Icma.az
close
up
RU
Cənubi Qafqaza qarşı hibrid plan…

Cənubi Qafqaza qarşı hibrid plan…

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Okamponun etirafı: Rusiyada yaşayan ermənilər regionda sabitliyi pozmaq üçün maliyyə ayırır

Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı sülh prosesinə qarşı yenidən hücumlar intensivləşir. Maraqlıdır ki, rollar dəyişməsə də konturlar dəyişir – artıq bəyanatlar və ya siyasi jestlərdən daha fərqli aspektlərə müraciət edilir. Söhbət Qərb platformalarını, diaspor şəbəkələrini və indi isə göründüyü kimi, Rusiyadan axan maliyyə resurslarını belə əhatə edən təsir infrastrukturundan gedir. Azərbaycan mediası, "Minval.az" saytı bu məsələnin üzərinə işıq salıb. "Baş rolda" tanış simadır – separatizmi dəstəkləyən korrupsioner, keçmiş Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Luis Moreno Okampo. Ortaya çıxan video görüntülərdə o, Bakıya qarşı kampaniyada iştirakını faktiki olaraq təsdiqləyir. Bundan əlavə, Okampo birbaşa Avropa qurumları daxilində bir komandanın və əlaqələrin mövcudluğundan bəhs açır, keçmiş Aİ xarici işlər naziri Cozef Borrelin və ətrafından danışır.

Rusiyadan olan ermənilər maliyyə ayırır…

Maraqlı detallardan biri bu anti-Azərbaycan fəaliyyətin maliyyə qaynatıdır. "Minval.az" tərəfindən əldə edilən yeni video görüntülər kampaniyanın xüsusi yaradılmış "Rusiya-Ermənistan nümayəndələri qrupu" adlı fond tərəfindən dəstəkləndiyini göstərir. Məqsəd informasiya təzyiqi üçün davamlı və uzunmüddətli maliyyələşdirməni təmin etməkdir.

Okampo açıq şəkildə etiraf edir ki, əvvəlcə Ermənistan mənbələrindən vəsait alıb, lakin sonradan daha strukturlaşdırılmış kanallar tətbiq edilib. O, xüsusilə, Rusiyada yaşayan və beynəlxalq bizneslə məşğul olan erməni diasporunun varlı nümayəndələrindən danışır. Sxemin fundamental aspekti isə anonimlikdir. O deyir ki, maliyyə qaynağı rolunu oynayanlar Rusiya ilə problem yaşamaq istəmirlər və buna görə də qapalı mexanizmlər vasitəsilə fəaliyyət göstərməyə üstünlük verirlər.

Okamponun özünüifşası…

Videoyazı isə bütün detalları ortaya qoyur: 

Luis Moreno Ocampo: "Domenech"

Naməlum həmsöhbət: "Domenech?"

Luis Moreno Ocampo: "Bəli." Mən [...], heç vaxt adları xatırlamağı öyrənməmişəm, üzr istəyirəm."

Naməlum Həmsöhbət: "Bəs bu sizin işə götürdüyünüz birisidirmi?"

Luis Moreno Ocampo: "Devesa"

Naməlum Həmsöhbət: "Devesa"

Luis Moreno Ocampo: "Devesa"

Naməlum Həmsöhbət: "Devesa. Amma sən..."

Luis Moreno Ocampo: "Ermənilərdən pul aldım."

Naməlum Həmsöhbət: "Bəli."

Luis Moreno Ocampo: "Deməli, əvvəllər ermənilər, mən..."

Naməlum Həmsöhbət: "ABŞ-da?"

Luis Moreno Ocampo: "Xeyr, pul Rusiyadakı bir ermənidən idi. Onlar Rusiya ilə problem yaşamaq istəmirlər, onlar üçün ən vacib şey anonimlikdir."

Naməlum Həmsöhbət: "Yaxşı. Bəs söhbət Rusiya xaricindəki ruslardan, yoxsa Rusiya daxilindəki ruslardan gedir?"

Luis Moreno Ocampo: "Onlar xaricə səyahət edirlər; onların maraqları hər yerdədir, mütləq Rusiya daxilində deyil. Bəziləri - bəli, hamısı deyil. Amma deyərdim ki, bu, məxfi şəkildə baş verir."

Luis Moreno Ocampo: "Əvvəlcə bunu pulsuz etdim. İlk hesabat pulsuz hazırlanıb. Sonra Beynəlxalq Cinayət Məhkəməsində (ICC) məhkəmə iddiası qaldırmaq üçün Amerika fondundan dəstək aldım. Bundan sonra sosial media kampaniyasını demək olar ki, pulsuz həyata keçirdim. İndi isə daha davamlı bir kampaniyanı maliyyələşdirmək üçün fond yaradan bir qrup Rusiya ermənisi var."

Naməlum: "Bəs layihəniz nə qədər davam edəcək?"

Luis Moreno Ocampo: "Heç bir fikrim yoxdur. Çünki hazırda... erməni məsələsində bunu maliyyələşdirən qrup var. Və may ayına qədər öhdəliklərimiz var, [...] amma mənim nə iş gördüyüm..."

Naməlum: "Bundan əlavə, Ermənistandakı azlıq da?"

Luis Moreno Ocampo: "Xeyr, maliyyələşdirən bir qrup..."

Naməlum Həmsöhbət: "[…]. Bəli, bəzi varlı ermənilər..."

Naməlum Həmsöhbət: "Bəs onlar nə edirlər?"

Luis Moreno Ocampo: "Çünki onlar ermənidirlər. Çünki onlar ermənidirlər."

Naməlum Həmsöhbət: "Onlar hökumətin, yoxsa QHT-nin bir hissəsidirlər? Mənim kimi insanlardır, yoxsa nə?"

Luis Moreno Ocampo: "Xeyr, xeyr, xeyr. Bilirsiniz nə var? Onlar Rusiyada yaşayırlar."

Karapetyan və Vardanyan…

Beləliklə, faktlar üzə çıxır. Ən əsas ehtimal olunan maliyyələşdirmə mənbələrindən biri əvvəllər işğal altında olmuş Azərbaycan ərazilərində qanunsuz fəaliyyətləri dəstəkləməkdə ittiham olunan iş adamı Samvel Karapetyan ola bilər. Mövcud məlumatlara görə, Karapetyan işğal dövründə işğalın nəticələrini möhkəmləndirmək strategiyasının bir hissəsi olan Qarabağa kənardan köçürülmə və infrastruktur layihələrinin maliyyələşməsində iştirak edib. Karapetyanla yanaşı, hazırda Bakıda təcridxanada olan Ruben Vardanyanın da bu işdə iştirakı şübhəsizdir –ailəsi Bakıya qarşı yönəlmiş kampaniyaya dəstək vermək üçün fond ayırıb. Beləliklə, ortada olan materiallar göstərir ki, mövcud "təcrübələr" aradan qalxmayıb, sadəcə transformasiya olunub. Əvvəllər söhbət diqqət fiziki mövcudluğa və "yerində faktlar"ın yaradılmasına yönəlmişdisə, indi diqqət informasiya və siyasi təzyiqə keçib. Pul, media, siyasi əlaqələr və beynəlxalq institutların birgə işlədiyi bütöv bir sistem formalaşdırılıb.

Regional sabitlik hədəfdə…

Okamponun son tarixlər və öhdəliklər barədə öz etirafı xüsusi diqqət çəkir – o, açıq şəkildə komandasının "ən azı may ayına qədər" maliyyələşdirildiyini bildirir ki, bu da kampaniyanın planlaşdırılmış xarakterini göstərir. Vurğulamaq lazımdır ki, may ayı Ermənistan parlament seçkiləri ilə bağlı seçki kampaniyasının son mərhələsidir. Bu fonda baş verənlər sadəcə xaricdən edilmiş informasiya hücumu kimi görünmür, əksinə seçki prosesinə və ölkənin daxili işlərinə birbaşa müdaxilə cəhdidir. Bunu təsdiq edən    fakt isə əvvəllər yayılan görüntülərdə Okamponun oğlu Tomasın bu kampaniyanın məqsədlərindən birinin Ermənistanın baş naziri Nikol Paşinyanı devirmək olduğunu etiraf etməsidir. Bu isə bütövlükdə regional sabitliyə qarşı yönəlmiş və dərin kök salmış bir sistemin varlığından xəbər verir. Qərb institutlarından, Rusiyadan edilən maliyyə axınlarından və diaspora strukturlarından istifadə bu kampaniyanın çoxqatlı təbiətindən xəbər verir.

SADİQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 May 2026 22:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see279

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see209

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see199

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see196

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see190

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see181

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see180

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see176

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see174

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see172

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see168

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see166

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see166

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see162

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

03 Oktyabr 2026 04:53see161

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see161

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see159

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see155

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see155

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri