Icma.az
close
up
RU
Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması üçün münbit şərait yaranıb ŞƏRH

Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması üçün münbit şərait yaranıb ŞƏRH

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Məlum olduğu kimi, avqustun 8-də ABŞ Prezidenti Donald Trampla Vaşinqtonda baş tutan görüş Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə açmaqla yanaşı, diplomatik protokol tarixində də xüsusi məqamla yadda qaldı. ABŞ lideri Ağ Evin rəmzi açarını Azərbaycan Prezidentinə təqdim etdi. Ağ Evin rəmzi açarı yüksək etimadın, dostluğun və strateji yaxınlığın göstəricisi hesab olunur. Tarixdə bu simvolik hədiyyə çox az sayda şəxsə təqdim edilib. Donald Tramp daha əvvəl onu İsrailin Baş naziri Benyamin Netanyahuya və "SpaceX" şirkətinin rəhbəri İlon Maska vermişdi. Rəsmi Vaşinqton bu jesti tərəflər arasında strateji tərəfdaşlığın və şəxsi hörmətin təsdiqi kimi qiymətləndirir. Azərbaycan Prezidentinə təqdim olunan açar da ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələnin rəmzi kimi qəbul edilir. Sadə dillə desək, bu açar qapı açmaqdan çox, dövlətlər arasında səmimiyyətin və siyasi iradənin qapısını açan simvoldur.

Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampla Vaşinqtonda baş tutan görüşü iki ölkə münasibətlərində yeni səhifə açdı. Görüşün nəticəsi olaraq imzalanan sənədlər isə Cənubi Qafqazın ümumi sabitlik perspektivini müəyyənləşdirir. Səfər çərçivəsində imzalanan "Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu" iki ölkə münasibətlərini müttəfiqlik səviyyəsinə qaldırmağı hədəfləyir. Bu, enerji təhlükəsizliyi, müdafiə, ticarət, texnologiya və regional inteqrasiya sahələrində genişmiqyaslı əməkdaşlığa zəmin yaradır. Vaşinqton görüşünün yekununda imzalanan Birgə Bəyannamə Azərbaycanın irəli sürdüyü sülh gündəliyinə beynəlxalq dəstəyin göstəricisidir. Bəyannamədə, "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş" layihəsinin paraflanması xüsusi qeyd olunur. Lakin ölkə başçısının Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsində bir daha vurğuladığı kimi, yekun sülh sənədinin imzalanması üçün Ermənistanın öz konstitusiyasında dəyişiklik edərək Azərbaycana qarşı ərazi iddialarına son qoyması vacib şərtdir. Bu, sülhün real təminatı üçün əsas hüquqi zəmanət hesab olunur.

Onu da qeyd edək ki, sənəddə diqqətçəkən məqamlardan biri də Ermənistan ərazisindən keçəcək Zəngəzur (TRIPP) layihəsidir. Layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz quru əlaqəsini təmin edəcək. ABŞ tərəfindən dəstəklənən Zəngəzur təkcə nəqliyyat dəhlizi deyil, həm də region xalqları arasında iqtisadi və humanitar körpü rolunu oynayacaq. Zəngəzur layihəsi, həmçinin Qafqazı Yaxın Şərq və Avropa ilə birləşdirən yeni logistik mərkəzə çevrilmə potensialına malikdir. Azərbaycanın uzun illər ərzində müdafiə etdiyi Zəngəzur dəhlizi ideyası ABŞ-ın beynəlxalq zəmanəti ilə real mərhələyə qədəm qoyur. Bu marşrutun açılması Azərbaycanla Naxçıvan arasında fasiləsiz quru yolun bərpası deməkdir. Eyni zamanda, Azərbaycan üzərindən Türkiyə ilə bütün Türk dünyasını birləşdirən qlobal ticarət və enerji arteriyası formalaşır. Rəsmi Bakı illərdir Zəngəzur dəhlizinin açılmasının Türk dünyasının iqtisadi, siyasi və mədəni inteqrasiyasını gücləndirəcəyini bəyan edirdi. Bu dəhliz Türkiyə ilə Mərkəzi Asiya ölkələri arasında ən qısa və təhlükəsiz quru bağlantı imkanı yaradır. Zəngəzur layihəsinin ABŞ-ın beynəlxalq zəmanəti ilə icra olunması isə bu yolun davamlılığını təmin edir, siyasi riskləri minimuma endirir. Bu, Cənubi Qafqazın yalnız regional deyil, həm də Avrasiya miqyasında strateji əhəmiyyətini artırır. Analitiklərin fikrinə görə, Zəngəzur layihəsi təkcə iqtisadi və logistik deyil, həm də geosiyasi transformasiya xarakteri daşıyır. Belə ki, regionu öz təsir dairəsində saxlamağa çalışan qüvvələrin qarşısına ABŞ kimi qlobal güc çıxarılır. Rusiya artıq bölgədə təkbaşına dominant mövqe tutmur, Vaşinqton da oyunçu kimi proseslərdə iştirak edir. Müxtəlif separatçı və anti-Azərbaycan planlarına qarşı real siyasi cavab mexanizmi formalaşır.

Ermənistan tərəfinin isə Zəngəzur dəhlizinə 99 il müddətinə ABŞ-ın nəzarətini qəbul etməsi, bölgədə yeni təhlükəsizlik modelinin formalaşmasına işarədir. Bu müddət ərzində ABŞ Qərbi Zəngəzurdan keçən dəmir yolu, neft, qaz və fiber-optik xətlərin inkişafı, 27 millik (təxminən 32 km) marşrut boyunca elektrik enerjisi ötürmə infrastrukturunun qurulması, beynəlxalq logistika və enerji konsorsiumu vasitəsilə dəhlizin idarə olunması öhdəliyini götürür. Bu, həm Azərbaycanın suveren maraqlarını qoruyur, həm də Ermənistanın destruktiv addımlarının qarşısını almaq üçün real mexanizm yaradır.

Zəngəzur marşrutu vasitəsilə isə Azərbaycanın tranzit gəlirləri artacaq, Naxçıvanın iqtisadi blokadadan çıxması təmin olunacaq, Türkiyə ilə ticarət dövriyyəsi daha da yüksələcək, Orta Dəhliz (Middle Corridor) layihəsi çərçivəsində Mərkəzi Asiya-Avropa ticarət xətti güclənəcək. ABŞ-ın dəhlizə zəmanət verməsi beynəlxalq investorların cəlb olunmasını və layihənin yüksək maliyyə təminatını asanlaşdıracaq. Zəngəzur layihəsinin reallaşması ilə Cənubi Qafqazın geoiqtisadi xəritəsi dəyişir, region daha çox Avrasiya inteqrasiyasına yönəlir. Ölkə başçımız bu barədə deyib ki, bu gün tarixi gündür: "Prezident Tramp Qafqaza sülh gətirir. Buna görə biz həqiqətən ona olduqca minnətdarıq. Əminəm ki, Ermənistan və Azərbaycan cəsarətlə sülhə nail olacaq və bizim xalqlarımız da barışacaqdır. Biz bu cür münaqişələrə və qan tökülməsinə son qoyacaq və uğurla irəli gedəcəyik".

Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanda 44 günlük Vətən müharibəsinə Zəfər nöqtəsi qoyulandan sonra Naxçıvanla nəqliyyat əlaqəsinin bərpa edilməsi ilə bağlı fəaliyyətə başlanıldı. Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin imzaladığı 2020-ci il 10 noyabr birgə Bəyanatına əsasən, qədim Zəngəzur ərazisindən Naxçıvana nəqliyyat və kommunikasiya xətlərinin açılmasına xidmət edən Zəngəzur dəhlizinin tikintisi nəzərdə tutulurdu. Bir müddət sonra Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsi imzalanarkən də bu məsələyə xüsusi toxunan Prezident İlham Əliyev dedi: "Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapmışdır. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq. Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır". Zəngəzur dəhlizinin reallaşması həm də yüzilliklər boyu davam edən tarixi ədalətsizliyə verilən cavab, milli idealların bərpası və böyük geosiyasi planın icrasıdır. Bu dəhliz Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında quru əlaqəni təmin etməklə yanaşı, Çin və Orta Asiya ölkələrini Azərbaycan və Türkiyə vasitəsilə Avropaya birləşdirən strateji tranzit xəttinə çevriləcək. Zəngəzur dəhlizi Azərbaycanın beynəlxalq nəqliyyat və ticarət xəritəsində mövqeyini köklü şəkildə dəyişir. Şərqlə Qərbi birləşdirən bu marşrut ölkəmizi Avrasiyanın mühüm logistik mərkəzinə çevirir, Naxçıvanı isə uzun illər davam edən nəqliyyat-kommunikasiya blokadasından çıxarır. Zəngəzur bölgəsi təkcə coğrafi mövqeyinə görə deyil, həm də siyasi-ideoloji baxımdan Türk dünyasının təbii bağlarını qoruyan ərazidir. Erməni millətçisi Zori Balayan hələ 1970-ci illərdə yazdığı "Ocaq" adlı "əsər"ində, türk dünyasına qarşı düşmən mövqe sərgiləsə də, Zəngəzurdan keçən yolun Turan yolu olduğunu etiraf etmişdi. Onun məqsədi bu yolu ermənilərin nəzarətinə vermək olsa da, tarixin gedişatı Azərbaycanı bu arteriyanın sahibi olmaq mərhələsinə gətirib çıxardı. Ermənistan mediasının son illərdə yaydığı məlumatlar da təsadüfi deyildi, 1970-1980-ci illərdə Sov.İKP MK Siyasi Bürosunun üzvü olan Heydər Əliyev Naxçıvan-Bakı avtomobil yolunun Mehridən keçən hissəsinin tikintisini irəli sürmüş, bu yolun böyük strateji layihənin Böyük Turan yolunun təməli olduğunu nəzərdə tutmuşdu. Lakin o vaxt Ermənistan KP MK-nın birinci katibi Karen Dəmirçyanın etirazları nəticəsində layihə dayandırılmışdı. Azərbaycanın bu gün Zəngəzur dəhlizini reallaşdırması Ulu Öndər Heydər Əliyevin tarixi missiyasının tamamlanmasıdır. O dövrdə imkan verilməyən yol indi Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi və qələbə strategiyası nəticəsində yenidən gündəmə qayıdıb və artıq icra mərhələsindədir.

Ən əsası, Zəngəzur dəhlizi XXI əsrin Cənubi Qafqaz geopolitikasını yenidən formalaşdıran strateji layihə statusu qazanır. Azərbaycan prosesdə həm iqtisadi, həm siyasi, həm də diplomatik baxımdan qalib mövqedədir. ABŞ zəmanəti ilə icra olunacaq marşrut gələcək onilliklərdə regionun təhlükəsizlik, inteqrasiya və inkişaf modelinin təməlini təşkil edəcək.

Vüsal Məmmədov,

YAP Göygöl rayon təşkilatı üzrə Göygöl Su Meliorasiya Sistemləri İstismarı İdarəsi ərazi partiya təşkilatının fəal üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Avqust 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qusarın Laza kəndində təbii fəlakətlə bağlı vəziyyət stabilləşib FOTO

26 Sentyabr 2025 14:49see258

Soyuqdəymə ilə qripi necə fərqləndirmək olar? AÇIQLAMA

25 Sentyabr 2025 04:05see170

Sosial Tədqiqatlar Mərkəzində Faiq Ələkbərlinin üç cildlik kitablarının təqdimatı keçirilib

25 Sentyabr 2025 13:16see147

“Rebuild Karabakh” Hakatonu Gələcəyin şəhərlərini birlikdə quraq!

25 Sentyabr 2025 11:53see146

Avropa Liqası: Fənərbaxça məğlub oldu günün nəticələri

25 Sentyabr 2025 01:02see135

Cənubi Koreyada iki il ərzində polisə 60 minə yaxın zəng edən şəxs həbs olundu

25 Sentyabr 2025 05:12see134

“Mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına əngəl törədir” Prezident

25 Sentyabr 2025 21:38see125

Masterchef Türkiye də gərgin anlar Münsif iştirakçını efirdən qovdu

25 Sentyabr 2025 13:16see124

Yollar yenə tıxaclıdır Siyahı

25 Sentyabr 2025 09:03see124

Yol vergisi alınacaq AÇIQLAMA

25 Sentyabr 2025 12:00see123

Qusarın Ləzə kəndini cənginə alan təbii fəlakət Xəbərlərin 20:00 buraxılışı

25 Sentyabr 2025 20:00see121

Azərbaycanın şanlı və şərəfli tarixi ŞƏRH

25 Sentyabr 2025 19:03see121

Onlar elə belə öləcəklər, ruslar isə cənnətə gedəcəklər..?

26 Sentyabr 2025 19:56see119

Avropanın kiçik bir ölkəsində ən təmiz yanacağın böyük yataqları tapıldı

25 Sentyabr 2025 21:27see119

Starbucks 1 milyard dollarlıq yenidənqurma planı çərçivəsində bəzi mağazalarını bağlayacaq və işçiləri ixtisar edəcək

26 Sentyabr 2025 08:37see117

Moskva ilə körpülər yandırılır? ŞƏRH

26 Sentyabr 2025 15:13see116

Xəzər sürətlə kiçilir, səbəbi iqlim dəyişikliyi deyil Əliyev

25 Sentyabr 2025 21:31see116

Arsenal klubu İspaniyada çıxış edən iki futbolçu ilə maraqlanır

26 Sentyabr 2025 19:31see115

Son statistika: Ukrayna bu cür dirçəlir, Rusiya isə...

25 Sentyabr 2025 07:01see115

Liverpul fransalı ulduzun izində

25 Sentyabr 2025 21:34see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri