Icma.az
close
up
RU
Cənubi Qafqaz ölkələri arasında ən az yol qəzası Azərbaycanda qeydə alınıb STATİSTİKA

Cənubi Qafqaz ölkələri arasında ən az yol qəzası Azərbaycanda qeydə alınıb STATİSTİKA

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 23 may, AZƏRTAC

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlilə görə, son 5 ilin I rübü üzrə ən az yol-nəqliyyat hadisəsi 2025-ci ilin yanvar-mart aylarında qeydə alınıb. Daha dəqiq desək, cari ilin I rübündə ölkədə 267 yol nəqliyyat hadisəsi baş verib və bu say ötən ilin eyni dövrü ilə müqayisədə 17,8 faiz və ya 58 hadisə daha az olub.

AZƏRTAC-ın xəbərinə görə, MTM-in təhlil materialında bildirilir ki, ümumilikdə son 5 ilin statistikası yol-nəqliyyat hadisələrinin sayının daha çox IV rübdə qeydə alındığını göstərir. Buna səbəb mövsümə uyğun olaraq yolların buz bağlaması nəticəsində idarəetmənin çətinləşməsidir.

Qeyd edək ki, 2021-ci ilin əvvəlindən cari ilin mart ayının sonuna kimi ölkədə 6 min 647 yol nəqliyyat hadisəsi baş verib.

Qəza iştirakçılarına uyğun olaraq avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələrinin rüblər üzrə sayına nəzər yetirsək, piyadaların iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrinin üstünlük təşkil etdiyini görərik. Rəsmi rəqəmlər də göstərir ki, piyadaların iştirakı ilə baş vermiş qəzaların sayı ilin məhz IV rübündə, yəni qış fəslində ən yüksək həddə çatır.

Aparılan təhlil zamanı məlum olub ki, cari ilin I rübündə piyadaların iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə daha çox olub.

Daha dəqiq desək, cari ilin I rübündə nəqliyyat vasitələri və piyadaların iştirakı ilə 125, bir neçə nəqliyyat vasitəsinin iştirakı ilə 90, bir nəqliyyat vasitəsinin iştirakı ilə isə 52 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Ümumilikdə 2021-ci ilin əvvəlindən cari ilin mart ayının sonuna kimi ölkədə nəqliyyat vasitələri və piyadaların iştirakı ilə 2 min 765, bir neçə nəqliyyat vasitəsinin iştirakı ilə 2 min 440, bir nəqliyyat vasitəsinin iştirakı ilə isə 1441 yol-nəqliyyat hadisəsi baş verib.

Son 5 ildə yol-nəqliyyat hadisələri nəticəsində yaralanan və həlak olan şəxslərin sayına baxsaq, yalnız 2024-cü ilin IV rübündə həlak olanların sayı yaralanların sayından çox olub.

Ortalama olaraq hər rübdə 90 günün olduğunu nəzərə alsaq deyə bilərik ki, gün ərzində ölkəmizdə ən azı bir nəfər yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişir.

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olan şəxslərin sayı ilə bağlı ən yüksək göstərici 2022-ci ilin III rübündə qeydə alınıb və həmin dövrdə bu səbəbdən 263 nəfər dünyasını dəyişib.

Yaralananlarla bağlı ən mənfi göstərici 409 nəfər olmaqla 2021-ci ilin IV rübünə təsadüf edib.

Ümumilikdə 2021-ci ilin əvvəlindən cari ilin mart ayının sonuna kimi ölkədə baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində 5 min 616 nəfər yaralanıb, 3 min 315 nəfər isə həlak olub.

Cari ilin I rübündə isə yol-nəqliyyat hadisələri nəticəsində 223 şəxs yaralanıb, 149 şəxs isə dünyasını dəyişib.

Cənubi Qafqaz ölkələrinin Dövlət Statistika Komitələrinin rəsmi rəqəmləri əsasında aparılan təhlilə əsasən, 2021-2024-cü illəri əhatə edən 4 il ərzində ən az yol-nəqliyyat hadisəsi Azərbaycanda qeydə alınıb. Bu dövr ərzində Azərbaycanda 6 min 380, Ermənistanda 17 min 839, Gürcüstanda isə 17 min 198 yol-nəqliyyat hadisəsi baş verib.

4 il ərzində qəzalar nəticəsində Azərbaycanda 3 min 166 nəfər, Ermənistanda 1400 nəfər, Gürcüstanda isə 1765 nəfər dünyasını dəyişib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:63
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 May 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri