Cənubi Qafqazda yeni dövr başlayır ABŞ senatoru Bakı və İrəvanın kursunu şərh etdi KONKRET
Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ Senatının respublikaçı üzvü Stiv Deyns The Wall Street Journal üçün yazdığı məqalədə Azərbaycan və Ermənistanın daha müstəqil regional gələcəyə doğru irəlilədiyini bildirib.
KONKRET.az xəbər verir ki, o vurğulayıb ki, Cənubi Qafqaz və Mərkəzi Asiya bölgələri davamlı inkişaf və beynəlxalq əməkdaşlıq üçün strateji istiqamətə çevrilir.
Senatorun sözlərinə görə, Bakı və İrəvan daha müstəqil xarici siyasət yürütməyə can atır və beynəlxalq ictimaiyyətlə yaxınlaşmaqda maraqlıdırlar. Deyns xüsusi olaraq Orta Dəhliz layihəsinə diqqət çəkərək onu Şərqlə Qərb arasında perspektivli nəqliyyat marşrutu adlandırıb.
ABŞ senatoru hesab edir ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması yalnız region üçün deyil, həm də daha geniş beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar aça bilər.
Natiq Səlim,
KONKRET.az
Baxış sayı:59
Bu xəbər 30 İyul 2025 19:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















