız Polineziyası), Fransız Qvianası nümayəndələrinin tədbirdə iştirakı təmin edilmişdir.

Tədbirdə çıxış edən BTQ-nin icraçı direktoru Abbas Abbasov, rəhbərlik etdiyi təşkilatın dekolonizasiya istiqamətində gördüyü işlər haqqında ətraflı məlumat verərək, Fransa və Niderlandın əsarəti altında olan ərazilərin bu gün də kolonial idarəetmədən əziyyət çəkdiyini təəssüflə xatırlatmışdır.

A.Abbasov adıçəkilən ərazilərin üzləşdiyi problemlərin daha təfsilatlı müzakirəsi üçün Daimi Forumun dəstəyi ilə BTQ tərəfindən aprelin 15-də “Dekolonizasiya: Sakit inqilab” konfransın təşkil ediləcəyini və bu xüsusda iştirakçı dövlətləri sözügedən tədbirə dəvət etmişdir.

BTQ-nin xətti ilə Forumda iştirak edən Qvadelup, Sint Maarten, Reunyon, Martinik, Fransız Qvianasından olan nümayəndələr də öz növbələrində çıxışlarında Fransa və Niderlandın kolonial siyasətini qınamış, ölkələrinin tezliklə müstəqil olması üçün səylərin birləşdirilməsinin vacibliyini vurğulamışlar.

Tədbirdə həmçinin BTQ-nin sifarişi ilə BMT-nin tanınmış eksperti, ABŞ vətəndaşı Karlayl Korbin tərəfindən hazırlanmış “Fransız kolonializminin təkamülü: Siyasi və konstitusional tədqiqat” adlı hesabat Sessiyanın iştirakçılarına təqdim olunmuşdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 Aprel 2025 04:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri