Icma.az
close
up
RU
Cənubi Qafqazdan Ağ Evə uzanan yeni geopolitik tunel : Tramp bu regionu Qərbin Avrasiya sisteminə birləşdirir

Cənubi Qafqazdan Ağ Evə uzanan yeni geopolitik tunel : Tramp bu regionu Qərbin Avrasiya sisteminə birləşdirir

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Cənubi Qafqaz artıq Rusiya və Qərb arasında qarşıdurmanın geopolitik platformasl deyil... Çünki bu region indi ABŞ və Qərbin "Yeni İpək Yolu strategiyası"nın mərkəzi həlqəsinə çevrilməyə başlayıb...

Cənubi Qafqaz son iki ildə beynəlxalq siyasətin əsas geostrateji mərkəzlərindən birinə çevrilib. Ukrayna savaşının yaratdığı yeni geoiqtisadi və təhlükəsizlik arxitekturası, Rusiya və Qərb arasında qlobal qarşıdurmanın dərinləşməsinə paralel olaraq, bu region enerji, logistika və siyasi təsir uğrunda mübarizənin "açar məkan"ına çevrilib. Və bu baxımdan, “Tramp marşrutu” (Zəngəzur dəhlizi) layihəsinin rəsmən elan edilməsi Cənubi Qafqazda post-Rusiya mərhələsinə keçidin ilkin əlamətlərindən biri kimi dəyərləndirilir.

Onu da qeyd etmək lazımdır ki, "Tramp marşrutu"nun reallaşdırılması barədə Vaşinqton anlaşmasına qədər Cənubi Qafqazda geopolitik iddiaları olan dövlətlərin sırasında Rusiya ilə yanaşı, Fransa da ön planda yer alırdı. Ancaq ABŞ-ın həm Rusiyanı, həm də Fransanı qabaqlayaraq, qlobal əhəmiyyətli əsas regional layihənin reallaşdırılmasında qarantor statusu qazanması yeni və fərqli proseslərə yol açıb. Və eyni zamanda, Fransa prezidenti Emmanuel Makronun daxili və xarici siyasətdə zəifləməsi də rəsmi Parisin Cənubi Qafqaz planlarını ciddi şəkildə zərbə altında qoyub.

Məsələ ondadır ki, “Le Figaro Verian Group”un son ictimai sorğusuna görə, prezident Emmanuel Makronun reytinqi 11 faizə düşüb. Bu, onun prezidentliyi dövründə ən aşağı göstəricidir və Fransua Ollandın hakimiyyəti dövrünün sonunu xatırladır. Belə kəskin tənəzzül təkcə daxili siyasətlə deyil, Fransa diplomatiyasının strateji adaptasiya qabiliyyətinin zəifləməsi ilə də əlaqəlidir.

Prezident Emmanuel Makronun “Avropa strateji muxtariyyəti” ideyası faktiki olaraq, uğursuzluğa düçar olub. Afrika, Şərqi Aralıq dənizi və Cənubi Qafqazda Fransa öz hərbi-siyasi dayaqlarını itirib. Rəsmi İrəvan üçün bu, real mənada o deməkdir ki, Ermənistanın əsas beynəlxalq himayədarı olan Fransanın artıq geopolitik zəmanətçi olmaq imkanlarını itirmək üzrədir. Və bu baxımdan, Fransa prezidenti Emmanuel Makronun Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri indi yalnız simvolik siyasi jest xarakteri daşıyır.

Ona görə də, "Tramp marşrutu” layihəsi Fransa və Rusiyanı qabaqlayan ABŞ-ın Cənubi Qafqaz üçün geoiqtisadi strategiyasının birbaşa təməlini təşkil edir. Ermənistan baş naziri Nikol Paşinyanın hətta Paris Sülh Konfransında belə, “Tramp marşrutu”ndan danışması ABŞ-ın regionda yeni mərhələyə güclü təsirini göstərir. Bu geoiqtisadi layihənin adının “Tramp”la assosiasiya olunması da təsadüfi deyil və Ağ Evin praqmatik iqtisadi diplomatiyasını əks etdirir.

Onu da qeyd etmək lazımdır ki, "Tramp marşrutu" Azərbaycan-Ermənistan sülh sazişinin iqtisadi əlavəsi kimi Cənubi Qafqazda regional nəqliyyat və ticarət əlaqələrinin açılmasına indeksli geoiqtisadi layihə hesab olunur. Bu layihə Cənubi Qafqazı Qərbin strateji nəqliyyat sisteminə – Aralıq dənizi, Qara dəniz və Orta Asiya şəbəkələrinə inteqrasiya etdirmək baxımından, böyük əhəmiyyət daşıyır. Eyni zamanda, bu, İran və Rusiyanın nəzarətində olan tranzit yollarına alternativ Qərb nəzarətli geoiqtisadi dəhlizin formalaşdırılmasını da təmin edəcək.

Maraqlıdır ki, beynəlxalq tədqiqat mərkəzləri, o cümlədən, Atlantic Council və CSIS (Center for Strategic and International Studies) hesabatlarında qeyd olunur ki, ABŞ üçün Cənubi Qafqaz “post-sanksiya dövründə Avrasiya enerji və ticarət zəncirində strateji bufer” funksiyası daşıyacaq. “Tramp marşrutu” da bu nəzəri yanaşmanı praktik səviyyəyə keçirə biləcək ilk konkret layihə hesab olunur. Və bu baxımdan, Cənubi Qafqazın ABŞ üçün geostrateji əhəmiyyətini təsəvvür etmək o qədər də çətin deyil.

Bütün bunlar onu göstərir ki, əslində, "Tramp marşrutu" Rusiya, İran və Fransanın ortaq geopolitik məğlubiyyətini təmin edən geoiqtisadi faktordur. Ona görə də, “Tramp marşrutu”nun reallaşması həm də Kreml və rəsmi Paris üçün ciddi geostrateji məğlubiyyət anlamı da daşıyır. Və həm Rusiya, həm də Fransa son illərdə Zəngəzur dəhlizi ətrafında siyasi mövqe üstünlükləri uğrunda mübarizə aparırdı.

Belə ki, Kreml 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli anlaşmaya əsaslanaraq, Zəngəzur dəhlizinə təhlükəsizlik nəzarətini ələ keçirmək istəyirdi. Fransa isə Ermənistanla "xüsusi müttəfiqlik münasibətləri" qurmaqla, Cənubi Qafqazda Avropanın təsir sahəsini yaratmağa çalışırdı. Ancaq ABŞ Azərbaycan və Ermənistan ilə "Tramp marşrutu" barədə saziş imzalayaraq, həm Rusiyanın, həm də Fransanın planlarını boşa çıxartmağa nail oldu.

Nəticədə Ağ Ev Bakı-İrəvan xətti üzərində birbaşa siyasi-diplomatik kanallar yaratdı. Ağ Ev həm Azərbaycan, həm də Ermənistan ilə üçtərəfli enerji və infrastruktur sazişləri imzaladı və Zəngəzur dəhlizini məhz ABŞ-ın geostrateji maraq dairəsinə daxil etdi. Ona görə də, Rusiya və Fransa indi Cənubi Qafqazda ən yaxşı halda, yalnız siyasi6diplomatik bəyanat səviyyəsində mövcuddur. Və hazırda bu iki dövlətin regiondakı real təsir imkanları isə faktiki olaraq, sadəcə, simvolik xarakter daşıyır.

Digər tərəfdən, rəsmi İrəvanın da ikinci Qarabağ savaşından sonrakı xarici siyasət kursu Ermənistanı Rusiya orbitindən çıxararaq, Qərbə yaxınlaşdırmağa hədəflənib. Paşinyan hakimiyyətinin son illərdə atdığı əksər addımlar Ermənistanın yeni geopolitik seçimini təmin etməyə yönəlib. Rəsmi İrəvan bu müddət ərzində Rusiya ilə təhlükəsizlik əməkdaşlığını zəiflədib, KTMT ilə münasibətlər dondurulub, ABŞ və Avropa Birliyi ilə siyasi-iqtisadi inteqrasiya proqramları genişləndirilib, Azərbaycanla Ermənistan arasında praktik sülh və qarşılıqlı tranzit modelinə keçid prioritetə çevrilib.

Beləliklə, "Tramp marşrutu" ətrafında cərəyan edən geopolitik proseslərin geostrateji nəticələri böyük ölçüdə artıq aydındır. Cənubi Qafqaz artıq Rusiya və Qərb arasında qarşıdurmanın geopolitik platformasl deyil. Çünki bu region indi ABŞ və Qərbin "Yeni İpək Yolu strategiyası"nın mərkəzi həlqəsinə çevrilməyə başlayıb.

Yəni, “Tramp marşrutu” Cənubi Qafqazda ABŞ diplomatiyası üçün ən sistemli layihə kimi görünür. Çünki həm geoiqtisadi, həm də geopolitik xarakter daşıyır, ən əsası isə regionu Rusiya təsirindən çıxararaq, Qərbin Avrasiya logistik sisteminə birləşdirmək məqsədinə yönəldilib. Bu isə yalnız regional proses olmayıb, Cənubi Qafqazdan Ağ Evə uzanan "geopolitik tunel" üzərindən regionun qlobal sistemdə yeni statusunun formalaşma mərhələsi deməkdir.(musavat.com)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:24
embedMənbə:https://olke.az
archiveBu xəbər 02 Noyabr 2025 00:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nazir: Xızı Abşeron KES yaxın vaxtlarda istismara hazır olacaq

31 Oktyabr 2025 15:06see242

Məktəblilər qırmızıdan keçən “Renault”la toqquşmaqdan son anda xilas oldular VİDEO

01 Noyabr 2025 00:15see186

Putin İradə Zeynalovaya fövqəladə və səlahiyyətli səfir rütbəsi verib

01 Noyabr 2025 12:50see156

Payız turizmi üçün ən yaxşı şəhərlərin adları açıqlanıb...

31 Oktyabr 2025 21:06see156

Anar Əliyev Naxçıvanda vətəndaş qəbulu keçirib

31 Oktyabr 2025 14:03see154

Cabir İmanovun çəkildiyi reklamlar niyə hələ də yığışdırılmır? Şirkətdən AÇIQLAMA

31 Oktyabr 2025 14:15see150

Teva xərçəng riski ilə əlaqədar olaraq təzyiq dərmanını geri çağırır

31 Oktyabr 2025 14:32see149

Gömrük Komitəsinin vəzifəli şəxsi sahibkara qarşı qanunsuzluq edir? ŞİKAYƏT

01 Noyabr 2025 13:32see140

Məktəblilərin intim videosu yayıldı Cinayət işi açıldı

31 Oktyabr 2025 13:48see137

Beyninizin hansı yarımkürəsi dominantdır? Özünüzü sınayın

01 Noyabr 2025 07:07see131

Qərbi Azərbaycan Xronikası: Ermənilər dedilər ki, getməlisiniz, bura bizimdir

31 Oktyabr 2025 22:26see130

Yeni sərmayə institutu...

01 Noyabr 2025 10:39see130

Tələbələr universiteti məhkəməyə şikayət edə bilər?

01 Noyabr 2025 00:14see128

Livan İsraillə müharibəni dayandırmağa hazır olduğunu açıqladı

31 Oktyabr 2025 16:15see127

Karib dənizində güclü qasırğa Melissa iki ölkədə 68 nəfərin canını aldı, itkin düşənlər var

31 Oktyabr 2025 15:27see126

Ağ Evin Halloueen bayramı: McDonald s uşaq restoranı interneti sevindirir…

31 Oktyabr 2025 21:35see124

Nazir Kürdəmirdə sıra baxışı keçirdi, 163 nəfər seçildi Video

01 Noyabr 2025 13:26see122

Rusiyada barmağı keyiyən qadında nadir xəstəlik aşkarlandı

01 Noyabr 2025 07:03see122

Azərbaycanda turizm çöküb: Dövlət hər il milyonlar itirir

01 Noyabr 2025 18:12see121

Üç bürcə MƏSLƏHƏT: Tələsməyin, bəxtiniz gətirəcək

01 Noyabr 2025 21:42see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri